1. Dəmiryol nəqliyyatı və onun vahid nəqliyyat sistemində rolu


Teplovozların konstruktiv xüsusiyyətləri



Yüklə 10,11 Mb.
səhifə21/41
tarix19.04.2023
ölçüsü10,11 Mb.
#106418
1   ...   17   18   19   20   21   22   23   24   ...   41
Dəmiryol nəqliyyatının hərəkət vasitələri

55.Teplovozların konstruktiv xüsusiyyətləri
Teplovozlar avtonom lokomotiv olub, yük, sərnişin və manevr əməliyyatlarında istismar olunurlar. Teplovozun faydalı iş əmsalının böyük olması, ondan dünyanın əksər inkişaf etmiş ölkələrində əsas dartı vasitəsi kimi istifadə olunmasıdır. Teplovozlar təyinatına görə yük, sərnişin və manevr lokomotivlərinə bölünürlər. Gücü 1500 kVt-dan böyük olan magistral teplovozlar 3 qrupa bölünürlər: yük, sərnişin və universal.
Təyinatından və növündən asılı olmayaraq bütün teplovozlar 4 əsas hissədən ibarətdir: dizel, ötürmə inteqalı, köməkçi avadanlıqlar və ekipaj hissə. Dizel teplovozun əsas enerji mənbəyi olub, yanacağın kimyəvi enerjisini mexaniki enerjiyə- dirsəkli valın fırlanma hərəkətinə çevirir. Qatarların hərəkəti teplovoz dizelində yaranan fırlanma hərəkətinin təkər cütlərinə ötürülməsi xüsusi olaraq qurğunun- ötürmə inteqalının köməyi ilə yerinə yetirilir. Müasit teplovozlarda əsasən elektrik və hidravliki ötürmələrdən istifadə olunur.
Teplovuzun ekipaj hissəsi kuzovdan, zərbə-dartı qurğulu baş çərçivədən, təkər cütlü arabacıqdan ibarətdir. Teplovozun baş çərçivəsinin əsas vəzifəsi güc qurğularını və köməkçi avadanlıqları öz üzərində yerləşdirməkdir. Çərçivə kuzovun daxilində yerləşən bütün avadanlıqların ağırlığını təkər cütləri vasitəsilə qəbul edərək relsə ötürür. Teplovozun köməkçi avadanlıqlarının əsas vəzifəsi dizelin, köməkçi sistemlərin, ekipaj hissənin və eləcə də bütövlükdə teplovozun normal işini təmin edir. Bu avadanlıqlara dizelin yanacaq, su və yaölama sistemləri, ötürmənin köməkçi qurğuları, soyutma sistemləri, teplovozun hava sistemləri və s. daxildir.


56.Teplovoz dizellərinin əsas parametrləri və konstruksiyası
Teplovozların səmərəli işi onun əsas güc qurğusu olan dizeldən asılıdır. Dizel mühərriki teplovozlarda əsas enerji mənbəyi kimi istifadə olunur. Müasir teplovozlarda daxiliyanma mühərrikləri geniş tətbiq olunur. Daxiliyanma mühərrikləri aşağıdakı kimi təsnif olunur: 1. Taktların sayına görə: iki və dördtaktlı mühərriklər. 2. İstifadə olunan yanacağın növünə görə: yüngül maye yanacaqlı (benzin), ağır maye yanacaqlı (dizel yanacağı) və qaz yanacaqlı. 3. Silindrlərin sayına görə: 6, 8, 10, 12, 16, 18, 24, 32. 4. Silindrlərin soyutma üsuluna görə: mühərrikləri su və hava ilə soyutma sistemli olurlar. 5. Silindrlərin yerləşmə prinsipinə görə: şaquli və üfüqi, bir və iki cərgəli, silindrləri paralel yerləşən və V-şəkilli, porşenləri qarşı-qarşıya hərəkət edən (iki dirsəkli vallı) mühərriklər. 6. Porşenin hərəkət sürətinə görə: kiçik sürətli V 6,5 m/san. Magistral teplovozlarda yüksək sürətli porşenli, manevr teplovozlarında isə kiçik sürətli porşenli mühərriklərdən istifadə olunur. 7. Yanacaq qarışığının verilmə üsülüna görə: püskürməli, kamera qabaqlı, vixrokameralı (burulğanlı kameralı). 8. Havanın verilmə üsuluna görə: üfürmə ilə, hissə-hissə üfürməli, üfürməsiz. Beləliklə, teplovozların daxiliyanma mühərrikləri qarışıq sikldə dizel yanacağı ilə işləyən, işçi qarışığı silindrlərin daxilində hazırlayan və yanacağı öz-özünə alışdıran kompressorsuz dizel mühərrikləridir. Dizel mühərriklərinin bütün detallarını bir neçə qrup şəklində birləşdirmək olur: gövdə, çarxqolu-cürgüqolu mexanizmi, qazpaylama mexanizmi, yanacaq və tənzimləyici aparatlar. Dizelin normal işi üçün o həm də köməkçi avadanlıqlardan - yanacaq, yağlama, su, hava və s. sistemlərindən ibarətdir. Müasir teplovoz mühərrikləri çox silindrli, iki və dördtaktlı və porşeni orta hərəkət sürətli olub, su ilə soyutma sistemli və yanacağın hava ilə üfürmə sisteminə malikdir. Dizel mühərriklərinin işi maye və ya qaz yanacağı ilə izolə edilmiş həcmlərdə (silindrlərdə) yandırmaq yolu ilə yanacağın oksidləşməsinə əsaslanır. Bu zaman ayrılan istilik enerjisi mühərrikin dirsəkli valının mexaniki enerjisinə çevrilir.



Yüklə 10,11 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə