1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə34/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   30   31   32   33   34   35   36   37   ...   93

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
87
və  onu  müdafiə  edən  dövlətlərin  münaqişənin  həllinə  dəstək  verəcəkləri 
inandırıci  görsənmir.  Fransa  prezidenti  Sarkozinin  son  Cənub  Qafqaz  turne-
si  çərçivəsində  Ermənistanla  münasibətdə  tutduğu  mövqe  və  səsləndirdiyi 
bəyanatlar, ümumən bir vasitəçi və həmsədr ölkə olaraq münaqişənin həllində 
oynaya biləcəyi obyektiv rolu kölgə altına salmaqdadır. Minsk qrupu formatının 
dəyişdirilməsi ilə bağlı səslənən fikirlər əsasən üç həmsədr ölkənin münaqişəyə 
və  münaqişə  tərəflərinə  münasibətdə  həyata  keçirilən  ikili  siyasət,  davam 
edən  danışıqların  effektivliyini  azaltmaqdadır.  Münaqişənin  ərazi  bütövlüyü 
çərçivəsində  həllində  sadəcə  Azərbaycan  maraqlıdır.  Vasitəçilər  Ermənistan 
lehinə  daha  çox  kompromis  əldə  etmək  üçün,  ərazisi  işğal  edilmiş  dövlətin 
güzəştə  getməsi  istiqamətində  təzyiqlər  edirlər.  BMT-də  Dağlıq  Qarabağla 
bağlı sənəd müzakirəyə çıxarıldığı zaman, hər üç həmsədr dövlətin Azərbaycan 
əleyhinə səs verməsi [5] buna bir sübutdur. Beynəlxalq təşkilatlar tərəfindən 
indiyədək qəbul edilən qətnamə və sənədlərin hüquqi qüvvəsi olmadığı üçün, 
təsiretmə mexanizmləri də effektiv hesab edilə bilməz.  Son Kazan görüşünün 
iflasından sonra, Rusiya xarici işlər naziri Lavrovun yeni düzəlişlərlə Ermənistan 
və Azərbaycana təqdim etdiyi təkliflər paketi birinci tərəfindən qəbul edilmədi 
və  yenidən  danışıqlar  prosesində  fasilə  yarandı.  Son  aylarda  Minsk  qrupu 
həmsədrlərinin yenidən regiona etdikləri səfərlər, sadəcə danışıqlar prosesinin 
sonu gəlmədiyini göstərmək üçün beynəlxalq ictimaiyyətə verilən mesaj olaraq 
qəbul edilə bilər. Çünki, münaqişə tərəflərinin tutmuş olduqları mövqe və edilə 
biləcək hər hansı kompromis artıq müəyyən olunub. Azərbaycanın ərazi bü-
tövlüyünün danışıqlar predmeti olmadığı dəfələrlə rəsmi Bakının mövqeyində 
əks olunub. [2] 
Eynilə  Ermənistanın  Dağlıq  Qarabağda  yaşayan  ermənilərin  öz 
müstəqilliklərini  əldə  etmək  hüquqlarının  olduğunu  ifadə  etməsi,  imzalan-
ma  ehtimalı  görsənən  hər  hansı  sazişin  hüquqi  statusunu  şübhə  altına  alır. 
Ermənistan  mətbuatında  Azərbaycanın  Kazan  görüşü  zamanı  təklif  etdi-
yi  düzəlişlərin  danışıqlar  prosesində  iflas  səbəbi  olması  kimi  göstərilsə  də, 
məsələnin mahiyyətində razılaşdırılmış prinsiplərlərdə bəzi boşluqların olması 
gələcəkdə  daha  böyük  problemlərin  ortaya  çıxmasına  səbəb  ola  bilər.  Rusi-
yanın Cənubi Qafqazda forpostu olan Ermənistanın münaqişədə arxalandığı 
dövlətlərin tutduqları subyektiv yanaşmaları, uzun illərdir davam edən konflik-
tin həllində öz mənfi təsirini göstərməkdədir. 
Avropanın enerji təhlükəsizliyində Azərbaycan 
diplomatiyasının rolu   
Avropanın enerji təhlükəsizliyində özünəməxsus yeri olan Azərbaycanın re-
gion üçün son illərdə artan əhəmiyyəti, Avropa Birliyi (AB) və digər regional 
təşkilatların  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli  istiqamətində  siyasətlərinin 
nisbətən aktivləşməsi və vasitəçilikdə maraqlı olmalarını etiraf etmələrini labüd 
edir. Ərazi bütövlüyünün bərpasının beynəlxalq hüquq prinsipləri çərçivəsində 
həllinə  çalışan  Azərbaycan  hakimiyyəti,  beynəlxalq  və  regional  təşkilatlarda 


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
88 
Ermənistanın işğalçı dövlət olaraq tanınması istiqamətində səylərini artırmışdır. 
Şərq  tərəfdaşlığı  proqramı  çərçivəsində  AB  öz  siyasətini  Cənubi  Qafqaz 
bölgəsində daha da aktivləşdirmək siyasəti güdməkdədir. Region dövlətlərinin 
vahid  birlikdə  AB-yə  inteqrasiyasına  yardım  etmək  üçün,  Brüssel  rəsmiləri 
regionda  münaqişələrin  həllində  vasitəçilik  edə  biləcəyini  müxtəlif  şəkildə 
ifadə etmişdir. Lakin sözsüz ki, qaz və neft istehsalı sahəsində Azərbaycanla 
əməkdaşlıq AB üçün daha əhəmiyyətli hesab oluna bilər. Bu çərçivədə, AB üzvü 
dövlətlərin ayrı ayrılıqda Azərbaycanla əməkdaşlıq perspektivlərinə nəzər sal-
saq, görərik ki, Azərbaycan öz xarici siyasətində bu dövlətlərlə əməkdaşlığı mil-
li maraqlarına uyğun şəkildə həyata keçirir. Birlik üzvü dövlətləri Azərbaycanın 
ərazi  bütövlüyünü  dəstəklədiklərini  ikitərəfli  görüşlər,  eləcədə  beynəlxalq  və 
regional təşkilatlarda səsləndirməkdədirlər. ATƏT-in 1996-cı il Lissabon zirvə 
görüşündən etibarən, istər Avropa Şurasında, istərsə ATƏT və ya AB sənədlərində 
Azərbaycanın ərazi bütövlüyü faktoru Dağlıq Qarabağ regionu daxil olmaqla 
təsdiqini  tapmaqdadır.  Erməni  lobbisinin 
fəal  olduğu  ölkələrdə  belə  Azərbaycanla 
əməkdaşlıq  artıq  dövlətlərin  prioritet 
məsələsinə çevrilməkdədir və buna xüsusi 
maraq göstərilir. 
Azərbaycana  səfər  edən  Avropa  Bir-
liyinin 
nümayəndələrinin 
çıxışlarında 
son  zamanlar  ölkənin  ərazi  bütövlüyü-
nün  dəstəklənməsi  ifadələri  də  daha  çox 
eşidilməkdədir.  Avropa  Parlamentinin  pre-
zidenti Jerzy Buzekin [6] və Avropa Komis-
siyası  prezidenti  Jose  Manuel  Barrosonun 
bu  ilki  səfərləri  çərçivəsində  Bakıda  səsləndirdiyi  ifadələr  buna  misaldır.  [12] 
Xüsusilə, Barrozo tərəfindən Azərbaycan ərazi bütövlüyü çərçivəsində Dağlıq 
Qarabağ  münaqişəsinin  həllini  dəstəklədiyini  bildirməsi  mühüm  hadisə  he-
sab oluna bilər. Bu həmişə diplomatik ifadələr səsləndirməyə üstünlük verən 
siyasətçilərdən  fərqli  bir  mövqeyi  əks  etdirirdi.  Burda  xüsusilə  Azərbaycanın 
Avropa Birliyi ilə əməkdaşlıq siyasətini və AB-nin Azərbaycana verdiyi önəmi 
qeyd etmək lazımdır.  
Lakin, yuxarıda qeyd edilən Putin doktrinasının mühüm fikirlərindən biri də, 
keçmiş Sovet ittifaqı ərazisindən Qərbə nəql olunan neft və qaz boru kəmərlərinin 
istifadəsində Rusiyanın razılığı olmadan hər hansı bir razılaşmanı öz maraqlarına 
zidd hesab etməsidir. Azərbaycan xarici siyasətində çoxşaxəli neft və qaz ixracı 
strategiyasına əhəmiyyət verilməsi, Rusiyanın maraqlarına ziddiyyət təşkil edir və 
Kreml hər vəchlə bunu nümayiş etdirir. Buna baxmayaraq, Azərbaycan AB üçün 
prioritet hesab olunan “Cənub dəhlizi” layihəsində iştirak etmə niyyətini bildir-
mişdir. Yanvar ayında Avropa Komissiyasının prezidenti Barrozonun Bakı səfəri 
çərçivəsində imzalanan “Cənub qaz dəhlizi” haqqında Birgə Bəyannamənin [3] 
Azərbaycan Parlamentində ratifikasiyası buna misaldır. Cənub dəhlizini tamam-
layacaq olan və Xəzərin Türkmənistan sahilindən Azərbaycan sahilinə kimi uza-
Azərbaycana səfər 
edən Avropa Birliyinin 
nümayəndələrinin çıxışların-
da son zamanlar ölkənin ərazi 
bütövlüyünün dəstəklənməsi 
ifadələri də daha çox 
eşidilməkdədir. 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə