1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə70/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   66   67   68   69   70   71   72   73   ...   98

 

    


337

 

 



İnsanın  bağrından  qopan  bir  səs  də,  bir 

söz də, kiminsə düzəltdiyi bir kərpic də, insan 

əlləriylə  ucalan  bina  da  tarixin  yadigarıdır. 

Bulaq  səsi,  çay  səsi,  gölün  və  dənizin 

ləpələrinin,  dalğalarının  səsi,  bizi  əhatə  edən 

coğrafi  məkanda  harmoniya  yaradır.  Bütün 

bunlar  bülbülün,  qumru  quşlarının  səsində 

nəğməyə  çevrilir.  Bu  səslər  insan  varlığına, 

beyninə, şüuruna, qəlbinə köçür, insanda yeni 

duyğular  oyadır.  İstedadlı,  duyumu  olan 

insanlar  bundan  musiqi  yaradırlar,  yeni 

bəstələr, yeni  mahnılar yaranır, rəngarəng səs 

melodiyaları 

meydana 


gəlir. 

Onların 


hamısının mərkəzində səs dayanır, bu səslərin 

içərisində ana laylası da var, körpə səsi də. 

Aşıq  şeirindən  danışarkən  onun  bir 

xüsusiyyəti 

də 

qeyd 


edilməlidir. 

Bu 


xüsusiyyət onun musiqi ilə uzlaşmasıdır. Aşıq 

şeiri  saz  ilə  icra  olunur.  Aşıq  şeirinin 

kütləviləşməsində,  dinləyicilərə  daha  yaxşı 

təsir 


bağışlaya  bilməsində  sazın  rolu 

böyükdür.  Şeir,  xüsusilə,  lirik  şeir  musiqi  ilə 

icra edildikdə onun təsiri daha qüvvətli olur.  

Aşıqlar 


məclisdə 

oxuduqları 

lirik 

parçaların  ruhunu  öz  dinləyicilərinə  sazın 



vasitəsilə  daha  yaxşı  çatdıra  bilirlər.  Yaradıcı 

aşıq    öz  şeirləri  ilə  bərabər,  müxtəlif  saz 

havaları  da  yaradır,  şeiri  musiqi  ahənginə 



 

    


338

 

 



uyğunlaşdırır, buradakı vəzn musiqi ahənginə 

uyğunlaşdırıldığı  üçün  daha  oynaqdır.  Aşıq 

məclisdə saz  çalır, qoşduğu şeiri çaldığı sazın 

havasına  uyğun  bir  şəkildə  oxuyur,  saz  çala-

çala  və  oxuya-oxuya  məclisin  o  başından  bu 

başına  çevik  hərəkətlər  edərək  oynayır. 

Beləliklə,  o,  həm  şair,  həm  bəstəkar,  həm 

rəqqas,  həm  də  müğənni  kimi  hərəkət  edir. 

Onun simasında şeir, musiqi və rəqs sənətləri  

birləşdirilir.  Bu  xüsusiyyətləri  ilə  də  aşıq 

sənəti  sinkretik  sənət  olaraq  özünü  göstərir. 

Bugünkü  aşıqlar  da  və  onların  ulu  babaları 

olan ozanlar da incəsənətin ən qədim sinkretik 

əlamət və xüsusiyyətləri yaşayır ki, bu da aşıq 

şeirinin  qədim  tarixə  malik  olduğunu 

göstərir.

1

 

Təcnis  aşıq  poeziyasının  tacıdır,  əvəzsiz  



incisidir.

2

  Zərif  və  cilalanmış  ifadələr,  cinas 



qafiyələr  ona  xüsusi  gözəllik  və  bədii  ahəng 

bəxş etmişdir. 

Bəzən  belə  düşünülür  ki,  təcnisdə  aşıq 

məna  və  məzmun    dərinliyi  yarada  bilmir. 

Bizcə, bu fikri bütün  yaradıcı aşıq və şairlərə 

aid etmək düzgün olmaz. Təcnisin qüvvətli və 

                                                           

1

  F.Qasımzadə.  “XIX  əsr  Azərbaycan  ədəbiyyatı  tarixi”, 



“Maarif” nəşriyyatı, Bakı, 1974. səh 26 

2

 Sədnik Paşayev, “Ağdabanlı Qurban və müasirləri”, (nam. 



disser.), 1969, səh 54 


 

    


339

 

 



ya  zəif  olması  sənətkarın  bacarığından 

asılıdır.  Hətta,  çox  sənətkar  öz  istedadını  bu 

sahədə 

sınamışsa 



da, 

müvəffəq 

ola 

bilməmişdir.  Həm  forma,  həm  də  məzmun 



gözəlliyinə  malik  təcnislər  yaratmaq  üçün 

aşıq  poeziyasının  bütün  qayda-qanunlarına 

bələd olmaqdan əlavə, sənətkarın söz xəzinəsi 

də  elə  zəngin  olmalıdır  ki,  oradan  öz  şeirinə 

incilər seçə bilsin. 

Akademik 

F.Qasımzadə 

yazır: 


“Qoşmanın  bir  şəkli  də  təcnisdir.  Təcnis, 

ümumiyyətlə,  qafiyələri  cinaslardan  qurulan 

qoşmadır”.

3

 



Təcnisin ilk dövrlərdə qoşmanın bir növü 

kimi  meydana  çıxdığı  şübhəsizdir.  Lakin 

əsrlərdən  bəri  böyük  bir  təkamül  dövrü 

keçirmiş olan təcnisə, indi qoşmanın bir növü 

kimi  baxmaq  düzgün  olmaz.  Bizcə,  təcnis 

artıq sazla əlaqədə müstəqil bir şeir janrı kimi 

formalaşmış  və  özünün  yeni  növlərini 

yaratmışdır. 

Təcnis  də  qoşma  kimi  aşıq  poeziyasında 

köklü,  şaxəli,  çoxşəkilli  görünür.  Təcnisin 

cığalı,  dodaqdəyməz,  diltərpənməz,  nəfəs-

çəkmə 


(gedər-gəlməz), 

müləmmə 


(çox-

                                                           

3

 F.Qasımzadə. “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi”, 



“Maarif” nəşriyyatı, Bakı, 1974. səh 24 


 

    


340

 

 



dilli),müstəzad  (ayaqlı  təcnis)  və  başqa 

növləri vardır. 

Təcnis  şeir  forması  məlahətli    bir 

“Təcnis”  havası  yaratmaqla  yanaşı,  sazın 

qoluna da təcnis pərdəsi bağlamışdır. 

Hər  bir  şair-aşığın  sənət  meydanında 

onun  yerini  müəyyənləşdirən  sənətkarlığıdır, 

sənətə  bələdçiliyidir.  Dərin  biliyinə,  zəkasına  

və  fitri  istedadına  görə  Aşıq  Ələsgəri  aşıq 

sənətinin  memarı  hesab  edirlər.  Bununla  belə 

XVI  əsrdə  Dirili  Qurbani,  XVII  əsrdə 

Tufarqanlı 

Abbas, 

XVII-XVIII 



əsrdə 

Tikmədaşlı  Xəstə  Qasım,  XVIII  əsrdə 

Abdalgülablı  Valeh,  XIX  əsrdə  Şəmkirli 

Hüseyn kimi sənətkarlar meydana çıxmışdır.  

Aşıq  Ələsgər  bu  cür  azman  sənətkarlar 

arasında  sənətin  fövqünə,  sənətin  zirvəsinə 

qalxa  bilmişdir.  Ona  görə  ki,  aşıq 

yaradıcılığının  poetik  və  melodik  sistemini 

çox  gözəl  bilmişdir.  Qurbaninin  yaratdığı  63 

məsaili  ilə,  təcnis  və  divani  şeir  formaları  ilə 

tanış  olduqdan  sonra,  həmin  səpkidə  şeirlər 

düzüb  qoşmuşdur.  Əgər  Qurbani  öz 

yaradıcılığında  iki  təcnis  yaratmışdırsa, 

Ələsgər  buna  cavab  olaraq  iyirmi  beş  təcnis 

yaratmışdır.  Əgər  Tufarqanlı  Abbas  cığalı 

təcnisin  bir  nümunəsini  (“Gözəl,  göz  ala”) 

yaratmışdırsa, 

Aşıq 


Ələsgər 

bunun 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə