1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə67/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   63   64   65   66   67   68   69   70   ...   98

 

    


325

 

 



vərəq  apar.  Çünki  gül  dörd-beş  günlükdür, 

mənim  gülüstanım  isə  həmişə  bahardır”  – 

fikirlərini xatırlarkən yazmışdır:  

 

Ey Xətayi, afərin qılmaq gərək idrakına, 



Belə tər sözlər məgər kim Sədiyi-Şiraz edər.  

 

Azərbaycan  şifahi  ədəbiyyatından,  xalq 



yaradıcılığından  hərtərəfli  qidalanan,  sonrakı 

ədəbi yüksəlişə də güclü təsir göstərən Xətayi 

irsi, nəinki məzmun və bədiiliyinə, həm də dil 

və  üslubuna  görə  “Belə  tər  sözlər”  gülüstanı, 

saf  incilər  xəzinəsidir.  XV  əsrin  sonlarında 

Azərbaycan 

ədəbi  dilinin  xəlqilik  və 

kütləvilik  baxımından  nə  kimi  yüksək 

səviyyədə  olduğunu  parlaq  əks  etdirən  sənət 

abidəsidir.

1

  

Mübahisə  doğuran  məsələlərdən  biri  də 



budur ki, aşıq poeziyası, aşıq ədəbiyyatı, eləcə 

də,  bütövlükdə  aşıq  yaradıcılığı  folklor-

durmu? 

Aşıq  poeziyası  dedikdə  aşığın  şeir,  aşıq 



ədəbiyyatı dedikdə şeir və dastan yaradıcılığı 

nəzərdə  tutulur.  Bunlar  isə  özlüyündə  aşıq 

ifaçılığında birləşir və sənətin bütöv bir sahəsi 

                                                           

1

  Şah İsmayıl Xətayi. “Sazım”, Bakı, “Gənclik”, 1973.  Mirzə 



Abbaslı, “Bir neçə söz”,  səh 11-12 


 

    


326

 

 



kimi  meydana  çıxır.  Eyni  zamanda,  ifa 

zamanı aşıq sənəti sinkretik sənət olaraq sözü 

və  sözün  yurdunu,  musiqini,  əlavə  olaraq 

rəqsi,  aktyorluğu  və  s.  özündə  cəmləşdirir. 

Bütün  bu  birləşmələr  və  cəmləşmələr  aşıq 

sənətinin  özünəməxsus  qanunauyğunluqları 

ilə bağlı bir məsələdir.  

Bizcə,  bu  məsələləri  aydınlaşdırmaq 

üçün 

ilk 


növbədə, 

aşıqların  və  aşıq 

məktəblərinin gec dəyişən, həm də  mürəkkəb 

xüsusiyyətlərə 

malik 

repertuarlarından 



başlamaq yerinə düşər.  

Ustad  aşıqlardan  Tufarqanlı  Abbasın, 

Xəstə  Qasımın  və  Aşıq  Ələsgərin  də 

qoşmaları  var,  aşıq  şeiri  tərzində  yazan  klas-

sik şairlərimizdən Ş.İ.Xətayinin, M.P.Vaqifin, 

Qasım  bəy  Zakirin  və  Ə.Nəbatinin  də. 

Birincilərin  şeiri,  əsasən,  aşıqların  reper-

tuarına  daxil  olduğu  halda,  ikincilərin 

şeirlərinin çox az bir qismi, bəlkə də cüzi bir 

hissəsi  aşıqların  repertuarında  özünə  yer  tapa 

bilmişdir.  

Ustad  aşıqların  həyat  və  yaradıcı-

lıqlarının  özündən  sonra  dastanlaşmasında  

şeirlərinin  yurdu  (şeirlərlə  bağlı  əhvalatlar)  

olmasının  əhəmiyyəti  böyükdür.  Hətta, 

tədqiqatçılar  Ş.İ.Xətayi,  M.P.Vaqif,  Qasım 

bəy  Zakir,  Ə.Nəbati  haqqında  dastanlar 



 

    


327

 

 



olduğunu  da  xəbər  verirlər.  Bizcə,  onların 

qoşmaları  aşıq  şeiri  tərzində  olduğu  kimi, 

dastanları  da  elə  aşıq  dastanı  tərzində  dastan 

mövqeyində dayana bilər.  

Aşıq yaradıcılığına aid  şeir və dastanın, 

hər  şeydən  əvvəl,  aşıq  ifaçılığına  daxil  olub, 

orada  özünə  müəyyən  mövqe  qazanması, 

zaman-zaman  şifahi  yolla  yaşaması  və 

kütləviləşməsi ilə səciyyələnir.  

Onlar  qoşma  və  gəraylılarını  zamanın 

tələbinə  uyğun  olaraq,  həmçinin,  köhnə 

tərzlərin 

yeni 

tərzlərlə 



əvəz  olunması 

məqsədilə  yaratmışlar.  Bu,  hər  şeydən  əvvəl, 

milli  muğamımızın  güclənməsi,  muğamda 

fars  dilində  deyil,  bəlkə  də  Azərbaycan 

dilində  kütləvi  şəkildə  qəzəl  və  qoşmaların 

oxunması zərurəti ilə bağlı bir məsələdir.  

Eyni  zamanda,  öz  şeirlərinin  taleyini 

təkcə  tarın  ifaçılığına  deyil,  həm  də  saza 

bağlamaq.  Bu  yolla  da  öz  irslərini 

kütləviləşdirib uzunömürlü etmək.  

Tədqiqatçı–alim  Ə.Hüseyni    Azərbay-

canın  XIX  əsr şairi S.Ə.Nəbatinin İran  Milli 

Məclisi    kitabxanasından  divanını    almışdır. 

Alim    divanda    cəm    olunmuş  şerlərin  

üstündəki qeydlərə əsaslanaraq  belə  bir  fikir  

irəli    sürür    ki  ,  Nəbati    qoşma      və  

gəraylılarını “Kürdü ” ( yəni “Kürdü  gəraylı” 



 

    


328

 

 



– S.P.), “ Gəraylı ”, “Kərəmi” , “Koroğlu” və  

“Qaragövhəri”  kimi    saz    havaları    üstündə  

qurmuşdur .   

Cabbar  Qaryağdıoğlu  iki  oktava  yarım 

səs  diapazonuna  malik  mahir  müğənnidir. 

Azərbaycan  oxu  üslubunu  birinci  olaraq  o 

yaratmışdır. Cabbar Qaryağdıoğlu fars dilində 

yüzdən  artıq  təsnifi  gözəl  oxumaqla  bərabər, 

xalq  yaradıcılığından,  başlıca  olaraq  aşıq 

yaradıcılığından  istifadə  edərək  Azərbaycan 

dilində də bir o qədər təsnif yaratmışdır.

1

  



Muğamın  və  aşıq  sənətinin  beşiyi  olan 

Azərbaycan 

dünya 

incəsənətinə 



böyük 

töhfələr vermişdir. Bu bir həqiqətdir ki, ozan-

aşıq  sənəti  yurdumuzda  çox  əvvəl  inkişaf 

tapmış,  formalaşmış  və  böyük  tərəqqi  yolu 

keçmişdir. Azərbaycan muğamı, ümumilikdə, 

Şərq muğamından fərqli olaraq, özünəməxsus 

ənənələrə,  yaradıcılıq  yollarına  söykənərək 

qəribə bir üsulla yaranmışdır. Xalqımız İslam 

dinini  qəbul  etdikdən  sonra  dini  ayələrə  və 

ayinlərə  tapınmağa,  icra  etməyə  məruz 

qalmışdır.  Quranın  114  surəsi  muğam  avazı 

ilə  oxunmuşdur.  Nohələr,  rozələr,  yırlar, 

                                                           

1

S.Ə.Nəbati.(Əsərləri).Azərbaycan SSR Elmlər Akademiyası 



Nəşriyyatı.Bakı,1968, müqəddimə ,səh.6 – 8 . 

2

Bülbül. Seçilmiş məqalə və məruzələri. Bakı, “Azərbaycan SSR 



Elmlər Akademiyası Nəşriyyatı”, 1968, səh 138 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə