1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə31/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   27   28   29   30   31   32   33   34   ...   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
78 
nında daimi nümayəndəsi olmuş Paolo Fulçinin sözlərinə görə, “yazılı şəkildə 
dəstək vəd edən dövlətlərin 10 faizini, şifahi dəstək vəd edənlərin 20 faizini 
seçkilər zamanı sizə dəstək verənlərin siyahısından çıxarmalısınız. Bu formu-
lanı nəzərə almasanız, seçkilərdə çox böyük uğursuzluğa düçar ola bilərsiniz” 
[4. s.19]. Təcrübə diplomatın sözlərini təsdiq edir. Belə ki, 1998-ci ildə TŞ-yə 
keçirilən seçkilərdə Kanadaya 165 dövlət dəstək vəd etmiş, amma səsvermə 
zamanı 131 səs toplanmış, Hollandiyaya 155 dövlət vəd vermiş, 122 səs top-
lanmış, Yunanıstana 128 dövlət vəd vermiş, cəmi 87 səs toplanmışdır [4, s.18].
 
TŞ üzvlüyünün verdiyi imkanlar və fəaliyyət perspektivləri
Təhlükəsizlik  Şurasının  üzvü  olmaq,  heç  şübhəsiz  ki,  Azərbaycanın 
beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb olacaqdır. Bəs Azərbaycan bu 
üzvlükdən necə yararlanmalıdır, bu post ölkə diplomatiyası üçün nə kimi im-
kanlar yaradacaqdır? 
Təbii ki, Şuraya üzvlük ölkəmizin əsas təhlükəsizlik problemlərinin beynəlxalq 
səviyyədə  həllinə  nail  olmaq  üçün  daha  geniş  imkanlar  yaradacaqdır.  Yəni 
Azərbaycan öz xarici siyasəti qarşısında du-
ran əsas vəzifələrdən biri kimi, Ermənistan-
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 
sülh yolu ilə həllinə nail olmaq üçün Şura 
üzvü  qismində  qurumda  təşəbbüslər  irəli 
sürmək və onları birbaşa lobbiləşdirmək im-
kanı əldə etmişdir. Təbii ki bu imkandan ya-
rarlanmaq mövcud beynəlxalq vəziyyətdən 
və TŞ-nin daimi üzvü olan Minsk qrupunun 
həmsədr  ölkələrinin  mövqeyindən  də  ası-
lı  olacaqdır.  Həmçinin  nəzərə  alınmalıdır 
ki, BMT Nizamnaməsinin 27-ci maddəsinə 
əsasən  münaqişə  tərəfi  olan  dövlət  TŞ-də 
münaqişə ilə bağlı həlledici qərarlar qəbul 
edildikdə  səsvermədə  iştirak  etməməlidir. 
Bununla belə, təcrübə göstərir ki, münaqişə tərəfi olan TŞ üzvü bu qurumda 
gedən  müzakirələrə  təsir  etmək  baxımından  onun  üzvü  olmayan  dövlətdən 
daha üstün vəziyyətdədir.   
 TŞ-da ölkəmiz təkcə öz maraqları ilə bağlı təşəbbüslərlə kifayətlənməməli, 
beynəlxalq  birliyi  narahat  edən,  son  dövrlərdə  öz  aktuallığı  ilə  seçilən 
məsələlərə də diqqət ayırmağa çalışmalıdır. Bu, Azərbaycanın beynəlxalq nüfu-
zunun artmasına xidmət etmiş olacaqdır. Şuraya üzvü kimi ölkəmizin aşağıdakı 
beynəlxalq məsələlərə diqqət ayırması məqsədəuyğun olardı:

BMT  Təhlükəsizlik  Şurasının  islahatları,  xüsusilə  onun  fəaliyyətinin 
təkmilləşdirilməsi, Şura tərəfindən qəbul edilən qərarların icrasına nəzarət me-
xanizminin  yaradılması,  icrasızlığın  səbəblərinin  araşdırılması  və  aradan  qal-
dırılması  yollarının  müəyyənləşdirilməsinə  dair  təşəbbüslərin  irəli  sürülməsi. 
Məsələn, tanınmış beynəlxalq ekspertlərin iştirakı ilə bu mövzuya həsr olun-
muş beynəlxalq konfransın və ya seminarın təşkili məqsədəuyğun olardı. Belə 
Azərbaycan öz xarici 
siyasəti qarşısında duran 
əsas vəzifələrdən biri kimi, 
Ermənistan-Azərbaycan Dağlıq 
Qarabağ münaqişəsinin sülh 
yolu ilə həllinə nail olmaq üçün 
Şura üzvü qismində qurum-
da təşəbbüslər irəli sürmək və 
onları birbaşa lobbiləşdirmək 
imkanı əldə etmişdir. 


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
79
ki, bu mövzu Azərbaycan kimi bir çox ölkələrin də marağında olduğu üçün, 
öz aktuallığı ilə seçilir. Konfransdan əldə olunacaq nəticələr əsasında BMT-də 
müvafiq təşəbbüslərlə çıxış etmək olar;

Son  dövrlərdə irqi, dini və  milli  zəmində nifrət hallarının  artması ilə 
beynəlxalq  gündəmin  aktual  məsələlərindən  olan  mədəniyyətlərarası  dialo-
qun təşviqinə diqqətin artırılması. Ölkəmiz bu mövzuya dair bir sıra beynəlxalq 
tədbirlərə ev sahibliyi etməklə, artıq mədəniyyətlərarası dialoq prosesinə öz 
töhfəsini  verməyə  başlamışdır.  Zənnimizcə,  bu  istiqamətdə  fəaliyyət  davam 
etdirilməlidir;

Münaqişələrin  qarşısının  alınması,  sülhqoruma  və  sülhquruculuğu 
məsələləri, o cümlədən münaqişə zamanı kövrək qrupların, xüsusilə qadın və 
uşaqların  hüquqlarının  qorunması,  münaqişələrdən  əziyyət  çəkən  əhalinin, 
qaçqın və məcburi köçkünlərin problemlərinin davamlı həlli yollarının tapılması 
məsələləri də, beynəlxalq təhlükəsizlik gündəliyinin maraq doğuran məsələləri 
kimi daim diqqət tələb edir və bu istiqamətdə də tematik müzakirələrin təşkili 
məqsədəuyğun olardı;    

Beynəlxalq sanksiyaların və BMT TŞ tərəfindən güc tətbiqi son dövrlərdə, 
xüsusilə də, BMT TŞ-nin Liviyadakı əməliyyatlarla bağlı mövqeyindən sonra daha 
da aktuallaşmışdır. Bir çoxları Liviyada keçirilən əməliyyatların TŞ qətnaməsinin 
müddəalarından  kənara  çıxmasından,  əməliyyatın  NATO  tərəfindən  həyata 
keçirilməsindən,  eləcə  də  TŞ-nin  eyni  problemi  yaşayan  müxtəlif  ölkələrə 
qarşı  müxtəlif  münasibət  göstərməsindən  narazı  qalmışdır.  Bu  məsələyə  də 
diqqət ayırmaq, TŞ tərəfindən məcburedici tədbirlərin görülməsini zəruri edən 
halların  və  onların  icra  mexanizmlərinin  dəqiqləşdirilməsinə  xidmət  edəcək 
müzakirələrin təşkili həm ölkəmizin (Ermənistanın beynəlxalq hüquq norma-
larını  kobud  şəkildə  pozmasının  müqabilində  TŞ-nin  göstərdiyi  münasibətin 
səmərəsizliyi baxımından), həm də beynəlxalq aləmin maraqlarında olardı.
Nəticə 
Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, ölkəmizin 2012-
2013-cü illərdə  BMT  Təhlükəsizlik  Şurasının  üzvü olması  üçün kifayət  qədər 
diplomatik səy göstərilmiş və namizədliyimizin yetərincə BMT üzvü tərəfindən 
dəstəklənməsinə  nail  olunmuşdur.  BMT  Nizamnaməsinə  əsasən  Şuraya,  ilk 
növbədə  dünyada  sülhün  və  təhlükəsizliyin  təmin  olunmasına  əsas  dəstək 
göstərən  ölkələr  seçilməlidir,  lakin  təcrübə  göstərir  ki,  seçkilər  prosesində 
bu, heç də həmişə əsas rol oynamır. Səsvermə zamanı namizəd ölkənin BMT 
üzvləri və müxtəlif bloklarla münasibətləri, təbliğat kampaniyasının miqyası və 
intensivliyi, BMT yanında Daimi nümayəndəliyin fəallığı və əlaqələrinin geniş-
liyi, kampaniya üçün səfərbər edilmiş insan və maliyyə resursları çox mühüm 
əhəmiyyətə malikdir. Bu baxımdan təşviqat kampaniyası zamanı bütün bu de-
talları nəzərə aldığı üçün ölkəmiz qarşıya qoyduğu məqsədə nail ola bilmişdir.    
TŞ-yə üzv seçilmək Azərbaycan diplomatiyası üçün irəliləyiş olmaqla yanaşı, 
həm ölkəmizin xarici siyasəti qarşısında duran əsas problemlərin həllinə, həm 
də onun beynəlxalq nüfuzunun daha da artmasına xidmət edəcəkdir. Təbii ki, 
yaddan  çıxarmamaq  lazımdır  ki,  Təhlükəsizlik  Şurasında  əsas  güc  onun  beş 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə