1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə37/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   33   34   35   36   37   38   39   40   ...   93

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
93
Açar sözlər: ictimai diplomatiya, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan, 
xarici siyasət, diplomatiya, KİV, lobbiçilik. 
Kew  words:  public  diplomacy,  the  Nagorno-Karabakh  conflict,  Armenia, 
foreign policy, diplomacy, media and lobby.
Ключевые  слова:  общественная  дипломатия,  Нагорно-Карабахский 
конфликт, Армения, внешняя полтика, дипломатия, СМИ, лобби. 
Azərbaycanın 
xarici siyasətində  
ictimai 
diplomatiya 
elementləri
Rəşad 
Ağazadə
Azərbaycan Respublikası Prezidenti yanında 
Dövlət İdarəçilik Akademiyasının doktorantı 
rashadagazade@yahoo.com


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
94 
Giriş
İctimaiyyətlə əlaqələrin (Public relations) bir elm kimi meydana gəlməsi və 
inkişafı, ictimai diplomatiyanın Azərbaycan Respublikasının xarici siyasətində 
mühüm təsir vasitəsi kimi istifadə olunması probleminin tədqiqi, istər siyasi-
praktiki, istərsə də nəzəri-metodoloji aspektdə Azərbaycan Respublikasının in-
kişafının hazırkı mərhələsində böyük əhəmiyyət kəsb edir.
Müasir dövrdə diplomatiya köklü dəyişikliklərə məruz qalmışdır. Artıq dip-
lomatik sfera yalnız dövlətlərin preroqativi olmaqdan çıxır və beynəlxalq are-
nada müvəffəqiyyət bir çox hallarda dövlət və qeyri-dövlət strukturlarının birgə 
səylərindən asılı olur. Vaxtilə daha çox ayrı-ayrı hökümətlər səviyyəsində həyata 
keçirilən birtərəfli proses olan diplomatiya, hazırda, özünü getdikcə daha çox 
ictimai rəyin mühüm rol oynadığı çoxtərəfli fəaliyyət növü kimi büruzə verir. 
Əlbəttə, xarici siyasət, 200 il əvvəl olduğu kimi, indi də, əsas etibarilə profes-
sional diplomatlar arasında aparılan şəxsi, konfidensial söhbətlərdə müəyyən 
olunur. Lakin praktiki olaraq heç bir siyasi təşəbbüs ictimai dəstək olmadan 
tam müvəffəqiyyət qazana bilmir.
Beynəlxalq səviyyədə dövlətin siyasi mövqeyinin düzgün və ağıllı təqdim 
edilməsi, ölkənin elm, mədəniyyət, incəsənət və idman nailiyyətlərinin təbliği, 
təbii sərvətlərinin, iqtisadi imkanlarının, siyasi sabitliyin nümayişi  siyasi və iq-
tisadi məsələlərin həlli üçün əlverişli zəmin yaradır.  Fikrimizcə, müasir dövrdə 
müəyyən şəraitdə ictimai diplomatiya, xalq diplomatiyası iqtisadi sanksiyalar, 
yaxud siyasi və hərbi aksiyalardan daha güclü təsir vaistəsi ola bilər. 
“İnformasiya partlayışı” və  pablik rileyşnz elminin (ictimaiyyətlə əlaqələrin) 
sürətlə  inkişafı  beynəlxalq  münasibətlər  sahəsindən  də  yan  keçməmişdir. 
Üstəlik,  məhz  burada  -  vahid  ümumdünya  informasiya  cəmiyyətinin  yara-
dılması və PR texnologiyasının beynəlxalq əlaqələrdə kütləvi surətdə tətbiqi 
işində həmin fenomenin qlobal aspektləri və nəticələri təzahür edir. Beynəlxalq 
əlaqələr üzrə mütəxassislər, xüsusilə diplomatlar öz fəaliyyətlərində adı çəkilən 
problemlə maraqlanmaya bilməzlər. Bu gün demək olar ki, bütün ölkələrin xa-
rici işlər nazirlikləri ictimai diplomatiya ilə məşğul olur, bu işdə kütləvi infor-
masiya vasitələri ilə birlikdə hərəkət edir və ən yeni texnologiyadan istifadə 
edirlər. Bu digər dövlət strukturlarına da, habelə xaricə çıxışı olan özəl biznes və 
banklara da aiddir. Bu mövzunun beynəlxalq əlaqələr üzrə mütəxəssislər üçün 
böyük əhəmiyyəti var.
Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XİN-
in əməkdaşları və xaricdəki Azərbaycan səfirləri, diplomatik nümayəndəliklərin 
başçıları ilə görüşü zamanı, Azərbaycan Respublikasının diplomatik xidmət or-
qanları rəhbərlərinin birinci müşavirəsində  (27 iyul 2004) demişdir: “Azərbaycan 
öz xarici siyasətini çox uğurla həyata keçirir. Əlbəttə, bu gün Azərbaycan diplo-
matiyası yeni bir mərhələdədir... Bu gün Azərbaycan haqqında dünyada kifayət 
qədər  ədalətli  məlumatlar  var.  Biz  hamımız  çalışmalıyıq,  əlbəttə,  ilk  növbədə, 


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
95
Azərbaycanı xaricdə təmsil edən səfirlər, səfirliklərin digər işçiləri çalışmalıdırlar 
ki, Azərbaycan haqqında reallıqlar o ölkələrdə 
yaşayan ictimaiyyətə çatdırılsın.” (1)
Beynəlxalq  münasibətlərdə  ictimaiyyətlə 
əlaqələrin fəallığı informasiya hücumu və xalq 
diplomatiyası baxımından xeyli dərəcədə  ak-
tualdır. Odur ki, Azərbaycan icmaları fəaliyyət 
göstərdikləri ölkələrin ictimai-siyasi həyatında 
daha fəal iştirak etməyə çalışırlar.  
Azərbaycanın  dövlət  başçısının  ölkənin 
xarici  siyasətinin  uzunmüddətli  strategiya-
sına  xidmət  edən  bu  çağırışı  ictimai  dip-
lomatik  fəallığı  xeyli  artırmışdır.    Dünya 
Azərbaycanlılarının  ardıcıl  və  davamlı  keçiril-
miş  qurultaylarından  sonra  xaricdə  yaşayan 
soydaşlarımızın  təşkilatlanması  prosesi  daha 
böyük vüsət almışdır. Onların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında iş-
tirak səviyyəsi yüksəlmiş, bu ölkələrdə mədəni irsimizin təbliği, digər xalqla-
rın, xüsusilə türk diasporları ilə əlaqələrin inkişafı istiqamətində canlanma əldə 
olunmuşdur.
İctimai diplomatiyanın hədəfi (audutoriyası) həm xarici ölkələrin hökuməti 
və elitası, həm də geniş ictimaiyyət, kütləvi informasiya vasitələri, mədəniyyət, 
incəsənət xadimləri və yetişməkdə olan yeni nəsildir. İctimai diplomatiya dün-
ya  ictimaiyyətinin  gözündə  öz  hərəkətlərinə  bəraət  qazandırmaq  üçün  total 
siyasət mexanizmidir. 
Xarici siyasətdə ictimaiyyətlə əlaqələr 
və ictimai diplomatiya
Son  illər  ictimai  diplomatiya  (public  diplomacy)  və  ya  xalq  diplomatiyası 
beynəlxalq  ictimai  əlaqələr    (public  relations)  nöqteyi-nəzərindən  daha  çox 
diqqət çəkir. Qloballaşma dövründə dünya ölkələri bütün səviyyələrdə adamlar 
arasında şəxsi münasibətlər yaradılmasına böyük əhəmiyyət verirlər. 
On altı il bundan əvvəl - 1994-cü il sentyabrın 30-da Azərbaycanın ümum-
milli lideri Heydər Əliyev BMT Baş Məclisinin sessiyasında ilk dəfə çıxış etdi. Bö-
yük öndər Azərbaycanın haqq səsini bütün dünyaya çatdırdı. Dünya təşkilatları 
Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyevin  şəxsində  Azərbaycan 
diplomatiyasının səsini eşitdilər. Sonralar, böyük siyasətçi Heydər Əliyevin BMT 
Baş Məclisinin 49-cu, 50-ci sessiyalarındakı və Minilliyin zirvə görüşündəki çı-
xışları diplomatiyamızın tarixində parlaq səhifələr yazmaqla dövlətimizin xa-
rici siyasətinin əsas prioritetlərini dünyaya çatdırıb. Dünya Azərbaycanlılarını 
Azərbaycançılıq  ideyası  ətrafında  birləşdirməklə  böyük  rəhbər  dünyaya  icti-
Amerika Birləşmiş Ştat-
larında Buş administ-
rasiyasının 11 Sentyabr 
hadisələrindən sonra Qlobal 
Kommunikasiyalar Ofisi 
yaratması ABŞ hökumətinin 
beynəlxalq ictimai əlaqələri 
gücləndirmək üçün ictimai 
diplomatiyaya nə qədər 
böyük əhəmiyyət verdiyini 
göstərirdi. 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə