1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə18/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   14   15   16   17   18   19   20   21   ...   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
48 
pis durumu müşahidə etmək olar. Belə ki, gündə 2 dollardan az gəlirlə yaşayan  
insanların əhalinin ümumi sayının 50 faizindən çoxunu təşkil etdiyi ölkələr də 
-  Tacikistan,  Seneqal,  Kamboca,  Pakistan,  Hindistan,  Banqladeş,  Liberiya  və 
s.  mövcuddur.  Bundan  əlavə,  korrupsiyanın,  işsizliyin  və  yoxsulluq  həddinin 
yüksək  səviyyədə  olduğu  çox  sayda  Asiya,  Afrika,  Latın  Amerikası  dövlətləri 
mövcuddur. Lakin bu dövlətlərdə biz eyni prosesləri müşahidə etmədik. Belə 
olduğu  təqdirdə,  Yaxın  Şərqdə  və  beynəlxalq  sistemdə  ciddi  irəliləyişləri  və 
dəyişiklikləri şərtləndirən hadisələri hansı səbəblərlə izah etmək olar? 
Birincisi,  Yaxın Şərqdə baş verən hadisələrin ilk səbəbini geosiyasi amillərdə 
axtarmaq lazımdır. Əlbəttə ki, Yaxın Şərq həmişə geosiyasi cəhətdən mühüm 
region  olmuşdur.  Lakin  beynəlxalq  sistemin  xarakterindən,  sistemdə  inkişaf 
edən  proseslərdən,  regional  alt  sistemdəki  münasibətlərin  xarakterindən, 
habelə regiondaxili inkişafın dinamikasından asılı olaraq, Yaxın Şərqin strateji 
önəmi  təkamül  etmişdir.  Soyuq  müharibə  bitdikdən  sonra  formalaşan  yeni 
sistemdə  Yaxın  Şərqin  strateji  önəminə  təsir  edən  bir  sıra  mühüm  hadisə, 
proses, təzahürlər meydana çıxmışdır. İlk növbədə bu, ənənəvi amilə çevrilmiş, 
Yaxın  Şərqin  strateji  önəminin  əsasında  dayanan  enerji  resursları  sahəsində 
mühüm rəqibin – Xəzər regionunun meydana çıxmasıdır. Xəzər regionundan 
və  Rusiyadan  karbohidrogen  ehtiyatlarının  Türkiyə  və  Yunanıstan  vasitəsilə 
Aralıq dənizinə, habelə Avropaya nəqli Aralıq dənizinin strateji əhəmiyyətini 
artırmaqla yanaşı, Yaxın Şərqin də strateji vəziyyətinə birmənalı olmayan təsir 
göstərmişdir. Rusiya Avropa üçün həm enerjiyə olan tələbatın ödənməsində 
vacib  mənbə,  həm  də  istədiyi  zaman  enerji  şantajı  həyata  keçirə  bilən  riskli 
dövlətdir. 
Digər  mühüm  amil  beynəlxalq  münasibətlərdə  islam  amilinin  xüsusi 
aktuallıq kəsb etməsi ilə bağlıdır. XX əsrin əvvəllərində 150-170 mln. insan islam 
dininə mənsub idi. Bu, o zaman dünyanın ümumi əhalisinin ondabiri idi. Müa-
sir dünyada 1,5 mlrd. müsəlman yaşayır – bu, dünya əhalisinin dörddəbiridir (9, 
154). İran inqilabından (1979) sonra aktuallaşan islam amili müasir beynəlxalq 
münasibətlərdə önəmli rol oynayırQərbin siyasi-elmi mühitində Yaxın Şərq, 
həmçinin  beynəlxalq  terrorizmin  qida  mənbələrindən  biri  kimi  təsnif  olunur 
və  bu  baxımdan  da  həmin  region  beynəlxalq  siyasi  fəallığın  xüsusi  diqqət 
mərkəzinə  keçmişdir.  Nəhayət,  daha  bir  amil  Avropaya  olan  miqrasiyanın 
mühüm hissəsinin Yaxın Şərqdən olan müsəlman miqrantların təşkil etməsidir. 
Avropa  İttifaqı  daxilində  islamın  ideoloji  və  sosial-siyasi  rolunun  artması  da 
Yaxın Şərqə diqqətin artırılmasını zəruri edirdi. Belə ki, Avropaya ən yaxın islam 
bölgəsi kimi Yaxın Şərqdə - xüsusilə Aralıq dənizinin cənub sahillərində siyasi 
və iqtisadi rifahın yaranması qabaqlayıcı tədbir kimi Afrikadan və Asiyanın digər 
hissələrindən  Aİ-yə  yönələn  mənfi  meyillərin  və  təsirlərin  mühüm  hissəsini 
bitərəfləşdirərək bufer zonaya çevrilə bilərdi.
Qeyd  olunan  amillərlə  yanaşı,  beynəlxalq  sistemin  strukturunu  təşkil  edən 
elementlərdə  də  mühüm  irəliləyişlərin    baş  verməsi  regiona  olan  baxışlarda 
və  yanaşmalarda  dəyişiklikləri  şərtləndirmişdir.  Avropa  İttifaqında  inteqra-
siya  prosesinin  həlledici  mərhələyə  daxil  olması  və  dünyada  analoqu  olma-
yan  bir  fövqəlqurumun  formalaşması  İttifaqın  qonşuluğunda  olan  regionlara 
münasibətin dəyişməsini, daha sıx iqtisadi-siyasi əlaqələr qurmaqla bu ölkələrdə 


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
49
siyasi  islahatların  dəstəklənməsini  və  genişləndirilməsini  tələb  edirdi.  Ətrafda 
qeyri-demokratik və iqtisadi cəhətdən geri qalmış dövlətlərin mövcud  olması 
Aİ-nin davamlı inkişafına təhlükələrin və təhdidlərin artmasına səbəb olurdu. Aİ 
tərəfindən 2003-cü ildə irəli sürülmüş Aralıq dənizində yerləşən ərəb dövlətlərinin 
də əhatə edildiyi Yeni Qonşuluq Siyasəti qarşıda duran problemin yumşaq güc 
vasitəsilə  həll  edilməsinə  yönəlmiş    konsepsiya  idi.  2007-ci  ildə  Fransa  prezi-
denti Sarkozinin irəli sürdüyü və Aralıq dənizinin ətrafında yerləşən dövlətlərin 
əməkdaşlığını nəzərdə tutan Aralıq dənizi ittifaqı layihəsi də eyni hədəfə - Şimali 
Afrika  və  Qərbi  Asiyada  yerləşən  dövlətlərin  Aİ-nin  cənub  dövlətləri  ilə  sıx 
əlaqələrini qurmaqla demokratik inkişafı dəstəkləməyə istiqamətlənmişdir.
Beynəlxalq  münasibətlərin  digər  bir  əsas  aktoru  ABŞ-ın  yeni  beynəlxalq 
şəraitdə fərqli strategiya reallaşdırmağa başlamasıdır. Belə ki, soyuq müharibə 
dövründə  uzun  müddət  ABŞ  demokratiyanı  sabitliyə  qurban  verərək,  Yaxın 
Şərqdəki  avtoritar  rejimlərə  göz  yummuşdur.  Soyuq  müharibə  bitdikdən 
sonra ABŞ bu xarici siyasi yanaşmanı dəyişdi. 1990-cı illərdə ABŞ-da müxtəlif 
səviyyələrdə  irəli  sürülən    demokratiyanın  genişləndirilməsi  konsepsiyası 
(bax: 23) yeni şəraitdə ölkənin xarici siyasətinin prioritetinə çevrildi. ABŞ və Aİ 
tərəfindən  ilk  olaraq  Şərqi  Avropada  və  MDB 
məkanında  tətbiq  olunan    bu  strategiya  ci-
ddi irəliləyişlərə nail olmağa imkan verdi; Qara 
dəniz  demokratiya  dənizinə  çevrildi.  Lakin  
ABŞ və Avropa üçün böyük strateji əhəmiyyət 
daşıyan  Aralıq  dənizi  ətrafında    yerləşən  və 
daha böyük müstəqil dövlətçilik tarixinə malik 
olan dövlətlər soyuq müharibədən sonrakı 20 il 
müddətində  demokratik  inkişaf  istiqamətində 
heç  bir  irəliləyişə  nail  olmamışdılar.  Suri-
yada  Hafiz  Əsəd  öldükdən  sonra  oğlu  Bəşər 
Əsəd  hakimiyyətə  gəlmişdir.  Oxşar  siyasi 
prosesə  Misirdə  və  digər  ərəb  dövlətlərində 
də  hazırlıq  görülürdü.  Hadisələrin  bu  minvalla  inkişafı  müsbət  dəyişikliklər 
üçün  heç bir ümid yeri qoymurdu. Belə şəraitdə ABŞ real addımlar atmağa 
başladı.  2002-ci  ildə  C.Buş  tərəfindən  irəli  sürülmüş  “Böyük  Yaxın  Şərq” 
layihəsi  regionun  demokratikləşməsini  hədəfə  almışdır  (5,  3).  Yaxın  Şərq 
dövlətlərinin  demokratikləşməsi  həm  regiondaxili  əməkdaşlığın  dərinləşməsi 
və  inteqrasiyanın  yaranması  nöqteyi-nəzərindən,  həm  də  Qərb  dövlətlərinin 
enerjidaşıyıcıları  mənbələrindən  rəvan  istifadəsi  baxımından  zəruri  əhəmiyyət 
daşıyırdı.  Bu layihənin reallaşması istiqamətində ən böyük maneə nüfuzlu dikta-
tor – avtokratlar idi...
ABŞ-ın regiona strateji baxışında dəyişən daha bir vacib amil onun soyuq 
müharibə dövründən fərqli olaraq, regionda daha çox hərbi bazaya və dayağa 
malik olmasıdır. Birinci və İkinci Körfəz müharibələrindən sonra regionda öz 
dayaqlarını möhkəmləndirən ABŞ-ın artıq diktatorlara olan ehtiyacı əhəmiyyətli 
dərəcədə azalmışdır. Digər tərəfdən Qərbdə geniş yayılmış, Yaxın Şərqdən gələn 
ekstremizm təhlükəsinin qarşısında duran başlıca maneə və sabitliyin əsas ami-
li dünyəvi xarakterə malik güclü avtoritar rejimlərdir fikri özünü doğrultmadı. 
Qısamüddətli dövrdə bu 
dəyişikliklər qeyri-sabitliyə 
səbəb olsa da, uzunmüddətli 
perspektivdə gerçəkləşdirilən 
siyasi dəyişikliklər Qərbin 
regionda və beynəlxalq 
sistemdə mövqelərini 
gücləndirəcəkdir.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə