1. Qaramal və onun bioloji xüsusiyyətləri Camış və onun bioloji xüsusiyyətləri


Qısırlıq və onunla mübarizə tədbirləri



Yüklə 296,85 Kb.
Pdf görüntüsü
səhifə18/23
tarix09.01.2022
ölçüsü296,85 Kb.
#82734
1   ...   15   16   17   18   19   20   21   22   23
Maldarliq

Qısırlıq və onunla mübarizə tədbirləri  

 

Cinsi həvəsdə olub, mayalandırılmış inək əgər bir il ərzində doğmursa, onda 



inək qısır sayılır. Bununla bərabər bəzi hallarda inək 3-5 ay müddətinə mayalanmır 

və bu vəziyyətdə qısırlıq olmasını bildirir. Qısırlığa səbəb olan  amillərə heyvanın 

pis,  əlverişsiz  şəraitdə  yemləndirilməsi  və  saxlanması,  onların  həddən  çox 

yemləndirilməsi,  süni  mayalanmanı  dəqiq  aparmadıqda,  inək  və  törədicinin 

cinsiyyət  üzvlərinin  xəstə  olması,  törədicilərdən  düzgün  istifadə  edilməməsi  və 

onların toxumunun pis keyfiyyətli olması, heyvanın vaxtında mayalandırılmaması 

və s. amillər daxildir.  

 

Qısırlıq  təsərrüfatlara  böyük  ziyan  vurduğu  üçün  onun  vaxtında  aradan 



qaldırılması çox vacibdir. Bu tədbirlərə ən əsası cütləşdirilən heyvanların düzgün, 

vaxtlı-vaxtında, tam dəyərli, balanslaşdırılmış yemlərlə qidalandırılması tədbiridir. 

İnək  və  düyələrin  mayalanmasına  onlar  yay  zamanı  otlaq  şəraitində  və  qışda 

masiyonun  yerinə  yetirilməsinin  müsbət  əhəmiyyəti  vardır.  Bunlarla  yanaşı, 

mayalandırılma aparılan inək daimi nəzarət altında olmalı, onun boğazlığa xas olan 

əlamətlərinə ciddi fikir verilməlidir. Belə ki, boğaz inəklərdə həvəs təkrarlanmır, 

heyvan  sakit  xarakter  alır,  törədicini  yaxınına  buraxmır,  inəkdə  iştah  artır, 

boğazlığın 5-ci ayından sonra sağım azalmağa başlayır, inəyin qarınının həcmi artır. 

Ən düzgün üsul rektal müayinənin aparılmasıdır. Bu yolla mayalanmanın 28-30-cu 

günündən sonra boğazlığı müəyyən etmək olur.  




    İnəkləri  normal  yemləmə  və  saxlama  şəraitində  saxladıqda,  onlarda  boğazlıq 

müddəti orta hesabla 240-312 gün davam edir. Belə böyük həddin olması heyvanın 

cinsindən, fərdi xüsusiyyətindən, tez yetişkənliyi, yemləmə və saxlama şəraitindən

inəyin qarnında olan balanın cinsiyyətindən və s.-dən asılıdır. Tez yetişən inəklərə 

nisbətən gecyetişən inəklərdə doğum nisbətən gec başlayır. Yaxşı və bol yemləmə 

zamanı  doğum  qıt  və  pis  yemləmə  şəraitində  bəslənən  inəklərdən  tez  doğurlar. 

Erkək heyvanlar dişilərə nisbətən gec doğulurlar.  

 

  




Yüklə 296,85 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə