1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə23/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   19   20   21   22   23   24   25   26   ...   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
58 
situasiyaya  ən  çox  təsir  göstərən  amil  olacaq.  Məsələ  burasındadır  ki, 
Azərbaycanda  mövcud  siyasi,  iqtisadi,  sosial,  mədəni,  mənəvi  azadlıqlar 
dərinləşdikcə  və  genişləndikcə  İranın  daxilində  təbii  mərkəzdənqaçma 
genişlənəcək. Azərbaycan hökuməti yalnız ölkədaxili siyasi məqsədlər üçün 
deyil, həm də xarici siyasi məqsədlərə görə sosial-siyasəti  gücləndirməlidir. 
Bu, İranda yaşayan azərbaycanlıların mərkəzdənqaçmasını  gücləndirəcək, 
İranda islahatçıların potensialını genişləndirəcəkdir;
4.  İran  rejiminə  ən  böyük  təhlükə  onun  genişlənə  bilməməsindən  yaranır. 
Bu  tip  ideoloji  rejimlər  yanız  genişlənmə  və  münaqişə  nəticəsində    öz 
ömürlərini  uzada  bilirlər.  Sovet  İttifaqının  tarixi  genişlənmədən  ibarətdir. 
Əfqanıstana genişlənə bilməyən Sovet İttifaqı çökməyə başladı;
5.  İnqilab  baş  vermiş  ərəb  ölkələrində  formalaşacaq  siyasi  rejimin  xarakteri 
İrandaxili vəziyyətə mühüm təsir edəcək. Əgər ərəb ölkələrində islamçılar 
hakimiyyətdə  güclü  mövqeyə  malik  olarlarsa,    İranda  mühafizəkarlar 
güclənəcək;
6.  ABŞ,  Avropa  dövlətləri  və  İsraillə  İran  arasında  böhranın  inkişafı  və 
dərinləşməsi.  Qərb  dövlətləri  İrana  təzyiqi  artırarlarsa,  bu,  ölkə  daxilində 
mühafizəkarları gücləndirəcək.
Yuxarıda qeyd edilən amillərin hər hansı birinin və ya bir neçəsinin üstünlük 
qazanacağı halda İranda hadisələrin aşağıdakı ssenarilərdən biri üzrə inkişaf 
edəcəyini proqnozlaşdırmaq olar:  
 Birinci ssenarini biz Əfqanıstan variantı adlandırırıq. Bu ssenariyə görə 
İranda  demokratik  azadlıqlar  məhdudlaşdırılır  və  Əfqanıstandakı  talib  rejimi 
formasında  idarəetməyə  enir.  Bu  vəziyyətdə  qərblə  əməkdaşlıq  imkanları 
məhdudlaşır  və  qərbin  təzyiqləri  artır.  Qərbin  artan  təzyiqləri  qarşısında 
İran  nüvə  silahı  hazırlama  planlarını  sürətləndirir  və  nəticədə  Əfqanıstana 
reallaşdırılan  “sarsılmaz  azadlıq”  İranda  da  gerçəkləşdirilir  (5,6-cı  bəndlər, 
müəyyən şərtlərlə 1-ci,4-cü bəndlər).
İkinci  ssenarini  Çin  yolu  adlandırırıq.  Çin  rejiminə  məhz  1960-cı  illərdə 
Den  Syaopinin    başladığı    islahatlar  ikinci  nəfəs  verdi.  İranda  islahatçıların 
güclənməsi  (2,3-cü  bəndlər,  müəyyən  şərtlərlə  1-ci  bənd)  islahatların 
genişlənməsinə, ölkənin yeni inkişaf yoluna daxil olmasına və mövcud rejimi 
qoruyub saxlamasına imkan yaradacaqdır.  
Üçüncü  ssenarini  ərəb  seçimi  adlandırırıq.  İranda  status-kvonun 
saxlanması (müəyyən şərtlərlə 1-ci bənd, 3-cü, 4-cü bəndlər) və sərtləşməsi 
mövcud iqtisadi, sosial və siyasi böhranın  dərinləşməsinə,  rejimə qarşı böyük 
üsyana gətirib  çıxaracaq. Rejim  üsyan  nəticəsində ya devriləcək,  ya  da  islah 
olunacaqdır.  
Son söz və ya bütün islam dövlətləri üçün dərs...
Konkret cəmiyyətdə inqilablar və çevrilişlər o zaman baş verir ki, inkişaf və 
dəyişmək üçün zəruri mexanizmlər işləmir, yaxud mövcud olmur. Dövlət kimi 
təşkilatlanmış sosial icmanın formalaşması, ümumiyyətlə,  bir neçə mərhələdən 
keçir. Bu mərhələlər - konstitusiya orqanlarının yaradılması, iqtisadi sistemin 
qurulması  və  s.    içərisində  ən  vacib  hakimiyyətin  dinc  formada  sivil  yolla 


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
59
müntəzəm  dəyişməsini  təmin  edəcək    işlək  mexanizmin  yaradılmasıdır.  Bu 
mexanizm siyasi baxışların, zövqlərin,  düşüncələrin, yanaşmaların, cəmiyyətin 
böyük  hissəsinin  gözləntilərinə  uyğun  dinc,  harmonik,  təkamül  yolu  ilə 
dəyişməsinə  imkan  yaradır  və  radikallaşmanı,  sərt,  qəti    hərəkətlərı  önləyir, 
yaxud bu problemin vaxtında ortaya çıxmasına şərait yaradır. Tez, ya da gec 
bütün  milli  dövlətlərdə  bu  sistem  formalaşacaq.  Bəşəriyyət  demokratiyanı 
hakimiyyətə  gəlmək  üçün  deyil,  hakimiyyətdən  sivil  yolla  getmək  üçün 
yaradıbdır.
F.Fukuyama məşhur “Tarixin sonu və sonuncu insan” adlı araşdırmasında 
bütün insan cəmiyyətləri üçün ümumi təkamül qanunauyğunluğunu diktə edən 
fundamental prosesin, başqa sözlə, liberal demokratiya istiqamətində hərəkət 
edən Universal Tarixin mövcud olduğunu əsaslandırır (17, 95). İnkişaf zəruri bir 
prosesdir və müəyyən tarixi mərhələlərdə bu proses məcburi xarakter daşıya 
bilər. İnkişafın yeni dəyər və normaları insanların müqavimət göstərməsindən 
asılı olmayaraq özünə yol tapacaqdır.
İstifadə edilmiş ədəbiyyat
1.  Sabiq Prezident: “Ölkədə yaranmış qarşıdurmalardan narahatam”// www.mediafo-
rum.az (17.05.2011).
2.  Gerard Dorel. Amerikan İmperatorluğu Atlası. ABD: Hipergücün jeostratejisi. Mas 
Matbaaçılık, 2008.
3.  Большая  актуальная  политическая  энциклопедия  /  Беляков  А.  В.  и  др.-  М: 
Эксмо, 2009- 424с.
4.  Васильев А.М.  Цунами революций // Азия и Африка сегодня, 2011 №3,стр.2-19.
5.  Васильев А.М.  Цунами революций не спсдает// Азия и Африка сегодня, 2011 
№6,стр.2-9.
6.  Дружиловский  С.Б.  Сравнительный  анализ  особенностей  развития 
современных политических систем Ирана и Турции. / Политические системы 
и политические культуры Востока / под ред. Профессора А.Д. Воскресенского.- 
М.:АСТ:Восток-Запад,2007.- 829 с.
7.  Карасова Т. А. Израиль и Арабские революции// Азия и Африка сегодня, 2011 
№6,стр.17– 22. 
8.  Коротаев  А.В.,  Зинкина  Ю.В.  Египетская  революция  2011  года.  Структурно-
демографический анализ.// Азия и Африка сегодня, 2011 №6,стр.10-16.
9.  Кувалдин  В.Б.  Глобальный  мир:  экономика,  политика,  международные 
отношения. М.: Магистр,2009.- 207с.
10. Лукин  А.  Ждет  ли  нас  «демографический  мир»  //  Мировая  экономика  и 
международные отношения, 2011 №4, стр. 79-89.
11.  Мамедова Н.М. Иран и Турция: модели экономического развития // Азия и 
Африка сегодня, 2011 №2, стр.35-39.
12. Мирский Г. Иран: трещина в системе // Мировая экономика и международные 
отношения, 2009 №11, стр. 3-14.
13. Политические системы и политические культуры Востока/ под ред.А.Д.Воскрес
енского.М.:АСТ:Восток-Запад,2007.-829с.
14. События  в Северной Африке и на Ближнем Востоке: причины и следствия // 
Мировая экономика и международные отношения, 2011 №7, стр. 11-26.
15. События  в Северной Африке и на Ближнем Востоке: причины и следствия // 
Мировая экономика и международные отношения, 2011 №8, стр. 52-66.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə