1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə25/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   21   22   23   24   25   26   27   28   ...   93

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
63
Geopolitik  mübarizə dövrləri
Cənubi Qafqazdakı geopolitik mübarizəni iki fərqli dövrə ayıra bilərik. Bi-
rincisi, 1991-2003-cü illər dövrü. Bu, sovetlərin dağılmasından etibarən Rusiya 
ətrafındakı  ölkələrdə  Qərbin  dəstəyi  ilə  baş  verən  rəngli  inqilablar  dövrünü 
əhatə edir. İkincisi, bu inqilablardan günümüzə qədər davam edən və 2008-ci 
ildə Gürcüstan-Rusiya müharibəsi dövrüdür. 
Birinci dövrdə geopolitik hakimiyyət mübarizəsi Xəzər hövzəsi enerji ehti-
yatlarının bölüşdürülməsi ilə bağlı görüşlərin başlanmış, Rusiyanın nüfuzunun 
zəifləmiş, regionda Gürcüstan qismən, Azərbaycan isə tam suverenlik qazan-
mışdır. Enerji sövdələşmələrində Türkiyə, Rusiya və İran kimi region dövlətləri və 
ABŞ, İngiltərə, İtaliya və Fransa kimi qeyri-region dövlətləri də bu mübarizəyə 
daxil oldular. Regiondakı geopolitik mübarizənin digər bir ünsürü olan Qara-
bağ probleminin həllində isə ABŞ, Rusiya və Fransa fəal rol oynayaraq digər 
dövlətləri kənarda buraxdılar. 
Region dövlətləri arasında əmələ gələn geopolitik qütbləşmə bu dövrün 
məhsuludur.  Bir  tərəfdə  Rusiya-Ermənistan-İran  və  Yunanıstana  qədər  uza-
nan bir dördlük, digər tərəfdə Azərbaycan-Gürcüstan-Türkiyə və bəzən İsrailə 
qədər uzanan başqa bir dördlük ilə qarşı-qarşıya gəldi. Rusiya və İranın qar-
şı  çıxmalarına  baxmayaraq,  regional  geopolitik  mübarizədə  önəmli  rol  oy-
nayan enerji anlaşmaları Azərbaycan və Türkiyənin lehinə imzalandı və boru 
xətləri işlək vəziyyətə gətirildi. Bu geopolitik qütbləşmədə Türkiyə-Gürcüstan-
Azərbaycan üçlüyünün uğurunu qeyd etməmək mümkün deyildür. Lakin re-
gional  münaqişələr  (Qarabağ,  Cənubi  Osetiya  və  Abxaziya)  ikinci  dövrə  həll 
olunmadan miras qaldı. 
2004-cü  ildən  etibarən  postsovet  məkanda  baş  verən  “rəngli  hakimiyyət 
çevrilişlərini” Qərbin onun təsir dairəsini ələ keçirməsi kimi qiymətləndirən Ru-
siya Gürcüstan müharibəsində gücünü nümayiş etdirərək Qərbə acıq verməyə 
çalışdı.  2008-ci  il  Gürcüstan-Rusiya  müharibəsi  regionda  yeni  bir  geopolitik 
reallıq yaratmış oldu. NATO-nun region dövlətləri üçün özünü təhlükəyə at-
mayacağı,  NATO-ya  üzvolmanın  regional  problemlərin  həllində  daimi  həll 
yolu  olmayacağı  və  region  dövlətlərinin  problemlərini  öz  aralarında  həll 
etməsi  zəruriliyini  ortaya  qoydu.  Bu  hadisədən  sonra  regionda  müvəqqəti 
olaraq Qərb təşkilatlarına etibar azaldı və Rusiyanın gücü artdı. Lakin Rusiya 
Gürcüstanı bütöv şəkildə ələ ala bilmədiyi kimi, Cənubi Osetiya və Abxaziya-
nın  müstəqilliklərini  də  “diplomatik  çarəsizlikdən”  tanıdı.  Gürcüstan  savaşın-
dan sonra yaxın ətrafında və Qərbdə imici ciddi şəkildə pozulan Rusiya regi-
onun  digər  önəmli  problemi  olan  Qarabağ  məsələsinin  həllində  diplomatik 
cəhdlərini sürətləndirərək itmiş nüfuzunu düzəltməyə çalışdı. 
Siyasi mənada Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması bu 
vəziyyətin  regionun  digər  problemi  Qarabağ  məsələsinin  həllinə    təsiretmə 
“təhlükəsi”  ortaya  çıxdı.  Ermənistan  Kosovo,  Cənubi  Osetiya  və  Abxaziyanın 
müstəqilliklərinin tanınmağının Qarabağ üçün əmsal təşkil edəcəyini düşünsə 
də  Qərb  və  Rusiyanın  Qarabağ  məsələsində  fərqli  düşüncəsi  Yerevanda 


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
64 
xəyalların  qırılmasına  səbəb  oldu.  Digər  tərəfdən,  Kosovonun  müstəqilliyini 
Rusiyanın  təzyiqi  ilə  tanımayan  Ermənistan,  bu  təzyiqə  baxmayaraq,  Gür-
cüstanla  münasibətləri  korlamamaq  üçün  Cənubi  Osetiya  və  Abxaziyanın 
müstəqilliklərini tanıya bilmədi. 
Rusiya-Gürcüstan  müharibəsindən  sonra  regional  qütbləşmələrdə  bəzi 
dəyişmələr baş verdi. Türkiyənin Qafqazda Təhlükəsizlik və Sabitlik Platforması 
və Ermənistan-Türkiyə yaxınlaşması bu dəyişmənin işarələridir. Rusiya “Gürcüs-
tansız Qafqaz” siyasəti çərçivəsində Türkiyə-Ermənistan protokollarına dəstək 
verdi. Ermənistan Gürcüstan müharibəsindən ziyan gördüyü üçün Gürcüstanla 
yaxın əlaqələr qurmağa çalışdı və rəsmi Tiflisdən müsbət cavab aldı.  
Mübarizə ünsürləri və tərəfləri 
Regionun  enerji  qaynaqları,  etnik  çarpışmalar,  bölgə  xalqları  arasında 
düşmənçilik, region dövlətlərinin öz problemlərini həll edə bilməməsi, regional 
və ölkə səviyyəsində ideoloji boşluqlar geopolitik mübarizənin amilləridir. Bö-
yük güclər regionda davam edən geopolitik mübarizədə hakimiyyət sahələrini 
genişləndirmək və rəqiblərinin qarşısını almaq üçün istifadə edirlər. 
Cənubi  Qafqazdakı  geopolitik  hakimiyyət 
mübarizəsi üç tərəfin  arasında dəyərləndirilə 
bilər:    1-cisi  regionun  böyük  dövlətlərinin 
(Türkiyə,  Rusiya,  İran)  rəqabətinin  əks  olun-
ması.   2-cisi  qlobal rəqabətin əks olunması. 
3-cüsü xarici və təhlükəsizlik siyasəti səbəbi ilə 
region dövlətləri olan Azərbaycan, Ermənistan 
və  Gürcüstanın  regional  rəqabətdə  fərqli 
qütblərdə yer almaları. 
Rusiya,  Türkiyə  və  İran  Cənubi  Qafqaz  uğrunda  mübarizə  aparan  güclər 
arasında dəyişməz tərəflərdir. XIX əsrdə Osmanlı İmperatorluğu, Rusiya Çar-
lığı və Qacar Şahlığı arasındakı geopolitik mübarizə Cənubi Qafqazda bolşe-
vik hakimiyyətinin qurulması ilə dayandı və Sovet İttifaqının dağılması ilə İran, 
Türkiyə  və  Rusiya  Federasiyası  arasında  yenidən  başladı.  Sonra  Cənubi  Qaf-
qazda baş verən proseslərdə Türkiyə Gürcüstan və Azərbaycanı, Rusiya və İran 
Ermənistanı  dəstəklədi.  Rusiya  hakimiyyət  sahəsi  kimi  gördüyü  Cənubi  Qaf-
qazda İran və Türkiyənin mövqeyini zəiflətmək üçün Sovet İttifaqı vaxtından 
qalma iqtisadi, siyasi və təhlükəsizlik əlaqələrindən istifadə etdi. Lakin Qərbin 
dəstəyi, Gürcüstan və Azərbaycanın siyasi iradəsi Rusiyanın regionda mövqe-
yini zəiflədi.  Dövlətlərarası münasibətlərdə  hərbi texnologiya mərkəzli güc 
anlayışının dəyişməyi və Rusiyanın müasir güc ehtiyatları cəhətdən kasıb ol-
mağı onun Cənubi Qafqazdakı mövqeyini zəiflətdi. Buna baxmayaraq, Rusiya 
Cənubi Qafqazda son sözü deyə biləcək güclü dövlət olaraq qalır. 
Türkiyə-Azərbaycan  arasında  tarixi  və  etnik  yaxınlığın  ortaq  maraqlarla 
möhkəmlənməsi Ankaranın Cənubi Qafqazda özünə qısa müddətdə yer tapma-
sına səbəb oldu. Soyuq müharibənin bitməsi ilə birlikdə Qərb üçün sovetlərə qarşı 
Cənubi Qafqazda baş verən 
proseslərdə Türkiyə Gür-
cüstan və Azərbaycanı, 
Rusiya və İran Ermənistanı 
dəstəklədi. 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə