1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə41/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   37   38   39   40   41   42   43   44   ...   57

107
Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi
sentyabrın13-16-da  isə  “İllik  iş  statistikası”  mövzularında  Komitəyə 
məsləhət  xidməti  verilib.  Habelə  Komitə  əməkdaşları  üçün  Türkiyədə 
həmin mövzularda təlim proqralmarı təşkil edilib. Verilən təlim və məsləhət 
xidməti proqramlarına Komitəsinin 25 əməkdaşı cəlb olunub.
Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə 
təlim dəstəyi
Azərbaycan  Respublikası  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsi 
(QKDK)  və Türkiyə  Kapital  Bazarı  Şurası  (SPK)  ilə  birgə  təşkil  olunan 
təcrübə və təlim kurslarının həyata keçirilməsinə TİKA dəstək verib. Bakıda 
və İstanbulda keçirilən proqramlarda QKDK-nın təqribən 40 əməkdaşına 
təlim  verilib.  QKDK-nın  təklifi  əsasında  Milli  Depozit  Mərkəzinin  8 
əməkdaşının Türkiyənin Takasbank və Milli Qeydiyyat Təşkilatında təşkil 
olunan təlim proqramlarında iştirak etməsinə köməklik göstərilib.
İdarəetmənin  təkmilləşdirilməsi  sahəsində  əlavə  olaraq  TİKA  Baş 
Ofisinin aşağıdakı fəaliyyətləri də vurğulana bilər:
-  Daşınmaz Əmlakın Dövlət Reyestri sahəsində əməkdaşılq;
-  Beynəlxalq Polis Təlimi əməkdaşlıq layihəsi;
-  Azərbaycan  Respublikası  Milli  Məclisinin  əməkdaşları  üçün  təlim 
proqramı.
 
Ɔ
Elmi və mədəni sahələrdə əməkdaşlıq
“XXI əsrdə qadının rolu” mövzusunda beynəlxalq konfrans 
Azərbaycan,  Qazaxıstan,  Qırgızıstan,  Özbəkistan  və  Türkmənistanın 
dövlət müstəqilliyinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası 
Milli Məclisinin himayəsi və TİKA, TürkPA, Dialoq Avrasiya Azərbaycan 
Nümayəndəliyi və Lider Qadınlar İctimai Birliyinin birgə əməkdaşlığı ilə  
oktyabrın 3-4-də “XXI əsrdə qadının rolu” mövzusunda beynəlxalq konfrans  
təşkil  olunub.  Bakıda  keçirilən  bu  konfransda  Türkiyə  Respublikasının 
ailə  və  sosial  siyasət  naziri  Fatma  Şahin,  Azərbaycan  Respublikası 
Ailə,  Qadın  və  Uşaq  Problemləri  üzrə  Dövlət  Komitəsinin  sədri  Hicran 
Hüseynova, Azərbaycan, Türkiyə,  Qazaxıstan,  Qırgızıstan  Özbəkistan  və 
Türkmənistandan  olan  qadın  deputatlar,  elm  adamları,  siyasət  və  qeyri-
hökumət təşkilatı nümayəndələri iştirak ediblər.


108
Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi
İnformasiya və Kommunikasiya Texnologiyalarının Tətbiqi  V Beynəlxalq 
Konfransı
TİKA  Baş  Ofisi,  Azərbaycan  Respublikası  Rabitə  və  İnformasiya 
Texnologiyaları  Nazirliyi,  Təhsil  Nazirliyi,  Qafqaz  Universiteti,  BDU, 
UNESCO-nun Təhsildə  İnformasiya Texnologiyaları  İnstitutu, Azərbaycan 
Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu, 
Daşkənd İnformasiya Texnologiyaları Universiteti və Elektrik və Elektronika 
Mühəndisləri İnstitutunun (İEEE) birgə əməkdaşlığı ilə oktyabrın 12-14-də 
Bakıda təşkil olunan konfransda 31 ölkədən 162 elm adamı iştirak edib.
Elmi və mədəni sahələrdə əməkdaşlıq istiqamətində, yuxarıda sadalanan 
layihə  və  fəaliyyətlərə  əlavə  olaraq,  TİKA  Başqanlığının  aşağıdakı 
çalışmaları da qeyd oluna bilər:
-  “AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun modernləşdirilməsi” 
layihəsi;
-  II Türk Filmləri Festivalı;
-  Beynəlxalq Türk Dili Olimpiadaları;
-  Beynəlxalq Molla Nəsrəddin Karikatura Festivalı;
-  Beynəlxalq Uşaq Muğam Festivalı;
-  Beynəlxalq Mülki Hüquq Simpoziumu;
-  Novruz bayramı tədbirləri;
-  “Yunus  Əmrədən  Füzuliyə  insan  sevgisi”  mövzusunda  beynəlxalq 
konfrans;
-  “Keçmişdən bu günə Əhməd Yəsəvi” mövzusunda konfrans;
-  “Cənubi  Qafqazda  sabitlik  və  əməkdaşlığı  artırma”  mövzusunda 
konfranslar silsiləsi;
-  Qloballaşma prosesində Qafqaz və Orta Asiya Konqresi.
 
Ɔ
Sosial məzmunlu layihə və fəaliyyətlər
Müharibədən zərər çəkən ailələrdən olan uşaqlar üçün kompyuter 
kurslarının təşkili 
TİKA Azərbaycanda  fəaliyyət  göstərən  Regional  İnsan  Hüquqları  və 
Media Mərkəzi İctimai Birliyinin Bərdə rayonunda təşkil etdiyi kompyuter 
kurslarını  lazımi  avadanlıqla  təchiz  edib.  2010  və  2011-ci  illərdə  təşkil 


109
Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi
olunan kurslarda 121 nəfər uşaq kompyuter biliklərinə yiyələnib. Bu kursları 
bitirən uşaqlardan 27 nəfəri qazandığı biliklər nəticəsində işlə təmin olunub.
Gəncə Uşaq Evinə dəstək
Gəncə Uşaq Evində 14-15 yaşa qədər yaşadıqdan sonra uşaq evindən 
ayrılmaq məcburiyyətində qalan uşaqların peşə sahibi olmasını təmin etmək 
üçün tədris kurslarının təşkili məqsədi ilə korpusların hazırlanması və digər 
ehtiyacların qarşılanması üçün zəruri maddi vəsait verilib. 
Şəki Əlillərə Qayğı İctimai Birliyinə dəstək
Şəki Əlillərə Qayğı İctimai Birliyi ilə birgə həyata keçirilən “Əqli və 
fiziki əlillər üçün tədris kurslarının təşkil olunması” layihəsi çərçivəsində 
əlillərə  xalçaçılıq,  qobilen,  trikotaj,  tikiş  və  kompyuter  biliklərinin  tədris 
olunması  üçün  lazım  olan  avadanlıq,  təchizat  və  materialların  məsrəfləri 
qarşılanıb. Kurslara davam edən əlillərin nəqliyyat problemini həll etmək 
məqsədi ilə bir ədəd mikroavtobus Birliyə hədiyyə edilib.
Əlil Uşaqlarla İş Mərkəzinə dəstək
Azərbaycanda  əlil  uşaq  və  gənclərin  sosial  problemlərinin  həlli 
istiqamətində fəaliyyət göstərən Əlil Uşaqlarla İş Mərkəzinə əlil uşaqların 
asudə  vaxtlarını  dəyərləndirə  bilmələri  üçün  tikiş  maşınları  və  idman 
ləvazimatları hədiyyə edilib. Bundan əlavə, əlil uşaq və gənclərin müxtəlif 
məqsədli şəhərdaxili gəzintilərini təmin etmək məqsədilə Mərkəzə bir ədəd 
mikroavtobus verilib.
Sosial  məzmunlu  layihə  və  fəaliyyətlərin  sırasında  əlavə  olaraq 
aşağıdakıları da qeyd etmək olar:
-  Müharibə  veteranı  olan  qadınlar  üçün  Məişət  Xidməti  Mərkəzinin 
yaradılması; 
-  İnsan  alveri  qurbanları  üçün  Sosial  Reinteqrasiya  Mərkəzinin 
yaradılmasına dəstək;
-  Azərbaycan Əlillər Cəmiyyəti Yasamal Rayon Şöbəsinə dəstək;
-  Bakı Əlil Uşaqlar Reabilitasiya Mərkəzinə avadanlıq yardımı;
-  Azərbaycan Uşaq Təşkilatı Yasamal Rayonu Şöbəsində istilik sisteminin 
qurulması.


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə