1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə75/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   71   72   73   74   75   76   77   78   ...   98

 

    


358

 

 



Burada  birinci  misrada  “kəfəndə”, 

ikincidə  “ağı  dediyim  yerdə”,  üçüncüdə 

“ağlamadan”  mənalarında    alınmış  eyni  bir 

söz  daxili  məna  vəhdətində,  həm  də  cinas  və 

təkrirdir. 

Gəraylının 

bütün  bəndlərində 

işlənən  “Gülgəz  indi”  sözləri  də  5  mənada 

cinasdır.

1

  



Tufarqanlı Abbasın bayatılarından danış-

mazdan  əvvəl  qeyd  etməliyik  ki,  bütün 

aşıqlarımız,  həmçinin,  bu  səpkidə  yazan 

şairlərimiz özləri də ara-sıra bayatı qoşmuşlar. 

Onların  bu  bayatıları,  ya  təcnis  arasında  cığa 

yerində  işlənmiş,  ya  da  müstəqil  şəkildə  ifa 

olunmuşdur. Bunların çoxu bir növ “yiyəsiz” 

bayatılar  kimi  el  ədəbiyyatı  xəzinəsinə  daxil 

edilmiş,  digər  bir  qisminin  isə  əvvəlindən 

müəllifin adı düşmüş, yerinə “aşığam”, yaxud 

“əzizim”  sözləri  artırılaraq  həmin  bayatılar 

ümumi  bayatı  irsinə  qarışmışdır.  Odur  ki, 

içərisində  öz  müəllifinin  adı  qalan  bayatılar 

bizim üçün xüsusi əhəmiyyətə malikdir, bu və 

ya  digər  aşığın  yaradıcılığını  öyrənməkdə 

tədqiqatçıya  kömək  edir.  Bu  baxımdan 

Abbasın cinas qafiyəli bayatısı da nadir sənət 

incilərindəndir:  

 

                                                           



1

 Sədnik Paşa Pirsultanlı, Ozan-aşıq sənətinin nəzəri məsələləri, 

Bakı, “Ozan”, 2002, səh 33 



 

    


359

 

 



Mən aşiqəm, Gülgəzə, 

Gül axtara, gül gəzə, 

Abbas bir gül göndərdi, 

Nişanlısı Gülgəzə.  

 

ç) Sarı Aşığın cinas bayatılarının bir 

küll halında meydana gəlməsi 

 

XVII  əsrdə  Sarı  Aşıq  cinas  qafiyəli 



bayatıların  klassik  nümunələrini  yaratmış, 

xalq  şeirimizin  qiymətli  inciləri  olan 

bayatıları  ən  gözəl  cinaslı  bayatılara 

qovuşdurmuşdur: 

Mən aşiq, baltasına, 

Elə vur, balta sına, 

Yaxşının ağ əlləri, 

Batıbdı bal tasına.  

 

XVII  əsrin  nəhəng  simalarından  olan 



Sarı  Aşığın  bayatı  yaradıcılığı  Azərbaycan 

ədəbiyyatında  xüsusi  bir  mərhələ  təşkil  edir. 

Sarı Aşıqdan  əvvəl və sonra yaşayıb-yaratmış  

bayatı  yaradıcılarından  heç  biri  onun    fəth 

etdiyi zirvəyə yüksələ bilməmişdir.  

 

Sarı  Aşıq  uzun  və  mürəkkəb  bir 



yaradıcılıq  yolu  keçmişdir.  Sarı  Aşığın 

yaradıcılığı  olduqca  zəngin  və  çoxcəhətlidir. 

Onun  yaradıcılığına  ənənəvi  bayatılar, 

bağlama-bayatılar,  cinaslı  bayatılar,  bayatı-




 

    


360

 

 



deyişmələr,  bayatılı  rəvayətlər,  dastan  və 

hekayələr  daxildir.  Biz  bu  yazıda  böyük 

bayatı  ustasının  yalnız  cinaslı  bayatılarından 

danışmaq arzusundayıq. 

Sarı  Aşığın  yaratdığı  cinaslı  bayatılar 

onun  qeyri-adi  istedada  malik  bir  sənətkar 

olduğunu  təsdiq  etməkdədir.  Onun  cinaslı 

bayatıları  forma  və  məzmun  gözəlliyi  ilə 

seçilir, bunlardan biri digərini üstələyə bilmir, 

əksinə, forma məzmunu, məzmun da formanı 

tamamlayır, onu bitkinləşdirir. 

133


  

Əgər  Sarı  Aşıq  “Gözüm  yaşı  göl  olar, 

ördək,  qaz  binə  bağlar”–  deyirsə,  XIX  əsrin 

qadın  aşığı  Maralyanlı  Pəri  “Oynaşı” 

qoşmasında    Sarı  Aşığın  bənzətmələrindən, 

təşbehlərindən  heç  də  geri  qalmayan  ifadələr 

seçib elə bir bədii lövhə yaradır ki, insan şair-

aşığın  istedadına,  deyim  tərzinə  heyran  qalır. 

Misal  gətirdiyimiz  aşağıdakı  beyt  Aşıq  Pəri 

təfəkkürünün poetik kəşfidir:  

 

Mən nə deyim gözüm yaşı əlindən, 



Üzüşür sonalar, göllər oynaşı. 

 

                                                           



133

 

Sədnik 



Paşayev,  “Sarı  Aşığın  cinaslı  bayatıları”, 

“Azərbaycan    müəllimi”    qəzeti,  10  avqust  1983-cü  il.  Sədnik 

Paşa Pirsultanlı “Azərbaycan folkloruna dair tədqiqlər”, Gəncə, 

“Pirsultan” 2006,   səh 251-252 

 



 

    


361

 

 



 

Sarı  Aşığın  Azərbaycan  ədəbiyyatın-

dakı  rol  və  mövqeyini  yalnız  XIX  əsr  aşıq 

şeirimizin  görkəmli  nümayəndəsi  Aşıq 

Ələsgərlə  müqayisə  etmək  mümkündür.  Sarı 

Aşıq  Azərbaycan  ədəbiyyatının  bayatı,  Aşıq 

Ələsgər isə qoşma qanadıdır.  

 

Neçə-neçə  sənətkar  Sarı  Aşıqdan  sonra 



sənət  meydanına  gəlmiş  Xəstə  Qasım,  Molla 

Vəli  Vidadi,  Molla  Pənah  Vaqif,  Kazım  ağa 

Salik,  Qasım  bəy  Zakir,  Aşıq  Həmayıl,  Aşıq 

Pəri,  Məhəmməd  bəy  Aşiq,  Aşıq  Bəsti  və 

başqaları  onun  bayatı  yaradıcılığına  xüsusi 

maraq  göstərmişlər.  Yaxşıya  olan  ülvi  

məhəbbətini  və  istəyini  yüksək  qiymətlən-

dirmişlər.  

 

Sarı  Aşıq  özü  də  bunu  qabaqcadan 



bilirdi  ki,  “eşqdən  cünun  olan”lar    dərdini 

onda  tapacaqlar. Çünki, o, dərdməndir, dərdi 

də dərdməndə deyərlər:  

 

Mən aşıq, dərdi məndə, 



 

De dərdin, dərdiməndə.  

 

Eşqdən cünun olanın,  



 

Tapılar dərdi məndə.  

 

 

Sarı  Aşığın  qəlbini  dərindən  oxuyan, 



duyan  Qasım  bəy  Zakir  bir  bayatısında  belə 

deyir:  


 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə