98
Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi
Nazirinin Mərkəzi Aparatı nəzdində fəaliyyət göstərən TİKA çox geniş
sferaya yayılan layihə və proqramların əlaqələndirilməsini təmin etmək
üçün Proqram Koordinasiya Ofisləri açıb. Hazırda Albaniya, Azərbaycan,
Bosniya-Hersoqovina, Efiopiya, Əfqanıstan, Fələstin, Gürcüstan, Kosova,
Makedoniya, Moldova, Monqolustan, Qaradağ, Qazaxıstan, Qırğızıstan,
Pakistan, Özbəkistan, Seneqal, Serbiya, Sudan, Suriya, Tacikistan,
Türkmənistan və Ukraynada olmaqla (cəmi 23 ölkədə) 26 TİKA Proqram
Koordinasiya Ofisi fəaliyyət göstərir.
TİKA-nın Bakı Proqram Koordinasiya Ofisi Türkiyə ilə Azərbaycan
arasında imzalanmış “Texniki Əməkdaşlıq Protokolu” çərçivəsində 1994-
cü ildən etibarən fəaliyyət göstərir. İqtisadiyyat, kənd təsərrüfatı, turizm,
institusional infrastrukturun inkişaf etdirilməsi, texniki, sosial, mədəni
və təhsil sahələrində həyata keçirilən fəaliyyətlər üzrə dost və qardaş
Azərbaycanın dövlət və qeyri-dövlət strukturları ilə əməkdaşlıq qurulmasına
xüsusi əhəmiyyət verilir.
Azərbaycanın inkişafına kömək göstərilməsi və Türkiyə-Azərbaycan
dostluğunun möhkəmləndirilməsi istiqamətində TİKA-nın indiyədək
həyata keçirdiyi 600-dən çox layihə və fəaliyyətin qısa xülasəsini aşağıdakı
şəkildə vermək mümkündür.
Ɔ
Kənd təsərrüfatı
Azərbaycan-Türkiyə Toxum İstehsalı və Tədqiqat Müəssisəsi
Azərbaycanda toxumçuluğun inkişaf etdirilməsi istiqamətində 1995-
ci ildən etibarən həyata keçirilən fəaliyyətlərin konkret bir struktur
vasitəsilə aparılması, Türkiyə və Azərbaycan mənşəli toxum növlərinin
sınaqdan keçirilməsi, yaxşılaşdırılması və uyğun növlərin istehsal
edilməsi məqsədi ilə 2001-ci ildə Xaçmaz rayonunda Azərbaycan-
Türkiyə Toxum İstehsalı və Tədqiqat Müəssisəsi yaradılıb. Kənd
təsərrüfatı avadanlıqları, toxum və gübrə ilə təchiz edilən müəssisənin
keyfiyyətli toxum istehsal etməsi təmin olunub. Bundan əlavə,
müəssisədə fermerlərin təlim keçməsi üçün Fermer Təlim Mərkəzi
yaradılıb və işçilər üçün təlim proqramları təşkil olunub. Aparılan
toxumçuluq işləri nəticəsində məhsuldarlıqda 25-30% artım əldə edilib.
TİKA-nın Türkiyədən gətirdiyi toxumların sınaq əkini nəticəsində
illik ortalama 500-600 ton yüksək keyfiyyətli toxum istehsal olunaraq
ölkənin müxtəlif regionlarındakı fermerlərə verilməkdədir.
99
Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi
“Bitki mühafizəsi və karantin laboratoriyalarının yenilənməsi” layihəsi
Azərbaycana idxal olunan bitkiçilik məhsullarının sağlam şəkildə
müayinə edilərək ölkəyə daxil olmasının təmin edilməsi məqsədi ilə
2000-2006-cı illər arasında layihə həyata keçirilib. Layihə çərçivəsində
bitki mühafizəsi və karantini sahəsində xidmət göstərən Azərbaycan
Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar
Nəzarəti Xidmətinə bağlı Bakı mərkəz, Astara və Samur sərhəd
karantin labaratoriyalarına yeni avadanlıqlar verilib və burada işləyən
mütəxəssislər (təqribən 100 nəfər) üçün Türkiyə və Azərbaycanda
müxtəlif tədris proqramları təşkil olunub. Türkiyədən ezam olunan
mütəxəssislər Dövlət Fitosanitar Nəzarəti Xidmətinə məsləhət xidməti də
verib. Bundan əlavə, Azərbaycanda bitki mühafizəsi və karantinlə bağlı
qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində aparılan fəaliyyətlərə
də dəstək göstərilib.
Layihənin bitki mənşəli xəstəlik və zərərvericilərin xaricdən Azərbaycana
gəlməsi, eyni zamanda ölkə daxilində regionlar arasında yayılmasının
qarşısını alan nəzarət mexanizminin formalaşdırılması, aqrar istehsalın
inkişafı və ərzaq təhlükəsizliyi kimi milli hədəflərin reallaşdırılması, habelə
qanunvericilik bazasının təkmilləşdirilməsinə müsbət və vacib təsirləri
olub.
Torpaq analizi laboratoriyaları
Əkin sahəsi kimi istifadə olunan torpaqların kimyəvi tərkibinin
öyrənilməsi, torpaqda və bitkilərdə məhsuldarlığın artırılması və ekoloji
problemlərin qarşısının alınması məqsədi ilə 2004-2009-cu illər arasında
həyata keçirilən layihə çərçivəsində Gəncə, Quba və Abşeronda fəaliyyət
göstərən üç laboratoriyanın infrastrukturu yaxşılaşdırılıb. Laboratoriyalar
müasir cihaz və avadanlıqlarla təchiz olunub, mütəxəssislər (ümumi sayı
40 nəfər) üçün laboratoriya analizləri ilə bağlı təlim proqramları təşkil
edilib. Türkiyədən ezam olunan mütəxəssislər tərəfindən laboratoriyalarda
aparılan analizlərlə bağlı mütəmadi yoxlamalar aparılıb və lazımi məsləhət
xidməti verilib.
Nəticədə, Gəncə, Quba və Abşeron torpaq analizi laboratoriyalarında
çalışan yerli mütəxəssislər torpaqların əkin və suvarmaya əlverişli olmasının
öyrənilməsi üçün azot, fosfor, natrium, xlor və buna bənzər 70-dən çox
kimyəvi analiz apara biliblər.
100
Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi
“Damazlıq ana arı yetişdirilməsi” layihəsi
Azərbaycanda arıçılığın inkişafı, təbliği, müasir arısaxlama texnologiyala-
rının tətbiqi, arı xəstəliklərinə qarşı mübarizə, yerli arı genofondunun qorun-
ması və damazlıq işinin təşkili məqsədilə həyata keçirilən layihə çərçivəsində
Türkiyədən ana arı yetişdirilməsi üçün istifadə olunan avadanlıqlar gətirilib.
Bu avadanlıqlar Azərbaycanda damazlıq ana arı yetişdirilməsi istiqamətində
fəaliyyət göstərən “Dağ arıçıları” İctimai Birliyinə təhvil verilib.
Layihənin həyata keçirilməsi ilə aşağıdakı müsbət nəticələr əldə olunub.
- Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda beynəlxalq
standartlara uyğun kütləvi damazlıq ana arı yetişdirilməsinə başlanılıb.
- Bir il içərisində 3.000-4.000 ədəd ana arı yetişdirilməsinə nail olunub.
Əvvəlki göstərici 600 ədəddir.
- Təsərrüfatların məhsuldar ana arılarla təmin olunması nəticəsində bal
məhsuldarlığı 35-40% artıb. Başqa sözlə, illik 30 ton əlavə bal istehsal
edilir.
- Respublikanın bir neçə bölgəsində ana arı yetişdirilməsinə başlanılıb.
- Ana arı yetişdirilməsi sahəsində yerli mütəxəssislər hazırlanıb.
“Heyvan cinslərinin yaxşılaşdırılması” layihəsi
Kiçikbuynuzlu heyvanlarda məhsuldarlığı artırmaq və yüksək məhsuldar
qoyun cinsləri əldə etmək üçün ət və süd məhsuldarlığına görə yüksək
nəsilvermə xüsusiyyətləri olan Sakız və İvesi cinsinə aid 30 baş qoç və
qoyun Türkiyədən gətirilərək (2004-cü ildə) yerli şəraitə uyğunlaşması və
yeni nəsillər əldə edilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı
Nazirliyinin Elmi-Tədqiqat Heyvandarlıq İnstitutuna (Gəncə) verilib.
İnstitut qoyun cinslərini artıraraq ölkənin müxtəlif regionlarındakı
qoyunçuluq təsərrüfatlarına paylanılması istiqamətində işlər aparır. Bu
yeni qoyun cinsi sayəsində süd və ət məhsuldarlığında əvvəlki dövrlə
müqayisədə ciddi artım əldə edilib.
“Kənd təsərrüfatı master planı və kənd yerləri inkişaf strategiyasının
hazırlanmasına dəstək” layihəsi
Rayonların kənd təsərrüfatı master planlarının tərtib edilməsi üçün