1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə71/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   67   68   69   70   71   72   73   74   ...   98

 

    


341

 

 



müqabilində  dörd  cığalı  təcnis  meydana 

gətirmişdir.  Aşıq  Ələsgər    sələflərindən  və 

xələflərindən  irəli  gedərək  aşıq  poeziyasına 

dodaqdəyməz  təcnislər  və  dodaqdəyməz 

cığalı  təcnislər  gətirmişdir.  Şeirin  bu  çətin 

növlərini,  dilin  qanunlarını,  samit  və  sait 

səsləri 

bir-birindən 

seçməyi 

bacaran, 

cinaslarda  gizlənən  məna  dərinliyini,  məna 

çalarını  bir-birindən  fərqləndirməyi  bacaran 

sənətkar  bu  işə  girişə  bilərdi.  Aşıq  Ələsgər  

təcnislərinin birində deyir: 

 

Qəsri-eyvan tikdirmisən oda sən, 



O  sevdiyin, o nökərin, o da sən, 

Qıya baxdın məni saldın oda sən, 

İnsaf eylə, gəl könlümün narın üz

1



 

Burada  birinci  misrada  “oda  sən”  -  oda 

ev  mənasındadır.    Üçüncü  misrada  gözəlin 

qiya baxması onu oda salmış, oda düşdüyünü 

bildirir,  dördüncü  misrada  “könlümün  narın 

üz,  yəni  könlümü  nardan-oddan  azad  et”. 

Aşıq  Ələsgər  başqalarından  fərqli  olaraq 

təcnislərini  anlaşıqlı  bir  dildə  söyləyir, 

həmçinin,  şeirdə  yadda  qalan  bir  lövhə 

yaradır: 

Seyr elədim dost bağını dərində, 

Oylağında, eyvanında, dərində, 




 

    


342

 

 



Gövhər olar dəryalarda, dərində, 

Onu qəvvas çəkər ay üzə tək-tək.  

 

Burada  birinci  misrada  söhbət  dost 



bağının 

meyvələrini  dərməkdən,  ikinci 

misrada  dərində  sözü  qapısında,  üçüncü 

misrada  isə  gövhər  olar  dəryalarda,  dərində, 

dördüncü  misrada  bu  dərində  olan  gövhərləri 

ancaq  qəvvas,  üzgüçü  onları  dəryadan  bir-bir 

çəkər,    dərin  olduğunu  bilər.  Məlumdur  ki, 

mirvari dənizin dibində olar.

1

  

Aşıq  şeirlərinin  müxtəlif  janrları,  onun 



tarixi  inkişaf  yolları,  vəzni,  qafiyəsi,  bədii 

ifadə  vasitələri,  eləcə  də,  təcnisin  tarixi  kökü 

yetərincə tədqiq olunub öyrənilməmişdir. 

Təcnis 


aşıq  şeiri  bir  janr  kimi 

yaranmazdan  əvvəl  onun  ünsürləri  xalq 

poeziyasının müxtəlif növlərində mövcud idi. 

Bunun  ən  parlaq  nümunələrinə  bayatıla-

rımızda  rast  gəlirik.  Prof.  F.Qazımzadə 

“aşıqlar  qoşmada  cinaslardan  istifadə  etməyi 

bayatılardan  öyrənmişlər”  fikrini  söyləməkdə 

nə qədər də haqlıdır.

2

  

                                                           



1

 Sədnik Paşa Pirsultanlı, “Aşıq Ələsgər sənətkarlığı – Aşıq Ələsgər 

ucalığı”,  AMEA  Folklor  İnstitutu,  Elmi  axtarışlar,  II  cild,  Bakı, 

2008, səh. 3-4 

2

 F.Qazımzadə. “XIX əsr Azərbaycan ədəbiyyatı tarixi”, Bakı, 



“Maarif” nəşriyyatı, 1966, səh 27 


 

    


343

 

 



Doğrudan  da,  xalq  ədəbiyyatının  bu 

tükənməz 

incilərinin-bayatıların 

mühüm 


hissəsi  cinas  kəlmələrlə  qafiyələnirlər.  Elə 

bayatılarımız  mövcuddur  ki,  onların  kamil 

cinas  qafiyələri  ən  ustad  sənətkar  aşıq-şair 

ilhamının məhsuludur: 

  Aşıq aranı dağlar, 

  Peykan yaramı dağlar. 

  Ürək istər, əl çatmaz, 

  Kəsib aranı dağlar.  

 

Bayatıda  kamil,  həm  də  doğma  ana 



dilində  ən  sadə  sözlərdən  yaranmış  bu  cinas 

qafiyələr,  tükənməz  bir  eşqin  tərənnümü,  bu 

eşqin  ifadə  vasitəsi  olan  böyük  bir  mübaliğə  

göz önündədir.  

“Təcnis”  sözü  ərəb  dilindən  alınmış 

“cins” sözündən düzəlmiş, yəni, “eyni cinsli” 

sözlər deməkdir.

1

  



Ustad  aşıqlara  görə  “təcnis”-“tək  cins” 

deməkdir.  Çünki  təcnis  bir  cinsli  (tək  cinsli) 

sözlərdən  əmələ  gəlir.  Bəzi  tədqiqatçılarımız 

təcnisin  yaranma  tarixini  cinaslı  bayatıların 

yaranması  ilə  əlaqələndirir  və  belə  ehtimal 

                                                           

1

  Sədnik  Paşayev,  “Aşıq  yaradıcılığında  təcnisin  öyrənilməsinə 



dair”  Azərbaycan  dili  və  ədəbiyyat  tədrisi”  (metodik  məqalələr 

məcmuəsi), Bakı, 1974, № 4, Sədnik Paşa Pirsultanlı, Ozan-aşıq 

sənətinin nəzəri məsələləri, Bakı, “Ozan”, 2002, səh 28 



 

    


344

 

 



edirlər ki, guya təcnisin yaranma tarixi cinaslı 

bayatılar qədər qədimdir. Fikrimcə, bu, doğru 

deyil.  Birincisi,  Azərbaycan  xalq  şeirinin 

təkamülünə  uyğun  olaraq,  bu  proses  uzun 

müddət davam etmiş, xalq şeiri azhecalılıqdan  

çoxhecalılığa doğru inkişaf etmişdir.  

Yeddi  hecalı  bayatı  on  bir  hecalı 

qoşmadan  əvvəl  yarandığı  kimi,  yeddi  hecalı 

cinaslı  bayatı  da,  on  bir  hecalı  təcnisdən  çox 

əvvəl yaranmışdır.  

Əlbəttə,  bu  mülahizə  təcnisin  qoşma 

ölçüsündə, 

qoşmadan  ayrılıb  ilk  dəfə 

formalaşması 

ilə 

əlaqədardır.  Sonralar 



təcnisin    müxtəlif  formaları  yaranıb  meydana 

çıxmışdır.  İkincisi,    cinaslı  bayatının  və 



təcnisin  hər  biri  özlüyündə  müstəqil  və 

bitkin  şeir formalarıdır.  

Folklorşünas  Elxan  Məmmədli    yazır  :  

“Təcnis” və  ya “ Cinas”  şeir  janrı, şeir şəkli  

deyildir.  O,  şeirin    qafiyə  quruluşunu 

tamamlayan, ona forma və  məzmun əlvanlığı 

gətirən,  beyt  və  bəndləri    incə  çalarlarla 

zənginləşdirən  poetik bir komponentdir.

1

 



Aşıqlar 

arasında 

təcnis 

haqqında 



danışarkən  belə  bir  ifadə  işlədilir:  “Bu 

                                                           

1

 Elxan Məmmədli. “Təcnis  sənətkarlığı”, “Nafta-press”, Bakı, 



1998,  səh 5 


Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə