1 azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə88/98
tarix07.07.2018
ölçüsü2,35 Mb.
#53654
1   ...   84   85   86   87   88   89   90   91   ...   98

 

    


421

 

 



Birinci  misrada  gözlərinin  həmayıl  tək 

süzüldüyünü,  ikinci  misrada  qollarının 

həmayıl  kimi,  yəni  kəhrəba  muncuq  kimi 

dolandığını,  üç  dərdin  onun  sinəsində 

qaldığını,  həmayıl  kimi  cəmləşdiyini  bildirir. 

Bu  cəmləşən  dərd  nədir?  Biri  mən,  əmin 

oğluyam, biri sən, Həmayılsan, üçüncüsü səni 

bir də görmək dərdimdir:  

Ağ buxağın ətir verir süzənə

Şəkər ləbin qulluq eylər süzənə.  

Həsrətindən saflanmışam süzənə, 

İncəlmişəm dost zülfünün birincə.

1

 

 



Üçüncü  bəndin  birinci  misrasında  ağ 

buxağın süzən kimi, su kimi, sünbül kimi ətir 

verdiyindən  bəhs  olunur,  ikinci  misrada 

sevgilisinin  dodaqlarının  susuzluğa  meyl 

etdiyi  bildirilir.  Üçüncü  misrada  həsrətdən 

iynənin  sapına  döndüyünü  və  iynənin 

ulduzundan  keçdiyini,  özünün  elə  incəlib 

dostunun zülfünün birinə döndüyünü bildirir.  

Bu  təcnis  Aşıq  Həmayılın  sənətkarlıqla 

yaratdığı  hekayətin  zehinlərdə  qalmış  bir 

incisidir.  

                                                           

1

 Sədnik Paşayev, “Yenə Aşıq Həmayıl haqqında”, “Azərbaycan 



qadını”  jurnalı, 1971, № 8, “Ulduz” qəzeti,  6 fevral  1971-ci  il,  

Sədnik 


Paşa  Pirsultanlı,  Ozan-aşıq  yaradıcılığına  dair 

araşdırmalar, Gəncə, “Pirsultan”, 2002, səh 166 




 

    


422

 

 



 

Növrəs  İman  (1903-1933)  təcnis  yaradı-

cılığında  müasirlərindən  xeyli  önə  keçmiş  və 

təcnisin  qıfılbənd  nümunəsini  yaratmışdır. 

Xəstə Qasımın açılmamış qıfılbəndlərinə açar 

salan,  müəmmalı  qıfılbəndlərinə  cavab  yazan 

Növrəs 

İman 


Xəstə 

Qasımın 


təcnis 

yaradıcılığına  da  böyük  diqqət  yetirmiş,  yeni 

təcnis  binaları  ucaltmış,  hələ  üstəlik  təcnisin 

qıfılbənd  kimi  çətin  növünü  də  yarada 

bilmişdir. Onun “İndi” rədifli təcnis-qıfılbəndi 

əvəzsiz sənət incisidir: 

 

İki şeş fəslində tifli büstanam, 



Altıda yox atam, nə anam indi. 

On ikidə yetişmiş bağ-bostanam, 

On üçdə yox barım, nə danam indi.  

 

 



Mənası  budur  ki,  iki  şeş  fəslində,  yəni 

üç  yaşıma  qədər  tifiləm,  anamı  əmirəm. 

“Altıda  yox  atam,  nə  anam  indi”.  Yəni,  mən 

bu yaşımda sərbəst oynamaqla məşğulam. O, 

“on üç yaşımda hələ bostanımın barı yoxdur” 

söyləyirdi.    Bu  təcnis  olduğu  qədər  də 

bağlamadır.  Lakin  onun    açılması,  təhlili 

insana  zövq  verir.  İkinci  bənddə  İman  bəlkə 

də özündən söz açır, öz gəncliyini göz önünə 

gətirir:  

 



 

    


423

 

 



Şam idim əzəldən, yar işığıyam, 

Leyli, Məcnun kimi yar aşığıyam.  

Məclislər zinəti, yaraşığıyam, 

Söz keçmir isbata, nə danəm indi.

 1

 

 



 

Müəllif    şeirin  birinci  misrasında  yar 

üçün  bir  işıq  olduğunu,  ikinci  misrada  Leyli 

və  Məcnun  kimi    yar  aşığı  olduğunu,  üçüncü 

misrada məclislərin yaraşığı olduğunu bildirir. 

İman  təkcə  sözdə  məna  axtarmır,  həm  də 

onun gözəlliyinə xüsusi diqqət yetirir. Burada 

sənətkarın  giley-güzarı  da  vardır.  Söz  sərrafı 

olan  sənətkarın  sözü  zəmanəsində  isbata 

keçmir.  Lakin  o,  sözünün  isbata  keçmədiyini 

danmır,  hər  kəsə  söyləyir.    Bunun  özü  də 

sənətkar 

cəsarətidir. 

Təcnisin 

sonuncu 

bəndində  İman  daha  hikmətli    sözlərlə, 

fikirlərlə məqsədini tamamlayır:  

 

 İman, eşqin nə az verib, nə az alar, 



Can dərdə gələndə titrər əzalar.  

Dost yad olsa məhəbbətlər azalar

Qalmaz sel yerində, nə də nəm indi.  

 

Doğrudan  da,  cana  dərd  gələndə  insan 



əzaları  titrəyər,  yəni  sızıldar,  dost  yad  olsa, 

                                                           

1

 Aşıqlar. II cild, Bakı, 1938, səh 215 




 

    


424

 

 



məhəbbətlər  azalar:  “Qalmaz  sel  yerində,  nə 

də  nəm  indi”.  Doğrudan  da,  çayın,  bulağın 

suyu  çəkildikdən  sonra  yerində  nəm,  yaş 

qalmır.  Hətta,  həmin  yerdən  bulaq  çıxdığına, 

çay axdığına da inanmırsan.  

Kəlbəcər  aşıq  mühitində  el  şairi  Əli 

Bimar  (1904-1952)    təcnis  yaradıcısı  kimi 

tanınır.  Onun  təcnislərinin  də  özünəməxsus 

gözəllikləri  vardır.  Onun  təcnislərində  məna 

dərinliyi,  xalq  hikməti  özünə  geniş  yer 

almışdır.    Əli  Bimar  təcnislərində  ona  qədər 

işlənməmiş original cinaslar yaradır.  

Bimar  təcnis  yaradıcılığında  çox  irəli 

getmiş  və  ustad  sənətkarlarla  bir  sırada 

dayanmaq  haqqı  qazanmışdır.  Əli  Bimar  iki 

mənbədən:  ustad  aşıqların  qoyub  getdikləri 

ədəbi irsdən və xalq  yaradıcılığı xəzinəsindən 

bəhrələnmişdir.  Bu  səbəbdən  də,  onun 

şeirlərində xəlqilik çox güclüdür:  

Ax deyərsən, vay deyərsən bir zaman, 

Keçən günlər daha düşməz birdə ələ. 

Səd heyif cavanlıq, aman, əl aman, 

Buraxmaram yaxan keçsə, birdə ələ.  

 

 



 

*** 


Aqil kəslər bu dünyadan kam alı, 

Ağlı kəmlər haqdan payın kəm alı, 

 

Kamil usta cəm eyləsə kamalı, 




Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə