1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə77/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   73   74   75   76   77   78   79   80   ...   98

 

    


366

 

 



M.P.Vaqif aşıq şeiri tərzində qoşmalar və 

gəraylılarla  yanaşı,  bir  neçə  təcnis  də 

yaratmışdır. Vaqifin təcnisindən bir nümunə: 

 

Bir gözəl boylu, gözəl xoylu gözəl yar, 



Nə gözəlsən, geyinibsən alı sən, 

Gözəl gözün hər bir qıya baxanda,  

Gözəl canı gözəl təndən alısan. 

 

 



*** 

Gözəl qamət, gözəl gərdən, gözəl üz, 

Gözəl olmaz sən tək, olsa gözəl yüz, 

Gözəl tanı munca yetər, gözəl üz, 

Gözəl deyil, etmə gözəl, alı sən.

1

  



Və yaxud: 

Səhər-səhər əsən qiblə yelləri, 

Heç yolun düşdümü canan dağına? 

Ağ sinədən şölə, tər şamamədən, 

Görüm, əl dəymişmi canan tağına? 

   


 

*** 


Həsrətindən bağrım gül, şanə bənzər, 

Mənə Vərqa, sənə Gülşa nə bənzər?  

Yarın qoynu içi gülşənə bənzər, 

İstər pərvaz edə canan dağına. 

   

 

*** 



Götür günəş camalından ol ağ yar, 

Sən bəri bax, qoy söylənsin ol əğyar, 

                                                           

1

 M.P.Vaqif, “Qurban olduğum”, Bakı, Gənclik, 1994,   səh 81 




 

    


367

 

 



Rəqib ölsün, biz ikimiz olaq yar

Nə var ondan qeyri canan dağına.

1

  

 



Qasım  bəy  Zakir  (1784-1857)  də  aşıq 

şeiri  tərzində  çox  sayda  gəraylı  və  qoşma 

yazıb-yaratmışdır.  Onun  şeirləri  içərisində 

ondan artıq təcnis də vardır. Məsələn:  

 

Dilbər, həsrətindən xəstə düşmüşəm, 



Hicran qoymaz duram ayağa məni.  

Çulqala zülfünə, basdır dərində, 

Qoyma ki, bükələr ay ağa məni.

2

 



 

Misralarda  cinasların  açması  belədir. 

Birincisi  məlumdur  ki,  Dilbərin  həsrətindən 

aşiq  xəstə  düşmüşdür.  Hicran,  yenə  ayrılıq 

ayağa  durmağa  qoymur.  “Çulqala  zülfünə, 

basdır  dərində”  fikrini  dördüncü  misrada 

tamamlayır. Məni qoyma ki, ağa bükələr.  

Başqa bir təcnisində:  

Əlləri qurumuş məşşatə sənin, 

Salıb gərdəninə o taqi nədi?! 

Məgər ki, dolanır hilal başına, 

Bəyaz cəbinində o taqi nədir?

3

  



                                                           

1

  Qasım bəy Zakir. Seçilmiş əsərləri.  (Tərtib və müqəddimə: 



Kamran  Məmmədov), Bakı, Yazıçı, 1984,  səh 81 

2

 Yenə orada,   səh 215  



3

 Yenə orada,  səh 216 




 

    


368

 

 



Burada əlləri qurumuş məşşatədən söhbət 

gedir.  Məşşatə  gəlin  köçürülərkən  gəlini  

bəzəyənə,  qadına  zinət  verənə  deyilir.  “Salıb 

gərdəninə o taq  nədir?!”  –  misrasında bildirir 

ki,  saçını  nə  üçün  gərdəninə  əyri  töküb.  Elə 

görkəm  alıb  ki,  elə  bil  başına  hilal  –  ay 

dolanır.  Bəyaz  cəbinində  o  taq,  o  əyri  saç 

nədir?  


Başqa bir nümunə:  

Gül cəmalın göz yaşımı qurutdu, 

Qoymadı bulud tək a  yağam məni. 

Əl götürməz, gedər-gedər qayıdı, 

Nə tapdıq eyləyib ayağam məni.

1

  



 

Qızın  camalı  gün  kimi  aşiqin  göz  yaşını 

qurudur, ona  görə də  onu  bulud  tək  yağmağa 

qoymur.  Bu  elə  bir  gözəldir  ki,  onu  həmişə 

qəmə qərq edir.  

Digər  bir nümunə: 

Yaşılbaş sonasan, üzqan eylərsən, 

Aşiqlər canını üzqan eylərsən, 

Hər qiya baxanda üzqan eylərsən

Bilməzəm dərində bu saqi nədir?

2

  



 

                                                           

1

 Qasım bəy Zakir. Seçilmiş əsərlər.  (Tərtib və müqəddimə: 



Kamran  Məmmədov), Bakı, “Yazıçı”, 1984,  səh 217  

2

 Yenə orada,  səh 223 




 

    


369

 

 



Burada  misralarda  işlənən  “üzqan”  “yüz 

qan”  ifadəsini  bildirir.  Birinci  misrada 

yaşılbaş  sona  yüz qan  eyləyir,  ikinci  misrada 

aşıqların canını “üzqan” yəni “üzgün” eyləyir, 

üçüncü  də  gözəl  hər  qiya  baxanda  üz  qan 

eyləyir.  Axırda  “Bilməzəm  dərində  bu  saqi 

nədir?”  misrasını  qəliz  şəkildə  işlədərək 

busənin qan bahasında olduğunu bildirir.  

Gəraylılarda  və  qoşmalarda  qələmini 

dönə-dönə  sınamış  Ə.Nəbati  də  təcnislər 

yaratmağa meyl göstərmişdir. O, təcnislərinin 

birində deyir:  

 

Qurban olum üzündəki həyayə, 



Qəmzə oxun mindirginən hey yayə, 

Nə baxırsan maral kimi hey ayə? 

Cəmalın yanında ay nədir, nədir?

1

  



 

“Qurban 


olum 

üzündəki 

həyayə” 

misrasındakı  həyayə  sözü  -  abır,  həya 

mənasında  işlədilir.  İkincidə  naz-qəmzə 

oxunun  yaya  mindirilməsindən  danışılır. 

Üçüncüdə maralın hey göydə aya baxdığından 

danışılır. Şair sonda bildirir ki, sənin camalın 

yanında ay nədir ki?! 

                                                           

1

  Nəbati.  Əsərləri,  (Tərtib  və  müqəddimə:  Əbülfəzl  Hüseyni), 



Bakı,  Azərbaycan  SSR  Elmlər  Akademiyası  Nəşriyyatı,  1968, 

səh  262 




 

    


370

 

 



 

Səba, bu ərzəni ələ salma ya, 

Mənim salamımı yetir Səlmaya, 

Niyə gərək məni yada salmaya, 

Onun Nəbati tək ayağı gərək.

2

  



 

Birinci  və  ikinci  misrada    Səbanın,  yəni 

səhər  yellərinin,  onun  salamlarını  Səlma  adlı 

qadına,  qıza  yetirməsini  bildirir.  Üçüncü 

misrada  öz  gileyini  bildirir.  Niyə,  nədən  ötrü 

onu yada salmaya, axı onun Nəbati tək  ayağı, 

yəni qapısının qulu vardır. 

 

Keçə bilməm, bu dəryalar dərindir, 



Ölənə tək yerim sənin dərindir, 

Dur ağacdan almaları dər, endir, 

Bir-bir otaqlara didər, ay Pəri.

1

  



 

Aşıq keçə bilmir dəryalar dərindir. İkinci 

misrada  ölənədək  məşuqunun  qapısı  –  dəri 

onun  yeri  olduğunu  bildirir.  Üçüncüdə 

sevgilisinin  ağacdan  durub  alma  dərməsini 

rica  edir.  Dördüncüdə  almaları  bir-bir  otaq-

                                                           

2

 Yenə  orada, səh 265  



1

  Nəbati. Əsərləri,  (Tərtib və müqəddimə Əbülfəzl Hüseyni), 

Bakı, Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı, 1968, 

səh 266 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə