1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə74/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   70   71   72   73   74   75   76   77   ...   98

 

    


354

 

 



Haqqın əziz bəndəsi, 

Xoş gəlmisən cahana, 

Yaradan yaradıb salmış cahana, 

Yoxdur sənin kimi gözəl, göz ala.

1

  

 



Tufarqanlı  Abbasın  təcnisləri  sonrakı 

aşıqlar üçün nümunə olduğu kimi, aşığın özü 

də ondan əvvəl bu janrın yaradıcısı olan Dirili 

Qurbaninin  cinas  qafiyələrindən  bəhrələnmiş, 

Qurbaninin “Yara yüz” rədifli təcnisinin cinas 

kəlmələrindən 

istifadə 

ilə 


yeni 

təcnis 


yaratmışdır.  Onun  “Varsağını  gör”,  “Qalam 

indi”, “Dərd ayağında”, “Xali sən barı”, “Göz 

ala”  rədifli  təcnisləri  olduqca  maraqlıdır.  Bu 

təcnislərdə  aşıq  doğma  ana  dilində  işlənən 

sözlərdən 

cinas 


nümunələr 

yaratmışdır. 

Sonralar  aşıqlar  bu  cinasların  bir  çoxundan 

yaradıcı surətdə istifadə etmişlər.  

Abbasın  “Varsağını  gör”  rədifli  dörd 

bəndlik  təcnisinin  təkcə  zəngin  çalarlarını 

dərindən  duymaqla,  onun    nə  böyük 

qabiliyyətə malik olduğunun  şahidi oluruq: 

 

Qibləgahım başım üsdən baş bular, 



Hamılardan artıq bular, baş bular, 

 

                                                           



1

 Sədnik Paşa Pirsultanlı, Ozan-aşıq sənətinin nəzəri məsələləri, 

Bakı, “Ozan”, 2002, səh 31 



 

    


355

 

 



Mənim Pərim fəğan eylər, baş bular, 

Tila zər sırğanın var sağını gör.

1

  

 



Buradakı  “baş  bular”  sözləri  birinci 

misrada  tapmaq,  ikincidə  seçilmiş,  yüksək 

olan,  üçüncüdə  başı  bulamaq  mənasında 

məharətlə,  yerli-yerində  işlənmişdir.  Həm  də 

aşığın  özünə  qibləgah  hesab  etdiyi  Gülgəz 

Pəri  nəslinin  hamıdan  baş-seçmə  olduğunu, 

özünün  Pəriyə  dərin  eşqini,  qızın  ona 

münasibətini  yığcam,  daxili  məna  vəhdəti  ilə 

ifadə edir.  

Abbas  yalnız  yeni  sözlər,  yeni  təcnis 

növləri  yaratmaqla  qalmamış,  o,  hətta, 

müləmmə 


təcnisin 

də 


ilk 

nümunəsini 

yaratmağa çalışmışdır.  

Müləmmə 


(çoxdilli) 

 

təcnisin 



ilk 

nümunəsini yaratmaq təşəbbüsü də Tufarqanlı 

Abbasın  adı  ilə  bağlıdır.  Abbas  bu  formadan 

özünəməxsus  bir  ustalıqla  istifadə  edərək 

təcnisin  ilk  üç  misrasında  qoyduğu  suala: 

ərəb,  fars  və  türk  dillərində  dördlüyün  son 

tamamlayıcı misrasında cavab verir. Məsələn:  

Yaz dolandı, gəldik düşdük yaya da, 

Dastanımız dildən-dilə yay, ədə. 

                                                           

1

 Sədnik Paşa Pirsultanlı, Ozan-aşıq sənətinin nəzəri məsələləri, 



Bakı, “Ozan”, 2002, səh 32 


 

    


356

 

 



Bir təhrindən bənzədirəm yaya da:  

Ərəb soki, farsı əbru, türkü qaş.  

   

 

*** 



Yar geyinib qəddi-dala, incidir, 

Gümüş kəmər incə beli incidir.  

Düzdürmüsən dəhanına incidir, 

Ərəb sinan, farsı dəndən, türki diş.  

   

 

*** 



Seyraqub adamla olma aşına, 

Abbas, sonra zəhər qatar aşına.  

Sal başına müxənnətin, aşi nə?  

Ərəb həcər, farsi cəngi, türki daş.  

 

Ümumiyyətlə,  Tufarqanlı  Abbas    təcnis 



şeir  formasına  xüsusi  əhəmiyyət  vermiş, 

sənətkarları  öz  istedadlarını  bu  janrda 

sınamağa  çağırmışdır.  Hətta,  Abbas  deyişmə 

meydanında,  şah  məclisində  təcnis  deməyi 

sirli-sehrli  qıfılbəndlərdən  üstün  tutmuşdur. 

Çünki, 


məzmunu 

formasından,  forması 

məzmunundan  gözəl  və  mənalı  təcnis 

yaratmaq hər sənətkara müyəssər olan bacarıq 

deyildir.  Aşıq  poeziyasında  Tufarqanlı 

Abbasın  istedadının  qüdrəti  ilə  biçimlənən  

cığalı  və  cığasız  təcnislər  sonralar  Xəstə 

Qasımın    və  Aşıq  Ələsgərin  yaradıcılığında 




 

    


357

 

 



bir  qədər  də  inkişaf  etmiş  və  onun  yeni 

növləri meydana çıxmışdır.

1

  

Aşıq  Abbas  klassik  ədəbiyyatda  özünə 



müəyyən  yer tutmuş müləmmə şeir formasını 

aşıq 


poeziyasına 

gətirməyə 

təşəbbüs 

göstərməklə,  məhz  burada  da  novator  kimi 

çıxış etmişdir. Məlumdur ki, bir-iki, bəzən də 

üç  dildə  yaradılan  şeir  nümunələri  klassik 

ədəbiyyatımızda  mövcud  idi.  Füzulinin  bir 

sıra qəzəllərinin bir misrası fars və ya ərəbcə, 

digər  misrası  Azərbaycan  dilində  yazılmışdır. 

Abbas  bu  formadan  özünəməxsus  bir  şəkildə 

istifadə  edərək,  təcnisin  ilk  üç  misrasında 

qoyduğu  suala  ərəb,  fars  və  Azərbaycan 

dillərində cavab verir.  

Tufarqanlı  Abbasın  “Gülgəz  indi”  adlı 

təkrar gəraylı təcnisi də, gözəl sənət nümunəsi 

də, aşıq şeirində bir yenilik kimi səslənir:  

Sən məni ağlamada gör, 

Sən məni ağlamada gör, 

Səni məni ağlama da gör, 

Gülgəz indi, Gülgəz indi. 

 

                                                           



1

 Sədnik Paşayev, Tufarqanlı Abbas, “Kirovabad kommunisti”, 

13 fevral 1985-ci il,  

Sədnik Paşa Pirsultanlı “Azərbaycan folkloruna dair tədqiqlər”, 

Gəncə, “Pirsultan”,  2006,   səh 231-232 



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə