1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu


Elektrik hərəkət vasitələrinin təyinatı və təsnifatı



Yüklə 10,11 Mb.
səhifə23/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
1   ...   19   20   21   22   23   24   25   26   ...   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri

59.Elektrik hərəkət vasitələrinin təyinatı və təsnifatı
Teplovozlarda istifadə olunan elektrik avadanliqları istismar şəraitinə və təyinatina görə iki qrupa bölünür: elektrik maşınları və elektrik aparatları. Elektrik maşınları. Teplovozlarda müxtəlif növ elektrik maşınlarından istifadə olunur: dartı generatoru, dartı elektrik mühərriki, təsirləndirici, köməkçi generatorlar və elektrik mühərrikləri, köməkçi aqreqatları qidalandırmaq üçün starter-generatorlar və elektrostaterlər. Elektrik maşınları da öz növbəsində yerinə yetirdiyi funksiyaya görə əsas və köməkçi elektrik maşınlarına bölünür. Əsas elektrik maşinlarina darti generatoru, darti elektrik mühərriki və akkumlyator bateriyası daxildir. Köməkçi elektrik maşınlarına isə müxtəlif mexanizmlərin (nasos, ventilyator və s.) fərdi elektrik mühərrikləri, starter-generator, elektrostarter, köməkçi generatorlar və s. daxildir. Dartı generatoru. Dartı generatorunun əsas vəzifəsi dizelin mexaniki enerjisini elektrik enerjisinə çevirərək dartı elektrik mühərriklərini cərəyanla qidalandırmaqdır. Dartı generatoru dizelin valı ilə birləşərək bir çərçivədə bərkidilir. Bu birləşmə sərt olmaqla, muftanın köməyi ilə yeriinə yetirilir. Teplovozlarda ГП300БУ2 (TEM2, gücü 780 kVt, 4800 kq), ГП311БУ2 (2TE10, 2000 kVt, 8700 kq), ГП300ВУ2 (TEП60, 2000 kVt, 9000 kq), ГП312БУ2 (M62, 1270 kVt, 7400 kq) markalı sabit cərəyan generatorları və ГС501АУ2 (TE116,TEП70, 2800 kVt, 6000kq), ГС515У2 (TEM7, 1400 kVt, 4800kq) markalı dəyişən cərəyan generatorlarından istifadə olunur. Dartı generatorunun əsas hissələrinə gövdə, əsas və əlavə qütblər, lövbər dolağı, kollektor, fırça, fırçasaxlayan, yastıq şitləri, val, ventilyasiya təkəri və s. daxildir. Əsas və əlavə qütblər, sarğac arası birləşmələr və sarğı çıxışları generatorun gövdəsi ilə birlikdə generatorun maqnit sistemini təşkil edir. Dəyişən sinxron generatorlar isə rotor, stator, fırça, fırçasaxlayan, kollektor əvəzinə kontakt halqalar, yastıq şiti, ventilyasiya təkəri və s. ibarətdir. Stator generatorun gövdəsində qaynaq konstruksiyada yığılır. O, içlik formasında daxili diametri üzrə çoxlu sayda paz yuvaları olan seqmentvari elektrotexniki polad vərəqlərdən hazırlanır. Dartı generatorlarının soyudulması öz-özünə ventilyasiya sistemlidir. Dartı elektrik mühərriki. Dartı elektrik mühərrikinin əsas vəzifəsi elektrik enerjisini mexaniki enerjiyə çevirərək onu dişli çarx ötürməsi vasitəsilə təkər cütlərinə ötürməkdir. Bütün teplovoz dartı elektrik mühərriklərinin konstruksiyası eyni olub, yalnız arabacıqlarda asma sxemlərinə görə müxtəlif olur. Konstruksiyasına görə teplovoz dartı mühərrikləri eletrovoz dartı mühərrikləri ilə anoloji olaraq eynidir. Lakin teplovoz dartı mühərrikinin valı bir tərəfə çıxışlıdır. Dartı elektrik mühərrikləri aşağıdakı əsas hissələrdən ibarətdir: lövbər, maqnit sistemi (gövdəyə həm də fırçasaxlayan və fırça da bərkidilir), lövbər yastıqlı yastıq şitləri, quraşdırmabaxıcı (kollektor) və ventilyasiya lüklərinin çıxarılabilən qapaq və şitləri, sarğı sonluqlarının çıxış naqilləri, motor-ox yastığı.


Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə