1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə30/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   26   27   28   29   30   31   32   33   ...   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
76 
də mühüm rol oynayır. Bu baxımdan qeyd olunmalıdır ki, Azərbaycanın Şərqi 
Avropa qrupundan rəqibləri olan Macarıstan və Sloveniya hər ikisi Avropa İtti-
faqının üzvüdür. Bu isə o deməkdir ki, Avropa İttifaqı ölkələri (27 ölkə) seçkilər 
zamanı bu ölkələrin namizədliyini dəstəkləməyə üstünlük vermişlər. Bu baxım-
dan  seçkilərdə  Azərbaycanın  Aİ  ölkələrindən  əhəmiyyətli  dəstək  qazanması 
mümkün deyildi. Lakin buna baxmayaraq, Azərbaycanın TŞ-yə seçilmək şans-
larını artırmaq üçün bir sıra mühüm addımlar atılmışdır. Belə ki, ölkəmiz BMT 
Baş Assambleyasında mühüm qruplardan olan İslam Əməkdaşlığı Təşkilatının 
(İƏT) İƏT-in Xarici İşlər Nazirləri Şurasının 2009-cu il 23-25 may tarixlərində 
Dəməşqdə  keçirilmiş  36-cı  sessiyasında    Azərbaycanın  2012-2013-cü  illərdə 
BMT  TŞ-nin  qeyri-daimi  üzvlüyünə  namizədliyinin  İƏT  ölkələri  tərəfindən 
dəstəklənəcəyinə dair qərarın (1/36-ORG saylı qətnamə) qəbul edilməsinə nail 
olmuşdur [26]. Bu isə səsvermə zamanı Azərbaycanın 57 ölkənin səsini qazan-
maq şansını yüksəltmişdir. 
Bundan əlavə,  Azərbaycan BMT Baş As-
sambleyasında mühüm qruplardan biri olan 
Qoşulmama  Hərəkatının  2011-ci  il  mayın 
23-27-də Balidə (İndoneziya) keçirilmiş 16-
cı Nazirlər Konfransında bu hərəkata tam-
hüquqlu üzv kimi qəbul olmuşdur [27]. Bu 
konfransda  Azərbaycan  və  Ficinin  üzvlüyə 
qəbul  olunması  ilə  üzvlərinin  sayı  120-yə 
çatan Qoşulmama Hərəkatı BMT-də ən bö-
yük  bloka  çevrilmişdir  [27].  TŞ-yə  seçkilər 
ərəfəsində  ölkəmizin  bu  böyük  bloka  üzv 
olması Baş Assambleyada səsvermə zama-
nı onun üzvlərinin 2/3-nin səsini (129 səs) 
toplamağa mühüm töhfəsini vermişdir. 
Qeyd  etmək  lazımdır  ki,  2011-ci  ilin 
yanvarında  Azərbaycan  Afrika  İttifaqı 
təşkilatında  müşahidəçi  statusu  almış-
dır  [29].  Bu  amil  ölkəmizin  beynəlxalq 
əlaqələrinin, xüsusilə Afrika ölkələri ilə əlaqələrinin daha da inkişaf etməsinə 
təsirini göstərmişdir. Afrika İttifaqının özündə 54 ölkəni birləşdirdiyini nəzərə 
alsaq, seçkilər ərəfəsində bu statusun əldə olunmasının əhəmiyyəti bir qədər 
də artmışdır.   
Bundan  əlavə,  Azərbaycan  KARİKOM-un  (Karib  Dövlətləri  Birliyi)    Xari-
ci Əlaqələr Şurasının 2011-ci il mayın 4-5-də Sent Kits və Nevisdə keçirilmiş 
14-cü iclasına BMT yanında daimi nümayəndəsini göndərmişdir. İclasda çıxış 
edən nümayəndəmiz Azərbaycanın KARİKOM-la əlaqələrini genişləndirməkdə 
maraqlı  olduğunu  bildirmiş  və  birlik  ölkələrinin  xarici  işlər  nazirləri  ilə 
ikitərəfli  görüşlər  keçirmişdir  [30].  Bu  addım  seçkiqabağı  sözügedən  qrupla 
əlaqələrimizin  genişləndirilməsinə  xidmət  etmişdir.  20  üzv  və  assosiativ  üzv 
dövləti özündə birləşdirən bu qrup kiçik dövlətləri əhatə etsə də, Baş Assamb-
leyada səsvermə zamanı hər bir dövlətin bir səsə malik olması baxımından bu 
qrupla əlaqələrin inkişafı da ölkəmiz üçün əhəmiyyətli olmuşdur. 
İslam Əməkdaşlığı Təşkilatının 
(İƏT) İƏT-in Xarici İşlər 
Nazirləri Şurasının 2009-
cu il 23-25 may tarixlərində 
Dəməşqdə keçirilmiş 36-cı 
sessiyasında  Azərbaycanın 
2012-2013-cü illərdə BMT 
TŞ-nin qeyri-daimi üzvlüyünə 
namizədliyinin İƏT ölkələri 
tərəfindən dəstəklənəcəyinə 
dair qərarın (1/36-ORG saylı 
qətnamə) qəbul edilməsinə 
nail olmuşdur


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
77
2011-ci  il  sentyabr  ayının  13-15-də  Ərəb  Dövlətləri  Liqasının  Xarici  İşlər 
Nazirləri  Şurasının  Qahirədə  keçirilmiş  136-cı  sessiyasında  Azərbaycanın 
Təhülkəsizlik  Şurasının  2012-2013-cü  illər  üzrə  qeyri-daimi  üzvlüyünə 
namizədliyinin  dəstəklənəcəyi  barədə  qərarın  qəbul  edilməsi  də  seçkilər 
ərəfəsində ölkə diplomatiyasının mühüm uğurlarından biri olmuşdur [31].  
  Göründüyü kimi, Azərbaycan son dövrlərdə BMT Baş Assamleyasının əsas 
qruplaşmaları  ilə  əlaqələrinin  möhkəmləndirilməsində  mühüm  addımlar  at-
mışdır. Təbii ki, ayrı-ayrı dövlətlərin dəstəyini qazanmaq üçün iş aparmaqla ya-
naşı, müxtəlif dövlət qrupları ilə əlaqələrin möhkəmləndirilməsi ölkəmiz üçün 
seçkilər zamanı daha genişmiqyaslı nəticələr əldə etməyə imkan vermişdir.   
Məsələ ilə əlaqədar olaraq və ölkəmizin təcrübəsindən də göründüyü kimi, 
qeyd etmək lazımdır ki, TŞ-yə seçkilər zamanı zəruri olan 129 səsi toplamaq 
çətin olduğundan səsvermə bir neçə dəfə keçirilə bilər. Yəni namizədlər kifayət 
qədər güclü olduqda və səmərəli təşviqat kampaniyası apardıqda onlardan hər 
biri yetərincə olmasa belə, digər namizədlərin səslərini  azaldacaq sayda səs 
toplaya bilər, bu isə səsvermə prosesinin günlərlə uzanmasına gətirib çıxarır. 
Məsələn,  2006-cı  ildə  TŞ-yə  keçirilən  seçkilərdə  Latın  Amerikası  qrupundan 
namizəd olan Venesuela və Qvatemalanın mübarizəsi üç həftə davam edərək 
48 dəfə səsvermədən keçmişdir və sonda hər iki dövlət öz namizədliyini geri 
götürmüşdür [3, s.25]. Belə səsvermə nadir hallarda olsa da, seçkilər zamanı 
Baş Assambleya üzvlərinin 2/3-nin səsini toplamaq çətin olduğundan, bir neçə 
raund səsvermənin keçirilməsi tez-tez baş verir . 
Onu da qeyd etmək lazımdır ki, BMT Baş Assambleyasının Prosedur Qay-
dalarının  93-cü  qaydasına  əsasən  bir  yerə  ikidən  çox  namizəd  olduqda,  ilk 
səsvermədə heç bir dövlət yetərincə səs toplaya bilməsə, növbəti raunda ən 
çox səs toplamış iki namizəd keçir. Şərqi Avropa qrupundan bu il üç dövlət öz 
namizədliyini irəli sürdüyündən ilk raundda səslər üç dövlət arasında bölünmüş 
və heç bir namizəd əhəmiyyətli üstünlük qazana bilməmişdir. Qaydaya əsasən, 
əgər növbəti raunda keçən iki dövlət iki raunddan sonra yetərincə səs çoxluğu 
toplaya bilməsə, onda səsverməyə yeni namizədlər, o cümlədən səsvermənin 
ilk  raundunda  rəqabətdən  çıxarılmış  dövlətlər  də  qatıla  bilər.  TŞ-yə  seçkilər 
zamanı yeni namizədlərin irəli sürülməsi çox nadir hallarda baş verir. Məsələn, 
2006-cı ildə Venesuela və Qvatemala 48 raunddan sonra yetərincə səs toplaya 
bilmədikdə, Panama öz namizədliyini irəli sürmüşdür. TŞ-yə seçkilər tarixində 
ən üzün səsvermə 1979-cu ildə baş vermişdir. Belə ki, həmin ildə Kuba və Qva-
temala 3 ay müddətində 155 səsvermə raundunda iştirak etmiş və yetərincə 
səs toplaya bilmədikləri üçün alternativ namizəd kimi Meksika öz namizədliyini 
irəli sürmüşdür [3, s.24].  Lakin bu kimi hallar nadir təsadüf ediləndir və adətən 
səsvermə prosesi uzandıqda iki namizəddən az səs toplayan öz namizədliyini 
geri  götürür  və  bununla  da  yerdə  qalan  namizədin  yetərincə  səs  toplama-
sına imkan vermiş olur. Builki səsvermə zamanı da bir neçə raunddan sonra 
ölkəmizdən  xeyli  dərəcədə  az  səs  topladığını  görən  Sloveniya  namizdəliyini 
geri götürməli olmuşdur.         
Məsələ ilə əlaqədar bir faktı da qeyd etmək lazımdır ki, bəzi diplomatların 
fikrincə, BMT-də keçirilən seçkilərdə hər hansı bir ölkə öz namizədliyinə dəstək 
vəd etmiş ölkələrin hamısına bel bağlamamalıdır. Məsələn, İtaliyanın BMT ya-


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə