1 azərbaycan-tüRKİYƏ ƏlaqəLƏRİ son 20 İLDƏ: UĞurlar və İmkanlar


Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi



Yüklə 2,88 Kb.
Pdf görüntüsü
səhifə40/57
tarix27.10.2017
ölçüsü2,88 Kb.
#6975
1   ...   36   37   38   39   40   41   42   43   ...   57

104
Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi
Azərbaycan  Respublikası  Milli  Onkologiya  Mərkəzinin  həkimləri 
üçün təlim 
2010  və  2011-ci  illərdə  Milli  Onkologiya  Mərkəzində  işləyən  14 
həkim Türkiyənin müxtəlif universitet və xəstəxanalarında tibbin müxtəlif 
sahələrində təlim keçiblər.
“Naxçıvan Muxtar Respublikası ilə səhiyyə sahəsində əməkdaşlıq” 
layihəsi
Naxçıvanda  səhiyyə  xidmətinin  səviyyəsini  yüksəltmək  məqsədilə 
Muxtar Respublikanın səhiyyə sektorunda çalışan tibb heyəti üçün TİKA Baş 
Ofisinin dəstəyi ilə Türkiyədə müxtəlif ixtisaslar üzrə təlim və təkmilləşmə 
kursları təşkil olunub. 2007-2011-ci illərdə keçirilən bu kurslarda 52 nəfər 
tibb işçisi iştirak edib. 
Bundan əlavə, səhiyyə sahəsində aşağıdakı layihə və fəaliyyətlər həyata 
keçirilib:
-  Reproduktiv sağlamlıq təlim proqramları;
-  Şəmkir Rayon Mərkəzi Xəstəxanası həkimləri üçün təlim proqramı;
-  Mərkəzi Klinik Xəstəxana həkimləri üçün təlim proqramı;
-  Səhiyyənin  müxtəlif  sahələri  üzrə  təşkil  olunan  beynəlxalq  konqres, 
simpozium,  konfrans  və  digər  bu  kimi  tədbirlərdə  azərbaycanlı 
mütəxəssislərin iştirakının dəstəklənməsi.
 
Ɔ
Təhsil
Azərbaycan  Dillər  Universitetinin  tərcümə  fakültəsində  sinxron 
tərcümə laboratoriya sisteminin qurulması
Azərbaycanda  tərcümə  sahəsində  keyfiyyətli  peşə  təliminin 
verilməsini  təmin  etmək  üçün  TİKA  Baş  Ofisi  2010-cu  ildə Azərbaycan 
Dillər  Universitetinin  tərcümə  fakültəsində  12  nəfərlik  2  dərs  otağı  və  1 
konfrans  zalından  ibarət  sinxron  tərcümə  laboratoriyası  sistemini  qurub. 
Laboratoriyanın köməyi ilə dərs otaqlarında eyni vaxtda ən az iki qrupun 
dərs  keçməsinə  imkan  yaradılıb  və  təlim  müddəti  boyunca  tələbələr 
konfrans zalından staj keçmək üçün faydalana bilirlər.


105
Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi
Bakı  Dövlət  Universiteti  (BDU)  sosial  elmlər  və  psixologiya 
fakültəsində elektron kitabxananın qurulmasına dəstək 
BDU-nun  sosial  elmlər  və  psixologiya  fakültəsində  elmi  tədqiqat  və 
təhsil fəaliyyətinin müasir texniki vasitələrlə aparılması, müəllim-professor 
və  tələbə  heyətinin  qlobal  elm  məkanına  inteqrasiya  olunmasına  dəstək 
verilməsi üçün elektron kitabxananın qurulmasına yardım göstərilib.
Təhsil sahəsində TİKA Baş Ofisi tərəfindən həyata keçirilən layihə və 
fəaliyyətlərə aşağıdakıları əlavə etmək olar:
-  Azərbaycanlı müəllimlər üçün təkmilləşmə proqramlarının təşkili;
-  BDU-da “Türk otağı”nın yaradılması;
-  Naxçıvan Dövlət Universitetinin Atatürk Mərkəzinə avadanlıq yardımı;
-  Azərbaycan  Dövlət  Pedaqoji  Universitetinin  Türk  Araşdırmaları 
Mərkəzinə dəstək;
-  Bakı  Slavyan  Universitetində  Türkiyə  Araşdırmaları  Mərkəzinin 
yaradılmasına dəstək;
-  Qafqaz Universiteti tələbələrinin Türkiyədə staj keçmələrinə dəstək;
-  Sənaye avtomatlaşdırma texnologiyaları üzrə təlimlər;
-  149 saylı Ağdam qaçqın məktəbinə avadanlıq və material yardımı;
-  Kitab yardımları.
 
Ɔ
Turizm 
Turizm təlim proqramları
Turizmdə xidmət keyfiyyətinin artırılması üçün TİKA Baş Ofisi hər iki 
ölkənin Mədəniyyət və Turizm nazirlikləri ilə birgə Azərbaycanın müxtəlif 
şəhərlərinin turizm müəssisələrində çalışan işçilər üçün tədris kursları təşkil 
edib. 2001-2011-ci illərdə təşkil olunan bu kurslarda ümumən 800-dən çox 
yerli turizm mütəxəssisinə təlim verilib.
Habelə  Azərbaycan  Respublikası  Mədəniyyət  və  Turizm  Nazirliyinə 
“Azərbaycanda  2006-2015-ci  illərdə  turizmin  inkişaf  etdirilməsi  Dövlət 
Proqramı”nın hazırlanmasında mütəxəssis köməyi göstərilib.
TİKA Baş Ofisi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi iki ölkə 
arasındakı  tarixi,  mədəni  və  turizm  əlaqələrinin  inkişaf  etdirilməsi  üçün 
“Ataların tarixi zəfər və şəhadət yolu” adlı layihə həyata keçirib.


106
Azərbaycan-Türkiyə arasinda texniki yardim layihələri: TİKA nümunəsi
 
Ɔ
İdarəetmənin təkmilləşdirilməsi
Azərbaycanlı hakimliyə namizədlər üçün təlim proqramları
Azərbaycan    məhkəmə-hüquq  sistemində  həyata  keçirilən  islahatların 
dəstəklənməsi məqsədilə 2008-2009-cu illərdə hakimliyə namizədlər üçün 
Azərbaycan və Türkiyədə müxtəlif təlim proqramları təşkil olunub.
Məhkəmə-Hüquq Şurası üçün “Təlimçilərin təlimi” proqramı
Azərbaycanda  ədalət  mühakiməsinin  səmərəliliyinin  artırılması, 
məhkəmə  fəaliyyətinin  yaxşılaşdırılması  və  ölkələr  arasında  bu  sahədə 
əlaqələrin inkişafı məqsədilə məhkəmə-hüquq sistemində çalışan 20 nəfər 
azərbaycanlı hüquqşünas 2011-ci il mayın 28-dən iyunun 5-dək Türkiyədə 
“Təlimçilərin təlimi” proqramında iştirak edib.
Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  əməkdaşları  üçün 
təlim kurslarının təşkil olunması 
Azərbaycan  Mərkəzi  Bankı  əməkdaşlarının  Türkiyə  Cümhuriyəti 
Mərkəzi  Bankında  və  Türkiyə  Bank  Fəaliyyətinin  Tənzimlənməsi  və 
Nəzarəti  Agentliyində  müxtəlif  mövzularda  təlim  kurslarında  iştirakına 
dəstək  göstərlib.  İndiyədək  Mərkəzi  Bankın  26  əməkdaşının  Türkiyəyə 
səfəri təşkil edilib.
Azərbaycan  Respublikası  Dövlət  Statistika  Komitəsinə  təlim  və 
məsləhət dəstəyi
TİKA hələ keçən əsrin 90-cı illərində ilk statistika məlumat kitabının 
nəşr olunmasına dəstək verərək Azərbaycan Respublikası Dövlət Statistika 
Komitəsinin mərkəzi idarəsi ilə regional idarələri arasında elektron əlaqə 
şəbəkəsinin  qurulması  işini  də  həyata  keçirib.  TİKA  Baş  Ofisi  Türkiyə 
Statistika  Qurumunun  (TÜİK)  dəstəyi  ilə  Azərbaycan  Respublikası 
Dövlət Statistika Komitəsinə müxtəlif sahələrdə təlim və məsləhət xidməti 
verilməsi üçün 2011-2013-cü illəri əhatə edən iş proqramı hazırlayıb. 2011-
ci  il  iş  proqramı  çərçivəsində  aprelin  25-29-da  “Balıqçılıq  statistikası”,  


Yüklə 2,88 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə