333
şəklə gətirən sazın kök və pərdələri, onun
özünəməxsus ahəng qanunudur.
Tarixən muğam öz yolu, aşıq sənəti isə
öz yolu ilə inkişaflarını davam etdirirlər.
Muğamın 7 əsas ladı (kökü) olduğu kimi,
sazın da 6 musiqi kökü vardır. Muğamın
“Rast”, “Şur”, “Segah”, “Şüştər”, “Cahar-
gah”, “Bayatı-Şiraz”, “Humayun” ladları
vardır.
1
Aşıq musiqisinin də 6 musiqi kökü
vardır. 1. Şah pərdə kökü, 2. Şah pərdənin
Misri kökü, 3. Çoban bayatısı kökü, 4. Ayaq
divani kökü, 5. Urfani kökü, 6.Dilqəmi kökü.
Ü.Hacıbəyov muğam ladlarının və saz
musiqi
köklərinin
melodik
məzmununu
açmaq üçün gərəkli açar vermişdir. O yazır:
“Rast” dinləyicidə mərdlik və gümrahlıq
hissi, “Şur” şən, lirik əhvali-ruhiyyə, “Se-
gah” məhəbbət hissi, “Şüştər” dərin kədər,
“Cahargah” həyəcan və ehtiras, “Humayun”
isə “Şüştər”ə nisbətən daha dərin kədər hissi
oyadır.
2
Muğam adları ilə saz köklərini müqayisə
etdikdə bir çox məsələlər aydınlaşacaq, ona
1
Üzeyir Hacıbəyov. Azərbaycan xalq musiqisinin əsasları. AEA
Nəşriyyatı, Bakı, 1950, səh 10
2
Üzeyir Hacıbəyov. Azərbaycan xalq musiqisinin əsasları. AEA
Nəşriyyatı, Bakı, 1950, səh 13
334
görə ki, bunların hər ikisi eyni qaynağa
bağlıdır. Muğam da, aşıq musiqisi də bir
xalqın – Azərbaycan xalqının varlığından
doğmuşdur.
“Şəhriyar” (XVII-XVIII əsrlər) dasta-
nında deyilir: “Şəhriyar Bağban küçələrinə
daxil olanda sazı qoburundan çıxarıb kök
edib, sinəsinə basıb, gah “Şahnaz”, gah
“Rast”, gah “Novruzi-Ərəbi” və sair nəğmə-
lərdən oxuya-oxuya gəlib Ozan küçələrindən
şəhərə girib”.
1
Bu qeyddə iki maraqlı fakt diqqəti cəlb
edir. Birincisi, saz havalarının XVII-XVIII
əsrlərdə muğam adları ilə təqdim olunması,
ikincisi,
“Qayideyi-təsnif”
2
ifadəsinin
işlədilməsidir. Şəhriyarın adını çəkdiyi
muğamların arasında aşıq qoşmalarının
oxunması da nəzərdən qaçmamalıdır.
Məhz saz havasının bir qayda olaraq
yazılan “Şəhriyar” dastanı Borçalı, Gəncə,
Girdiman arasında cərəyan edir.
Aşıq Əsədin tərcümeyi-halını qələmə
alan Vəli Xuluflu orada maraqlı və elmi
əhəmiyyəti olan bir məlumat verir: “Aşıq
Əsəd saz çalmaqda birinci ustadır. Sazda
1
“Şəhriyar” dastanı. Məhəmməd. Bakı, Yazıçı, 1989, səh 89
2
Yenə orada, səh 89
335
çalınan 24 havanın (muğamatın) hamısından
xəbərdardır.
3
Qazaxlar, türkmənlər, özbəklər dombra
və dütar havalarına məqam deyirlər.
4
İndi
Güney Azərbaycanda saz havasına ahəng,
Borçalıda isə qayda deyilir.
Musiqiçilər deyirlər ki, “Cahargah”
muğamın anasıdır. “Bayatı-Şiraz” toyu olan
bəzəkli gəlindir. Bunlar da səsin yaratdığı
möcüzələridir. Biz bununla onu demək
istəyirik ki, hər musiqi, muğam, aşıq havası,
rənglər, səs melodiyaları xalqın səsidir.
Xalqın qəlbindən qopan nidalardır.
Biz bu tarixi səs yadigarlarını göz bəbəyi
kimi qorumalı və çalışmalıyıq ki, bu nadir
xalq incilərinə kimsə sahib çıxmasın. “Sarı
gəlin” bizimdir, onu bizim xalqımız yaratmış,
bizim olaraq da qalmalıdır. Bu nadir inciləri
babalarımız, nənələrimiz bizə yadigar qoyub
getmişlər. Onları göz bəbəyi kimi qorumaq,
yaşatmaq bizim övladlıq borcumuz, hər
şeydən əvvəl, vətəndaşlıq borcumuzdur.
Bunları sevməyən, sevə-sevə yaşatmayan
həqiqi
vətəndaş,
vətən
qoruyucusu,
3
Koroğlu. V.Xuluflu. Bakı, 1999, səh 176
4
Sədnik Paşayev. “Türk ozan-aşıq sənətinin əski və çağdaş
durumu, ipək yolu uluslararasl xalq ədəbiyyatı simpozium
materialları”, Temmuz, 1993, Ankara, səh 1-7
336
vətənpərvər ola bilməz. Hər səsdə, hər musiqi
havasında bir sənətkarın həyatı, bir zamanın
tarixi yaşayır.
Eləcə də, “Baş divani” və “Ayaq divani”
kimi saz havalarında böyük bir tarixi
keçmişimizi özündə təcəssüm etdirir. Bunlar
Çaldıran müharibəsi günlərində yaranmışdır.
“Ayaq divani”yə “Osmanlı divanisi” ona
görə deyilir ki, hava Osmanlı torpağında
Qurbani tərəfindən yaradılmışdır. “Meydan
divanisi” ona görə adlanır ki, bu hava qalib
gəlmiş Osmanlı dövləti qarşısında məğlub
olmuş Səfəvilərə meydan oxuyur, “Cəngi”
havası çalır. “Gövhəri”dir ona görə ki,
sonralar
həmin
havanı türk aşıq-şairi
Gövhərin sözləri ilə oxumuşlar. “Şər Xətai”
pərdəsi şah adı daşıdığı üçün, o günlərin
vəziyyətinə uyğun olaraq qəmli səslənir.
Sultanı şahdan ayaqda tutulsa da, onun
pərdəsi ayaqda bağlansa da, onun qalib
vəziyyətinə uyğun olaraq özündə mübarizlik,
qəhrəmanlıq ruhu yaşadır.
Görürsünüzmü, hər bir muğam və saz
havasının özünəməxsus tərcümeyi-halı vardır.
Hər bir saz havasında müəyyən bir sənətkarın,
tarixi hadisənin ömrünün bir parçası, tarixi
yaşayır.
Dostları ilə paylaş: |