362
Gəldi bir yaxşı suvar,
Gir bağa, yaxşı suvar.
Aləmin malı, mülkü,
Aşiqin Yaxşısı var.
Bayatı Q.B. Zakirə məxsus olsa da,
burada Sarı Aşığın nəfəsi, amalı yaşayır.
“Aləmin malı, mülkü var”. Amma Sarı Aşığın
bircə Yaxşısı.
Q.B. Zakir də bu bayatıda Sarı Aşığın
öz eşqindən dönməzliyini, yar yolunda
mətinliyini ifadə etmişdir.
Məhəmməd bəy Aşiq də Sarı Aşığı
Yaxşısız təsəvvürünə gətirə bilmir. Sarı
Aşıqla Yaxşının eşq macərası sonralar dillər
əzbəri olmuş, çoxları bu eşqə həsəd
aparmışlar. Çoxları özünü aşığa, sevgilisini də
Yaxşıya bənzətmişlər. Bunlardan biri də
Məhəmməd bəy Aşiqdir:
Qarşıda yaxşı Pəri,
Tərlanın yaxşı pəri.
Mən aşiqdən yaxşıyam,
Yaxşıdan yaxşı, Pəri.
Sarı Aşığın yaratdığı qafiyələr öz döv-
ründə və özündən sonrakı aşıq ədəbiyya-
tımızda təcnis yaradıcılığının inkişafında
mühüm rol oynamışdır.
363
“Məlumdur ki, Sarı Aşıq bayatı ustasıdır.
Bu saat onun adı ilə bağlı olan qəbir də,
gümbəz də zaman keçdikcə yer üzündən
silinib gedəcək, lakin xalq şeirimizin ən gözəl
inciləri olan Sarı Aşıq bayatıları ürəklərdən
silinməyəcək, dillərdən düşməyəcəkdir”.
1
Çox
sənətkarlar
təcnis
saraylarının
qapısını açıb oraya daxil ola bilməmiş, yalnız
bu sarayın başına dolanmışlar. Zaman bu
sarayların sonralar qıfılına açar salmağı
bacaran
tək-tək
istedadlı
sənətkarlar
yetişdirmişdir. Bunların sırasında Zodlu
Abdullanın və Növrəs İmanın xüsusi
mövqeləri və bacarıqları olmuşdur. Hər
sahədə, o cümlədən, poeziyada yenilik
yaratmaq, qabağa getmək, hər şeydən əvvəl,
aşığın istedadından və bacarığından asılıdır.
1
M.H.Təhmasib. Azərbaycan xalq dastanları (orta əsrlər), Bakı,
“Elm” nəşriyyatı, 1972, səh 227
364
d) Xəstə Qasım, Molla Pənah Vaqif,
Qasım bəy Zakir, Nəbati yaradıcılığında
təcnis
Tikmədaşlı
Xəstə
Qasım
aşıq
yaradıcılığının bel sütunudur.
1
Xəstə Qasım
şeirinin dil əlvanlığı xalq yaradıcılığı
çeşməsindən, bayatı inciləri xəzinəsindən
gəlir.
Xəstə
Qasım
şeirinin
dili
–
bayatılarımızın dilidir. O, bu büllur çeşmənin
gözündən içib.
Aşıq şeirinin inkişaf xətti aydınca
göstərir ki, Tufarqanlı Abbas XVII əsrin
əvvəllərində, Sarı Aşıq bu əsrin ortalarında,
Xəstə Qasım isə XVII əsrin sonu XVIII əsrin
birinci yarısında yazıb-yaratmışdır. Qüdrətli
sənətkar olan Xəstə Qasımın ədəbi irsi
içərisində yeddi təcnis, üç cığalı təcnis vardır.
Xəstə Qasımın təcnisləri və cığalı təcnisləri
bir-birindən gözəldir. Xüsusilə, “Üz ha, üz”
rədifli cığalı təcnisi əvəzsiz sənət incisidir.
Eyni zamanda, bu cığalı təcnis məzmununa
görə, həm də nəsihətamiz bir ustadnamə kimi
səslənir.
Əsl ustalıq məhz təcnis yaratmaqla
meydana çıxdığından, aşıqlar bu şeir növünə
1
Sədnik Paşa Pirsultanlı, “Aşıq Şəmşirin poetik aləminə
səyahət”, Bakı, “Təknur”, 2008, səh 209
365
xüsusi
əhəmiyyət vermiş, məharətlərini
göstərməyə çalışmışlar.
Aşıq poeziyasına dərindən bələd olan
Xəstə Qasım təcnisi yüksək qiymətləndirərək
demişdir:
Xəstə Qasım, sözün yetib tamama,
Gündoğan, günbatan gələr salama,
Nə alim işidi, nə də üləma,
Təcnis mənasının çox hünəri var.
2
Xəstə Qasımın yaratdığı sənət inciləri,
xüsusilə, təcnis, qıfılbənd, ustadnamə və
başqa şeirləri onun aşıq yaradıcılığındakı
ədəbi mövqeyini yüksək tutmağa və istedadlı
bir sənətkar olduğunu söyləməyə haqq verir.
Xəstə Qasım şeirlərinin sənətkarlıq
xüsusiyyətlərini araşdırarkən tamamilə aydın
olur ki, milli heca vəznli şeirimizin inkişaf
tarixində onun xüsusi xidmətləri olmuşdur.
3
M.P.Vaqif, Q.B.Zakir, Ə.Nəbati və başqa
xalq ruhunda şeirlər yazıb-yaradan sənətkarlar
təcnis yaradıcılığını yüksək qiymətləndirmiş
və özləri də gözəl təcnislər yaratmışlar.
2
Xəstə Qasım, (toplayanı və tərtib edəni Sədnik Paşayev), Bakı,
Gənclik, 1975, müqəddimə, səh 11.
3
Sədnik Paşayev, Azərbaycan folkloru və aşıq yaradıcılığı,
ADUN, Bakı, 1989, səh 72.
Dostları ilə paylaş: |