142
17 “Azərsu”Açıq Səhmdar Cəmiyyəti
18 Azərbaycan Respublikasının Rabitə və nformasiya Texnologiyaları
Nazirliyinin “Aztelekom” stehsalat Birliyi
19 “Azərkimya” Dövlət Şirkəti
20 “Azərkimya” Dövlət Şirkətinin “Etilen-Propilen” zavodu
Etiraf etmək lazımdır ki, həmin siyahının tətbiqi “Qiymətləndirmə fəaliyyəti
haqqında” və “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunlarının
tələblərindən irəli gəlmişdir.
Ölkə rəhbərliyi tərəfindən müəyyən olunan bu kimi mütərəqqi addımları, əmlak
bazarının formalaşması və beynəlxalq standartlara müraciət edilməsi üzrə qarşıya
qoyulan vəzifələr silsiləsində görmək olar. Həmin meyllər hələ 1990-cı illərin
ortalarından özünü göstərməyə başlamışdır. 1998-ci ildə “Qiymətləndirmə fəaliyyəti
haqqında” qanunun tətbiqi ilə əlaqədar olaraq ölkə rəhbərliyi tərəfindən aidiyyatı icra
hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verildi. Yuxarıda qeyd edildiyi kimi,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2000-ci il, 90s nömrəli
sərəncamı ilə qiymətləndirmə standartları və normalarının işlənib hazırlanması
tədbirləri müəyyən edildi. 27 iyun 2000-ci il tarixli 107 saylı qərarı ilə Azərbaycan
hökuməti qiymətləndirmə standartları və normaları, habelə peşəkar qiymətləndiricilərin
hazırlanması qaydalarını təsdiqlədi.
Mühasibat uçotu sistemində islahatlar apararkən yadda saxlamaq lazımdır ki,
beynəlxalq standartlar tövsiyyə xarakteri daşıyır və onların kor-koranə təqlid edilməsi
ölkə iqtisadiyyatına ciddi ziyan vura bilər. Azərbaycan belə riskləri nəzərə alaraq, həm
uçot və həm də, qiymətləndirmə sisteminin təkmilləşdirilməsini müvafiq qaydaların
işlənib hazırlanması və tətbiqi yolu ilə həyata keçirir. Milli Qiymətləndirmə
Standartlarının (MQS) hazırlanması istiqamətində Azərbaycan hökumətinin diqqət və
qayğıları bunu bir daha sübut edir.
BMHS-nin və BQS-nin tətbiqi ilə tərtib olunan maliyyə hesabatı xüsusi
prinsiplər üzərində qurulur və müəyyən məqsədlər üçün nəzərdə tutulur. qtisadiyyatın
dinamik inkişafı uzun illərdən bəri sınaqdan çıxmış beynəlxalq standartlara düzgün
ə
məl olunmasını tələb edir. Beynəlxalq ölçülərə nəzərən aparılan qiymətləndirmə və
143
uçot siyasətinin təşkili həmin sahələrin bir sıra aparıcı prinsiplərinə əsaslanmalıdır.
Bunlara misal olaraq dolğunluq, düzgünlük, ehtiyatlılıq, məzmunun formadan
üstünlüyü, ziddiyyətsizlik və səmərəlilik kimi prinsipləri göstərmək olar. Onların hər
birinin özünəməxsus tətbiqi xüsusiyyətləri vardır.
Qərb uçot standartlarına əsaslanan uçot siyasəti və maliyyə hesabatı
standartlarının əməli surətdə həyata keçirilməsinə mühasibat uçotunun təşkilinin
aşağıdakı prinsipləri də kömək edir.
Mühasibat uçotu həm də, təsərrüfat fəaliyyətinin nəticələrinin pul ifadəsində
təsvir edilməsi metodunu da müəyyənləşdirir. Həmin metod maliyyə hesabatlarının
sanballı, asan anlaşılan və tərəfmüqabillərin hesabatları və ya müəssisənin özünün ötən
illərə aid hesabatları ilə müqayisə olunmasına imkan verən müəyyən standartlara və
qaydalara əsaslanır. Maliyyə informasiyası da dəqiq, müqayisə edilə bilən, vaxtında,
rəhbərlərə təsərrüfat qərarları qəbul etmək imkanı verən şəkildə olmalıdır. Müvafiq
prinsiplərdən təkcə BMHS-də deyil, həm də BQS-də, yəni, onun milli iqtisadiyyatda
tətbiqi prosesində istifadə edərkən ehtiyatlılıq ön plana çəkilməlidir. Bu baxımdan
BQS-nın daha çox tətbiq edildiyi qiymətləndirmə fəaliyyəti istiqamətində uçot sistemi
ilə bağlı olan bir sıra prinsiplərin nəzərdən keçirilməsi lazım gəlir.
Məlum olduğu kimi, mühasibat uçotunda əsas vəsait kimi uçota alınan hər bir şey
həm də, ayrı-ayrı mülkiyyət sahiblərinin (dövlətin, bələdiyyənin, sahibkarın) əmlakıdır.
Eyni zamanda əsas vəsaitlər müəssisədə uzun müddət saxlanılan və uçota alınan maddi
dəyərlər kimi də qəbul olunur. Onlardan məhsulların istehsalı, saxlanılması, satışı və ya
ş
irkətin məşğul olduğu əməliyyatlarda xidmətlərin göstərilməsi üçün istifadə edilir.
Ə
sas vəsaitlərin tərkibinə torpaq, binalar, və nəqliyyat vasitələri və s. daxildir.
Klassik bazar ölkələrinin təcrübəsi sübut edir ki, əmlak bazarı bazar
iqtisadiyyatının lokomotivi, sözün əsl mənasında, onun qan damarıdır. Onu da qeyd
etmək olar ki, əmlak həmin funksiyanı yalnız onun düzgün dəyərləndirilməsi şəraitində
yerinə yetirə bilir. Bu da aydındır ki, respublikamızın bütün müəssisələrində əsas
fondların uçotu onun ilkin balans dəyəri üzrə aparılır. llər ötdükcə, əsas fondların fiziki
və mənəvi cəhətdən köhnəlməsi də təbii hesab edilir. Digər tərəfdən, mövcud normativ-
144
hüquqi sənədlərə istinad edən maliyyə və uçot institutlarında, cəmiyyətin müxtəlif
təbəqələrində əmlakın uçotu aparılarkən müxtəlif dəyər növlərindən istifadə olunduğu
da
inkar
edilməyən
həqiqətlərdəndir.
Bu
dəyər
müxtəlifliyi
ə
mlakın
özəlləşdirilməsində, vergitutma və sığorta olunmasında, girov qoyuluşunda, onların
birləşdirilməsində, bölünməsində, məhkəmə icraatlarının yerinə yetirilməsində özünü
göstərir. Dünya təcrübəsində obyektin dəyərinin müəyyən edilməsi məqsədindən və
təyinatından asılı olmayaraq, onun qiymətləndirilməsində bazar dəyəri tətbiq edilir. Bir
sıra MDB ölkələrində, o cümlədən, Qazaxıstanda, Belorusda, Rusiyada və s. əmlakın,
eləcə də əsas fondların qiymətləndirilməsi bütün əməliyyatlar üzrə bazar dəyəri
yanaşmaları əsasında aparılır ki, bu da hökumətin xüsusi qərarları ilə tənzimlənir.
Məlum olduğu kimi, heç bir şəraitdə və heç bir ölkədə inflyasiyanın səviyyəsi
daim sabit qala bilməz. Xatırlatmaq olar ki, ölkəmizdə 1992-1994-cü illərdə inflyasiya
1800 %-ə qədər yüksəlmişdir. Şübhəsiz ki, bu, həmin illərdə quraşdırılan və ya əldə
olunan əsas fondların dəyərinə təsir göstərməyə bilməzdi. Deməli, həmin illərdə
yaradılan əmlakın (əsas fondların) dəyəri indiki real bazar dəyərindən qat-qat
fərqləndiyi kimi, hazırda onlara hesablanan və məhsulun maya dəyərinə daxil edilən
amortizasiya ayırmaları da müasir bazar gerçəkliklərindən əsaslı surətdə
kənarlaşacaqdır.
Digər tərəfdən, belə bir vəziyyət inflyasiya nəticəsində amortizasiya ayırmalarının
real vəziyyətdən kənarlaşmasına və bu da, öz növbəsində xidmət müddətinin
dəyişməsinə (artmasına və ya azalmasına), daha sonra isə qalıq dəyərinin real bazar
dəyərindən fərqlənməsinə gətirib çıxarır. Əmlakın (əsas vəsaitin) qalıq dəyəri yoxdursa,
ə
mlak vergisi də hesablanmır. Bütün bunlar ümumi maliyyə təsisatlarının fəaliyyətinə
öz mənfi təsirini göstərir.
Ə
sas vəsaitlərin gözlə görünməyən aktivlər kimi tanınan başqa bir növü də vardır.
Məsələn, firmanın yaxşı adı (firmanın qudvilli və ya qiyməti). Hər bir firmanın
qudvilli, onun istehsal etdiyi malları və ya göstərdiyi xidmətləri ilə müştərilərin
tələbatının təmin edilməsi dərəcəsinə nəzərən xarakterizə olunur. Müştərilərin həmin
firma ilə işgüzar münasibətləri davam etdirmək istəyi də bu amillərdən irəli gəlir.
Dostları ilə paylaş: |