1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə66/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   62   63   64   65   66   67   68   69   ...   98

 

    


320

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 


 

    


321

 

 



Təcnis-heca vəznli aşıq şeirinin 

zirvəsidir 

 

Azərbaycan aşıq poeziyasında təcnis şeir 

janrının araşdırılması, öyrənilməsi bütövlükdə 

Azərbaycan  aşıq  yaradıcılığında  olan  şeir 

janrlarının  tədqiqi  deməkdir.  Aşıq  şeiri  ilə 

yazılı poeziya arasındakı əlaqə, yəni qoşma və 

gəraylıların, təcnisin aşıq poeziyasından yazılı 

poeziyaya  keçməsi,  divaninin  və  müxəm-

məsin  yazılı  ədəbiyyatda  yaranması  və  saza 

gəldikdən 

sonra 

təbəddülata 



uğraması, 

dəyişmələrə  məruz  qalması,  aşıq  şeirinin  və 

yazılı  poeziyanın  tarixi  proseslərə  qoşularaq 

öz 


təkamülünü 

yaşaması 

və 

inkişaf 


mərhələlərindən  keçərək,  qanunauyğun    bir 

şəkil  almaları  tədqiqatın  qarşıya  qoyduğu 

vacib və zəruri məsələlərdəndir.  

Bu  hadisələrin  və  əlaqələrin  tədqiqata 

cəlb  edilməsi,  yazılı  və  şifahi  poeziyanın 

janrlarının  təşəkkülü  və  inkişafı,  bir-birlərinə 

təsirləri öyrənilmədən təcnisin özünün inkişaf 

xəttini  düzgün  müəyyənləşdirmək  olmaz. 

Yazılı  ədəbiyyatda  daha  çox  qoşma  və 

gəraylılara meyl edilmişdir. Gəraylı və qoşma 

şeir  sevənlərin  ilham  bulağıdır.  Təcnis 

özlüyündə söz xəzinəsidir, söz dənizidir.  




 

    


322

 

 



Təcnis  həmin  dənizin  dibindən  çıxarılan 

mirvaridir. 

Məndən 

ötrü 


təcnis 

söz 


xəzinəsindən 

başqa  daş-qaşlar  arasında 

brilyantdır.  Yazılı  ədəbiyyatın  klassikləri 

gəraylını,  qoşma  və  təcnisləri    yazılı 

ədəbiyyata  gətirmişlər.  Təcnis  sözün  qızıl 

külçəsidir,    xəzinədə    əvəzi  olmayan  daş-

qaşdır.  Ona  görə  ki,  sözün  bütün  incəlikləri, 

göz qamaşdıran ifadələri, cinas gövhərləri bu 

xəzinədədir.  Yazılı  ədəbiyyatın  görkəmli 

klassiklərinin  təcnisi,  qoşmanı  və  gəraylını 

yazılı  ədəbiyyatda  vətəndaşlıq  hüququ 

qazanmış 

əruzun 

yanına 


gətirməkdə 

məqsədləri  bu  hazır  qəliblərdən  istifadə 

etmək,  yazılı  ədəbiyyatda  əruz  kimi,  heca 

vəzninə tam vətəndaşlıq hüququ qazandırmaq 

və  bununla  da,  şeirin  sərhədlərini  genişlən-

dirmək,  əruz  vəznli  poeziya  daxilində  milli 

heca vəznini püxtələşdirməkdən və onun təsir 

dairəsini  gücləndir-məkdən  ibarətdir.  Ən 

əvvəl,  aşıq  poeziyasının  inkişaf  xəttini  və 

onun  tarixən  yazılı  ədəbiyyatla  əlaqəsini 

izləməliyik. 

Şah İsmayıl Xətayi yaradıcılığının böyük 

bir  hissəsi,  onun  heca  vəznində  olan 

əsərlərindən, 

aşıq 

tərzində 



yazılmış 

qoşmalarından  ibarətdir.    Xətayi  demək  olar 

ki,  qəzəllərinə  nisbətən  heca  vəznindəki 



 

    


323

 

 



əsərləri ilə xalq yaradıcılığı ənənələrinə, xalq 

idrakına,  düşüncə  tərzinə  daha  yaxın  və 

doğma  olmuşdur.  Heca  vəznində  yazılmış 

əsərləri  ilə  Xətayinin  folklora  və  aşıq 

yaradıcılığına  dərin  təsir  göstərə  bilməsinin 

sirri  də  bundadır.  Xətayinin  heca  vəznli 

əsərləri  uzun  müddət  el  arasında  ağızdan-

ağıza  gəzmiş,  aşıqların  ustadnaməsinə 

çevrilmişdir.  

Hələ  vaxtilə  Mir  Möhsün  Nəvvab  “Şah 

Xətayi”  adlı  saz  havasının  xalq  arasında 

məşhur olduğunu qeyd etmişdir.  

Azərbaycan  yazılı  poeziyasında  heca 

vəzni  Xətayi  ilə  başlanmır.  Hələ  XIV  əsrdə 

yaşamış  Qazi  Bürhanəddin,  Nəsimi  kimi 

böyük  Azərbaycan    şairləri  əruz  vəzni  ilə 

yanaşı,  heca  vəznində  də  gözəl  şeir 

nümunələri yaratmışlar.  

Nəsiminin 

heca 


vəznində 

yazdığı 


şeirlərindən    çox  az  bir  hissəsi  bizə  qədər 

gəlib  çatmışdır.  Nəsiminin  bir  bəndlik  8  

hecalı  şeir  nümunəsi  onun  “heca”  və  ya 

“barmaq  hesabı”  vəznə  nə  dərəcədə  bələd 

olduğunu söyləməyə  haqq verir: 

Bax bu dilbərin oynuna, 

Günahın almış boynuna, 

Səhərdə aşıq qoynuna, 

Girən dilbərin qoluyam.  



 

    


324

 

 



Qazi  Bürhanəddin,  Nəsimi  və  başqaları 

heca vəznində şeirlər yazsalar da, onların heç 

biri Şah İsmayıl Xətayi kimi bu sahəyə bağlı 

olmamış  və  bu  sahəyə  onun  qədər  xidmət 

göstərə bilməmişdir.  

Uzun  əsrlərdən  bəri  yazılı  ədəbiyyat 

“mədəni”, şifahi xalq  ədəbiyyatı, o cümlədən 

aşıq 


ədəbiyyatı 

“bədəvi” 

ədəbiyyat 

adlandırılmışdır.  “Bədəvi”  ədəbiyyat  adlanan 

aşıq  poeziyası  saray  adamları  tərəfindən  az 

bəyənilmişdir.  Ona  görə  də  bu  ədəbiyyat 

mərkəzi 

dairələrdən 

çox-çox 

uzaqlarda, 

tərəkəmə  və  köçərilər  arasında  yayılmış  və 

yaşamışdır.  Şah  İsmayıl  Xətayi,  nəinki  bir 

hökmdar  kimi,  “bədəvi  ədəbiyyat”  adlanan 

aşıq poeziyasını öz sarayına yaxın qoymamış, 

əksinə,  o,  xalq  şeiri  yaradıcılarını,  el 

şairlərini,  eləcə  də  aşıqları  ətrafına  toplamış, 

onları ilhama gətirmək üçün özü də aşıq şeiri 

tərzində 

qoşma,  gəraylı  və  bayatılar 

yazmışdır.  

Şah  İsmayıl  Xətayi  yazılı  və  şifahi 

poeziyada  qiymətli  sözləri  eyni  dərəcədə 

bəyənib sevmiş, hər birini bir gövhər, bir inci 

kimi 


qiymətləndirmişdir. 

O,  şeirlərinin 

birində  Şeyx  Sədi  Şirazinin  (1184-1291) 

məşhur  “Gülüstan”ındakı  “Bir  tabaq  gül 

nəyinə lazımdır, gəl mənim gülüstanımdan bir 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə