1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycanla-Türkiyə arasında təhsil əlaqələri



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə43/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   39   40   41   42   43   44   45   46   ...   57

113
Azərbaycanla-Türkiyə arasında təhsil əlaqələri
ayının sonuna qədər bu ixtisaslara qəbul olunacaq tələbə sayını və digər 
şərtləri bildirəcəkdir”.
Protokolda həmçinin təhsilin müxtəlif sahələrində, orta və ali məktəb 
müəllimlərinin  mübadiləsi,  dərslik  və  nəşriyyat,  türkdilli  respublikalarda 
tədris  olunacaq  ortaq  tarix  və  ədəbiyyat  kitablarının  yazılması  kimi 
məsələlərdə  əməkdaşlığın  qurulması  və  daha  da  genişləndirilməsi  əksini 
tapıb.  Azərbaycan  nümayəndə  heyəti  səfər  zamanı  Türkiyənin  müxtəlif 
tədris  müəssisələrinə  baş  çəkib,  orta  və  ali  təhsil  sistemi  ilə  yaxından 
tanış  olub.  Bu  səfərdən  və  qeyd  olunan  Protokolun  imzalanmasından 
sonra  Azərbaycanla  Türkiyə  arasında  tələbə  mübadiləsi  sahəsində 
əməkdaşlığın  məzmununda  çox  ciddi  dəyişikliklər  baş  verib.  Bu  vaxta 
qədər Azərbaycan vətəndaşları xarici dövlətlərə, xüsusilə Türkiyəyə təhsil 
almağa göndərilərkən onların ölkəyə daha vacib olan ixtisaslar üzrə təhsilini 
təmin etmək məsələsində müəyyən nöqsanlara yol verilirdi. Çox zaman bu, 
müəyyən qanunauyğunluğa əsaslanmadan tələbələrin ixtiyarına buraxılırdı. 
Nəticədə,  bəzi  ixtisaslar  üzrə  ali  təhsilli  mütəxəssislər  ehtiyac  olmasa 
da  Türkiyədə  hazırlanırdı.  Məsələn,  1997/1998-ci  tədris  ilinin  statistik 
məlumatlarına  əsasən,  Ankara,  Qazi,  İstanbul,  Mərmərə,  Egey,  Doqquz 
Eylül,  Səlcuq,  Uludağ  və  On  doqquz  Mayıs  universitetləri  üzrə  aparılmış 
təhlil göstərir ki, bu ali məktəblərdə tələbələrimizin 34,1%-i pedaqoji, 27%-i 
iqtisadi, idarəetmə və ictimai elmlər fakültələrində (maliyyə, iqtisadiyyat, 
menecment, beynəlxalq əlaqələr, sosiologiya, psixologiya), 8,2%-i hüquq 
və jurnalistika, 8%-i ilahiyyat, 5,1 %-i mühəndislik, 4,1%-i kənd təsərrüfatı 
və  4,3%-i  tibb  ixtisasları  üzrə  təhsil  alıblar.  Soydaşlarımızın  9,2%-i  ali 
məktəblərin  nəzdində  fəaliyyət  göstərən  ikiillik  ali  peşə  məktəblərinə 
(məslək yüksək okulları) qəbul edilib. Göründüyü kimi, tələbələrimizin 1/3 
hissəsi  respublikamızın  bir  çox  ali  məktəblərində  mövcud  olan  ixtisaslar 
üzrə təhsil alıblar. 
Qeyd  olunan  Protokol  Azərbaycanda  həyata  keçirilən  və  aparılacaq 
təhsil  islahatlarına  Türkiyə  tərəfinin  hərtərəfli  yardım  göstərməsi  və  bu 
sahədə faydalı əməkdaşlığın qurulması üçün də real zəmin yaradıb. Təhsil 
naziri  Misir  Mərdanovun  rəhbərlik  etdiyi  nümayəndə  heyətinin  1999-cu 
il 22 iyul – 4 avqust tarixində Türkiyəyə növbəti səfəri yeni perspektivlər 
açıb.  Məqsəd  Türkiyədə  aparılan  təhsil  islahatlarının  gedişi  ilə  tanış 
olmaq,  bu  ölkənin  təcrübəsini  yaxından  öyrənmək  idi.  Həmin  il  Dünya 
Bankının  Beynəlxalq  İnkişaf  Assosiasiyasının  ayırdığı  kredit  hesabına 
Azərbaycanın Təhsil Nazirliyi orta təhsil sistemində islahatlara başlamışdı. 
Qərb təhsil sisteminə inteqrasiya yolunda böyük uğurlar əldə etmiş Türkiyə 


114
Azərbaycanla-Türkiyə arasında təhsil əlaqələri
məktəblərinin  təcrübəsinin  öyrənilməsi  səfər  zamanı  diqqət  mərkəzində 
olub.
Artıq təhsil əlaqələri qurulub və fəaliyyət üçün hüquqi əsas yaradılıb. 
Ölkələrimiz  arasında  əməkdaşlıq  genişlənir.  Bu  baxımdan  Azərbaycan 
nümayəndə heyətinin Qaradəniz Universitetlər Birliyinin İstanbulda 2000-ci 
il iyulun 2-dən 11-dək keçirdiyi II Beynəlxalq Konqresdə iştirakı da faydalı 
olub.  Konqresin  açılışında  Misir  Mərdanov  çıxış  zamanı  bildirib  ki,  bu 
tədbir Qaradəniz hövzəsi universitetləri arasında yeni əlaqələrin qurulması 
və əməkdaşlığın daha da inkişaf etdirilməsində xüsusi rol oynayaq. 
Konqresdə  Albaniya,  Bolqarıstan,  Gürcüstan,  Ermənistan,  Moldova, 
Rumıniya, Rusiya, Yunanıstan və Ukraynadan da qonaqlar iştirak ediblər. 
Qaradəniz  Universitetlər  Birliyinin  növbəti  görüşü  2002-ci  ildə  Bakıda 
keçirilib. 
Təhsil sahəsində əməkdaşlıqla bağlı əlamətdar hadisələrdən biri də 2000-
ci ilin dekabrında Misir Mərdanovun dəvəti ilə Türkiyə Respublikası milli 
təhsil nazirinin Bakıya səfəridir. Türkiyə Respublikasının milli təhsil naziri 
Mətin Bostançıoğlu səfər zamanı bəyan edib ki, həmin il Bakıda baş vermiş 
zəlzələdən ziyan çəkmiş iki məktəbin təmirini Türkiyə Respublikası Milli 
Təhsil Nazirliyi üzərinə götürür. Bakı şəhərindəki İncəsənət Gimnaziyası və 
Səbail rayonundakı 7 nömrəli orta məktəbin təmirinə Türkiyə Respublikası 
Milli Təhsil Nazirliyi 50.000 ABŞ dolları məbləğində vəsait ayırıb. Səfər 
zamanı  təhsil  və  elm  sahələrində  əməkdaşlıq  haqqında  növbəti  Protokol 
imzalanıb.  Bu  Protokolun  14-cü  maddəsində  ali  təhsil  diplomlarının 
qarşılıqlı tanınmasını sürətləndirmək üçün Azərbaycan Respublikası Təhsil 
Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası (YÖK) rəhbərliyinin 
mütəxəssislərindən  ibarət  yaradılmış  Birgə  Komissiyanın  ildə  bir  dəfə 
Bakıda və ya Ankarada işləməsi üçün şərait yaradılması qeyd olunub. Buna 
əsasən formalaşmış Birgə Komissiyanın fəaliyyəti nəticəsində Azərbaycan 
ali  məktəblərinin  müvafiq  ixtisaslarının  tanınması  sahəsində  müəyyən 
irəliləyişlər əldə edilib. 
Protokolun  12-ci  maddəsinə  “Türk  dünyası  tarixi”  və  “Türk  dünyası 
ədəbiyyatı” dərs kitablarının çap olunması üçün bu günə qədər aparılan 
işlərin  davam  etdirilməsi”,  19-cu  maddəsinə  Azərbaycan  və  Türkiyənin 
qarşılıqlı olaraq qarşı tərəfin təhsil işçiləri üçün “Azərbaycan dilini öyrətmə 
və  təhsil  sistemini  tanıtma”  və  “Türk  dilini  öyrətmə  və  təhsil  sistemini 
tanıtma”  mövzularında    xidməti  təhsil  seminarlarının  təşkil  olunması”, 
22-ci  maddəsinə  “iki  ölkə  arasında  tərəflərin  daxili  imkanları  nəzərə 
alınmaqla ali təhsil işçilərinin mübadiləsini gücləndirmək üçün tədbirlərin 


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə