1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə33/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   29   30   31   32   33   34   35   36   ...   93

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
85
tin, ABŞ-ın Rusiyanın daxili işlərinə qarışmasına artıq imkan verməyəcəyini və 
Cənubi  Qafqaz  regionu  daxil  olmaqla  post-Sovet  bölgəsinin  Kremlin  maraq 
dairəsində olmasını Qərbin qəbul etməli olduğu fikirlərini səsləndirdi. [15] Pu-
tin Doktrinası olaraq bilinən bu fikirlər, Rusiya Müdafiə Naziri Sergey İvanovun, 
“Rusiyanın  MDB  ölkələrində  həll  edilməyən  münaqişələrdə  hərbi  müdaxilə 
etmək hüququna malikdir” ifadəsilə Rusiyanın mövqeyini tam ifadə edirdi. 
Əslində  Qərbin  və  Rusiyanın  münaqişəyə  münasibətdə  mövqeləri  çox 
fərqlənməsə də, əsas məqam bölgədə Kremlin nüfuzunun qorunması ilə bağlı 
idi. 1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs müqaviləsi im-
zalandıqdan  sonra,  Rusiyanın  Minsk  qrupunda  nümayəndəsi  Vladimir  Kazi-
mirovun  bölgəyə  mütəmadi  səfərlərindən  sonra,  Rusiyanın  münaqişə  zona-
sına  sülhməramlı  qüvvələr  adı  altında  rus  qoşunlarını  göndərmək  istədiyini 
bildirməsi, Qərbin etirazları ilə qarşılaşmışdı. [13] Əslində bu Rusiyanın Cənubi 
Qafqazda  yeni  hegemonluğu  üçün  planın  bir  parçası  hesab  olunurdu.  ABŞ, 
xüsusilə  Rusiyanın  silahlı  qüvvələrinə  BMT  çərçivəsində  sülhməramlı  qoşun 
statusu verilməsinə etiraz edirdi və bu mövqe ilə o zamankı Azərbaycan iqtida-
rı da razı deyildi. ABŞ nümayəndəsi James Collins tək bir dövlətin qoşununun 
bölgəyə yerləşdirilməsinə icazə verilməyəcəyini bildirməsi, Heydər Əliyevin çı-
xışında da öz əksini tapmışdı. Rusiyanın münaqişədə mediator funksiyasını tək 
başına öz üzərinə almaq cəhdləri uğursuzluqla nəticələndi. Rusiyada Medve-
devin hakimiyyətə gəlməsinədək, Minsk qrupu çərçivəsində münaqişənin həlli 
istiqamətində nəticəsiz qalan müxtəlif təkliflər irəli sürüldü. 
Minsk  qrupu  həmsədr  ölkələri-  Fransa,  Rusiya  və  ABŞ  müxtəlif  dövrlərdə 
vasitəçilik  təşəbbüsünü  ələ  almağa  çalışmışlar.  2001-ci  ildə  Fransanın  eks-
prezidenti  Jak  Şirakın  təşəbbüsü  ilə  Parisdə  Azərbaycan  və  Ermənistan 
prezidentləri Heydər Əliyev və Robert Koçaryan arasında keçirilən görüş, həmin 
il ABŞ prezidenti Corc Buşun vasitəçiliyi ilə Key-Westdə davam etdirildi. Amma 
bu görüşlərdə nəticə əldə olunmadı. 2006-cı ildə Jak Şirak Rambuyedə yenidən 
iki prezidentin görüşünə vasitəçilik etdi. Lakin, nəticə əvvəlkilərdən fərqli olmadı. 
O dövrdən etibarən Rusiya bu münaqişənin həllinə öz töhvəsini vermək üçün 
xarici siyasətinin prioritet məsələlərindən birinə çevirib. Medvedev dönəmi ilə 
Rusiyanın münaqişədə vasitəçilik missiyası yenidən aktiv olmağa başladı. 
Son illər vasitəçilərin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri 
arasında  keçirilən  çoxsaylı    görüşlər,  münaqişənin  həlli  istiqamətində 
irəliləyişlərin olduğu ehtimalını artırsada, nəticə etibarilə Ermənistanın tutmuş 
olduğu mövqe, münaqişənin bu şəkildə davam etdirilməsində maraqlı oldu-
ğunu göstərir. Və yaxud, münaqişənin həlli istiqamətində Ermənistanın Rusi-
yadan asılı olduğunu və Ermənistan üçün siyasi qərarların Moskvanın iradəsi 
ilə verildiyini sübut edir. 1994-cü ildə Azərbaycan və Ermənistan arasında əldə 
olunmuş atəşkəs anlaşmasından sonra mövcud olan status-kvo, artıq Minsk 
qrupu formatının uğursuzluğu formatında regionda yeni bir müharibə ehtima-
lını ortaya qoyur. 
Rusiya Azərbaycandan nə istəyir? Rusiya yenidən milli maraqları çərçivəsində 
Cənubi Qafqazı və ümumən post-Sovet respublikalarını özündən iqtisadi, siya-


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
86 
si və hərbi cəhətdən asılı etməyə çalışmaqdadır. Bu Rusiyanın son on ildə qəbul 
etdiyi xarici siyasət və hərbi doktrinalarında qeyd olunur. [9]
Qərbin regionla bağlı siyasətini öz maraqlarına müdaxilə kimi hesab edərək, 
həyata keçirilən proyektlərə mane olmağa çalışır. Regionda sadəcə Ermənistanı 
iqtisadi və hərbi cəhətdən tam olaraq özündən asılı etməyə nail olan Moskva, 
xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə Azərbaycana da təsir etməyə çalışır. 
Azərbaycandan münaqişənin həlli qarşılığında uzun müddətli güzəştlər əldə 
etməyə  cəhd  edərək,  şantaj  siyasətindən  istifadə  edir.  Vasitəçilik  missiyasını 
üzərinə götürən Rusiya prezidentinin səyləri öz bəhrəsini vermir. Ümumiyyətlə, 
münaqişənin obyektiv həllində maraqlı olmayan Rusiya, status-kvonun qorun-
masına çalışır. Regionda ortaya çıxa biləcək yeni münaqişə sadəcə Azərbaycan 
və  Ermənistanı  əhatə  etməyəcək.  Müharibə  Rusiyanın  cənub  sərhədlərində 
mövcud vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara bilər. Eyni zamanda, 
Rusiya Gürcüstanla yaşadığı münaqişə sonrası yaranan öz təcavüzkar imicini 
sülhməramlı dövlətə çevirmək istəyir.
Rusiyanın  açıq  şəkildə  Ermənistana 
dəstək  verməsi  fonunda,  Qərbin  erməni 
təəsübkeşliyi,  Türkiyə-Ermənistan  sərhəd 
xəttinin  açılmasında  və  iki  ölkə  arasın-
da  diplomatik  münasibətlərin  qurulması 
üçün  Ankaraya  edilən  təzyiqlər  zamanı 
da özünü göstərdi. Lakin, Ermənistana 20 
ildən  artıq  davam  edən  işğal  siyasətinə 
görə, qərbin demokratik dövlətləri təzyiq 
edə bilmirlər və yaxud etmək marağında 
deyillər.  Hər  bir  cəhdlə  Ankaraya  təzyiq 
göstərərək,  iki  ölkə  arasında  diploma-
tik  münasibətlərin  qurulmasına  çalışan 
ABŞ və AB, Dağlıq Qarabağ münaqişəsində vasitəçilik missiyasında əsas rolu 
Rusiyaya vermiş oldu. Son iki ildə Rusiya prezidentinin vasitəçiliyi ilə keçiril-
miş görüşlər bunu deməyə əsas verir. Sayca doqquzuncu üçtərəfli formatda 
keçirilən son Kazan görüşündən sonra, yenilənmiş Madrid prinsipləri əsasında 
razılıq  əldə  edilməsinə  inam,  Ermənistanın  mövqeyi  üzündən  yenidən  itdi.  
Eyni  zamanda,  Kazan  görüşü  ərəfəsində  Rusiya  və  Ermənistan  arasında  rus 
hərbi bazasının həmin ölkədə qalma müddətinin uzadılması və həmin baza-
da olan hərbi silah və sursatın təmənnasız erməni ordusuna verilməsi barədə 
müqavilənin Rusiya Dövlət Duması tərəfindən ratifikasiya edilməsi [11], görü-
şün müsbət nəticəsinə kölgə salmış oldu. Kazan görüşü sonrası, Azərbaycan 
və daha sonra Ermənistanda keçirilən hərbi paradlar, və siyasi elitalaraın son 
dövrlərdə münaqişə ilə bağlı verdikləri bəyanatların daha da artması, danışıq-
lar prosesi zamanı yaşanan gərginliyi əks etdirən nümunədir. 
Azərbaycan xarici siyasətində Dağlıq Qarabağ münaqişəsinin nizamlanma-
sı üçün göstərilən səylər və ümumiyyətlə ölkə prezidentinin son çıxışlarında 
DQ-a muxtariyyət statusunun verilə biləcəyi [8] ehtimalı əsasında Ermənistan 
Kazan görüşü sonrası, Azərbaycan 
daha sonra Ermənistanda 
keçirilən hərbi paradlar, və siyasi 
elitalaraın son dövrlərdə münaqişə 
ilə bağlı verdikləri bəyanatların 
daha da artması, danışıqlar prose-
si zamanı yaşanan gərginliyi əks 
etdirən nümunədir. 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə