1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə40/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   36   37   38   39   40   41   42   43   ...   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
100 
qolu Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə fəaliyyətə başladı. 
İctimai diplomatiya fəaliyyətinin digər istiqaməti 2007-ci ilin yanvar ayında 
QHT  kimi  qeydiyyatdan  keçmiş  və  Azərbaycan  Xarici  İşlər  Nazirliyi  (XİN)  və 
NATO İctimai Diplomatiya Bölməsi (İDB) tərəfindən dəstəklənən Azərbaycanda 
NATO  Beynəlxalq  Məktəbi  (NISA)  ilə  bağlıdır.  Avro-Atlantik  təhlükəsizlik 
məsələləri  üzrə  ictimai  maarifləndirmənin  gücləndirilməsinə  töhfə  vermək 
niyyətinlə  NISA  təhlükəsizlik  məsələləri  üzrə  fikir  mübadiləsi  aparmaq  və 
bu  məsələlər  üzrə  bilikləri  gücləndirmək  üzrə  Azərbaycan  və  Avro-Atlantik 
məkanının digər dövlətlərindən gənc nəslin nümayəndələrini müntəzəm ola-
raq bir araya gətirən dəyirmi masa görüşləri, seminarlar, simulyasiya oyunları, 
eləcə də, yüksək səviyyəli konfranslar təşkil edir. 
Rusiya ilə Azərbaycanın münasibətlərində ictimai diplomatiyanın, xalq dip-
lomatiyasının rolu ilbəil artır. İki ölkənin humanitar qarşılıqlı fəaliyyət prosesləri, 
politologiya  dilində  desək,  soft-power  (yumşaq  güc)  mexanizmləri  artıq 
dövlətlərin siyasi səylərinin sadəcə əlavəsi 
deyil,  məmləkətimizi  vətəndaş  cəmiyyəti 
səviyyəsində birləşdirən müstəqil prosesə 
çevirmişdir.  Bu  işdə  Azərbaycanın  birin-
ci  xanımı,  YUNESKO-nun  və  İSESKO-nun 
xoşməramlı  səfiri  Mehriban  Əliyevanın 
başçılıq  etdiyi  Heydər  Əliyev  Fondu  fəal 
iştirak  edir.  Fondun  Rusiyada  həyata  ke-
çirdiyi  təşəbbüslərin  əlaqələndiricisi,  Ru-
siya  Azərbaycanlı  Gənclər  Təşkilatının 
(RAGT) rəhbəri Leyla Əliyevadır.
RAGT 
Azərbaycan 
diasporunun 
mədəni  həyatının  inkişafında  keyfiyyətcə 
yeni mərhələdir. Azərbaycanın “soft power” (yumşaq güc) siyasəti, ictimai dip-
lomatiya Rusiyada geniş fəaliyyət göstərir və aktualdır. Doğma Vətənlə əlaqə 
saxlamaq  hər  bir  milli  diaspora  münasibətdə  istənilən  dövlət  üçün  ənənəvi 
vəzifədir.  RAGT-nin fəaliyyəti və gələcək inkişafı çox böyük əhəmiyyət kəsb 
edir. RAGT milli diaspor siyasətini tamamlamaqla bərabər, həm də humanitar 
diplomatiyanın, ictimai dioplomatiyanın davamıdır. (10)
Bütün  bunlar  azərbaycanlıların  və  rusiyalıların  qarşılıqlı  sosiomədəni 
fəaliyyətini stimullaşdıran ictimai diplomatiya elementləridir. 
2.  Dağlıq Qarabağ münaqişəsi və ictimai diplomatiya 
Azərbaycan Respublikası diplomatik xidmət orqanları rəhbərlərinin ənənəvi 
müşavirələri Azərbaycan Prezidentinin müəyyən etdiyi xarici siyasətin və dip-
lomatik xidmət orqanları qarşısında qoyduğu vəzifələrin və verdiyi tapşırıqların 
yerinə yetirilməsi baxımından olduqca əhəmiyyətlidir. Ermənistan-Azərbaycan, 
İlham Əliyev: “Azərbaycanda 
bütün sahələrdə gedən proseslər 
həm xarici, həm də daxili 
siyasətdə gedən proseslər im-
kan verir ki, Azərbaycan özünü 
daha da yaxşı tanıtsın, dünya 
ictimaiyyəti qarşısında özünü 
daha da gözəl təqdim etsin. Bunu 
hər birimiz etməliyik”.


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
101
Dağlıq  Qarabağ  münaqişəsinin  ölkəmizin  suverenliyi,  ərazi  bütövlüyü  və 
sərhədlərinin  toxunulmazlığı  əsasında  həlli  məsələsi  hər  zaman  diploma-
tik  xidmət  orqanları  üçün  ən  başlıca  fəaliyyət  istiqaməti  olaraq  qalmışdır. 
Beynəlxalq ictimaiyyətin diqqəti Ermənistan tərəfindən azərbaycanlıların tarixi 
və mədəni abidələrinin məqsədli şəkildə məhv edilməsi, yaşayış məntəqələrinin 
simasının dəyişdirilməsi, həmçinin zəbt olunmuş torpaqlarda qeyri-qanuni iq-
tisadi fəaliyyətin aparılması faktlarına cəlb edilmişdir. Dünya ictimaiyyətinin bu 
məsələlər  haqqında  məlumatlandırılması  işinə  Xarici  İşlər  Nazirliyində  hazır-
lanmış bir çox nəşr və sənədlərin geniş yayılması mühüm töhfə olmuşdur. 
Ölkə başçısı diplomatik xidmət orqanları rəhbərlərinin ikinci müşavirəsində 
demişdir:  “Mən  qeyd  etdim  ki,  bizim  dünya  birliyinə  inteqrasiya  siyasətimiz 
dəyişməz olaraq qalır və son müddət ərzində bu istiqamətdə Azərbaycan çox 
önəmli addımlar atmışdır. Biz dünyaya açıq bir ölkəyik. Belə olan halda, əlbəttə, 
bizim  xarici  siyasətimiz,  xaricdə  Azərbaycanın  imici  daha  da  güclənməlidir. 
Azərbaycanda  bütün  sahələrdə  gedən  proseslər  həm  xarici,  həm  də  daxili 
siyasətdə gedən proseslər imkan verir ki, Azərbaycan özünü daha da yaxşı ta-
nıtsın, dünya ictimaiyyəti qarşısında özünü daha da gözəl təqdim etsin. Bunu 
hər birimiz etməliyik. Buradakı vəzifəli şəxslər, ictimaiyyət, digər qurumlar və 
əlbəttə, Azərbaycanı xaricdə təmsil edən səfirlər, səfirliklərin işçiləri.”
Xarici ölkələrin ictimaiyyəti ilə geniş əlaqələr qurulmasını vacib hesab edən 
Prezident vurğulamışdır: “...Beynəlxalq təşkilatlarla bizim əməkdaşlığımız uğur-
la davam etdirilir. Müxtəlif beynəlxalq təşkilatlarla bizim əlaqələrimiz güclənir. 
Son  illərdə  Azərbaycanda  mötəbər  beynəlxalq  tədbirlər  keçirilmişdir.  İqtisa-
di  Əməkdaşlıq  Təşkilatı,  İslam  Konfransı  Təşkilatı,  Avropa  İttifaqı  və  NATO  ilə 
tərəfdaşlıq  çərçivəsində  keçirilmiş  tədbirlər  siyasi,  iqtisadi,  mədəni  sahələrdə 
əlaqələr yaradılmasına xidmət etməklə Azərbaycan haqqında təqdimat tədbirləri 
olmuşdur.  MDB,  GUAM,  Avropa  Şurası  və  başqa  təşkilatlarla  Azərbaycan 
çox  səmərəli  işbirliyi,  əməkdaşlıq  edir.  Bu  cür  tədbirlər  böyük  ictimai  təbliğat 
gücünə malikdir. Ona görə hər bir beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi 
iki  məqsədi  güdür.  Bir  tərəfdən,  tədbirin  Azərbaycanda  keçirilməsi,  əlbəttə, 
Azərbaycanın artan rolundan xəbər verir. Digər tərəfdən, bizə imkan verir ki, xa-
rici nümayəndələr Azərbaycan reallıqlarını öz gözləri ilə görsünlər.” (11)
2008-ci il mayın 14-də BMT Baş Məclisinin 62-ci sessiyasında “Azərbaycanın 
işğal  olunmuş  ərazilərində  vəziyyət”  adlı  qətnamə  qəbul  edilmişdir.  Bu  va-
cib  sənədin  qəbul  edilməsi  bir  daha  onu  göstərir  ki,  beynəlxalq  ictimaiyyət 
Ermənistan-Azərbaycan  münaqişəsinin  məhz  ölkəmizin  ərazi  bütövlüyü 
çərçivəsində həll edilməsinin tərəfdarıdır. Beynəlxalq təşkilatlarla əməkdaşlıq 
məsələləri, BMT, ATƏT, İslam Konfransı Təşkilatı, Avropa Şurası, GUAM, NATO, 
Avropa İttifaqı, YUNESKO və digər təşkilatlarla çoxsahəli əlaqələr yaradılması 
ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir, burada xalq diplomatiyası 
mexanizmi fəal işləməlidir.  
Ölkəmizin xarici siyasətində ictimai əsaslara söykənən tədbirlər, xalq diplo-


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə