1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə41/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   37   38   39   40   41   42   43   44   ...   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
102 
matiyası səyləri durmadan artır. Mühüm tədbirlərdən biri Heydər Əliyev Fondu-
nun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xa-
nım Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin may ayında Bakıda təhsil problemlərinə 
dair uğurla keçirilmiş YUNESKO-nun regional konfransı, Azərbaycanın mədəni-
tarixi abidələrinin Ümumdünya İrs Siyahısına daxil edilməsi istiqamətində apa-
rılan  işlər,  Muğam  simpoziumları  ölkəmizin  həqiqətlərini  təbliğ  etmək  baxı-
mından böyük ictimai təsir gücünə malikdir. 
Sivilizasiyalararası  körpü  rolunu  oynayan  Azərbaycan  Qərb  və  Şərq 
mədəniyyətləri  arasında  dialoqun  və  dini  tolerantlığın  inkişaf  etdirilməsinə 
xüsusi əhəmiyyət verir. Bu səbəbdən, son illər ölkəmiz həmin sahədə bir sıra 
təşəbbüslər irəli sürmüş, artıq dünyada özünəməxsus yer tutmuşdur. Bunların 
sırasında Bakıda 2008-ci ilin iyun ayında Azərbaycanın birinci xanımı, Heydər 
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri 
Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilmiş “Mədəniyyətlərarası dialoqda qa-
dınların rolunun genişləndirilməsi” adlı Bakı forumunu, 2011-ci ilin aprel ayın-
da  keçirilən  Ümumdünya  Mədəniyyətlərarası  Dialoq  Forumunu  xüsusi  qeyd 
etmək olar.  
Azərbaycan  Respublikasının  diplomatik  xidmət  orqanları  rəhbərlərinin 
üçüncü müşavirəsində xarici siyasətdə ictimai rəyin rolu və ictimai əlaqələrin 
əhəmiyyətindən  danışan  Prezidenti  İlham  Əliyev  demişdir:  “...Səfirlər  bütün 
dövlət, hökumət qurumları ilə sıx əlaqə saxlamalıdırlar, Azərbaycan həqiqətlərini 
onlara çatdırmalıdırlar, ictimai qurumlarla fəaliyyəti gücləndirməlidirlər, xaricdə 
yaşayan Azərbaycan icmaları ilə daha da sıx əlaqə saxlamalıdırlar. Mən hesab 
edirəm ki, bu istiqamətdə son illər ərzində çox böyük işlər görülübdür. Demək 
olar ki, azərbaycanlıların yaşadıqları bütün ölkələrdə bizim diaspor strukturları-
mız formalaşıb və güclənir. Bu, həm orada yaşayan azərbaycanlılar üçün böyük 
fayda gətirir, həm də ki, Azərbaycanın siyasətinə böyük dəstəkdir. (12)
Xarici siyasətdə ictimai rəyin rolu və xalq diplomatiyasının əhəmiyyətindən 
danışan dövlət başçısı bildirmişdir: “... Mən istəyirəm ki, Ermənistanın işğalçı 
siyasəti nəinki dövlətlərin rəsmi orqanlarında, həm də ictimai rəydə, ictimaiyyət 
arasında, mətbuatda tam şəkildə ifşa olunsun. Bu da çox önəmlidir. Çünki icti-
mai rəy dünyada və o cümlədən Azərbaycanda çox böyük rol oynayır. Münaqişə 
haqqında dəqiq məlumat, Azərbaycan torpaqlarının uzun müddət işğal altında 
qalması – bütün bu mövzular daim danışıqlar və fəaliyyət mövzusu olmalıdır.
Mən deyə bilərəm ki, beynəlxalq təşkilatlar öz yerində, biz beynəlxalq icti-
mai rəydə də müsbətə doğru dəyişiklikləri görürük. İndi Azərbaycanın iqtisadi 
imkanları var. Xarici İşlər Nazirliyinin büdcəsi də ildən-ilə artır və nə qədər la-
zımdırsa biz bunu artıracağıq ki, Azərbaycanın haqq işi dünya birliyinə çatdı-
rılsın, dünya ictimai rəyində tam şəkildə ədalətli yanaşma üstünlük əldə etsin. 
Bu bizə lazımdır, həm danışıqların davam etdirilməsi üçün, həm də ki, əgər da-
nışıqlar dayansa, başqa tədbirlərin görülməsi üçün. Bunlar səfirlər və səfirliklər 
qarşısında duran əsas vəzifələrdir.” 


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
103
Strateji  informasiya  sahəsində  qazandığımız  uğurlar  sırasında  akade-
mik  Ramiz  Mehdiyevin  2010-cu  ilin  sonunda  nəşr  olunan  “Gorus-2010: 
absurd  teatrı  mövsümü”  əsərinin  adını  çəkmək  olar.  Bu  əsər  informasiya 
müharibəsində  erməni  təbliğatına  sarsıdıcı  zərbədir.  Xalq  diplomatiyasının 
əsas elementlərindən olan etibarın və səmimiyyətin vacibliyini R.Mehdiyev öz 
kitabında bir daha oxucuların diqqətinə çatdırır. 
Akademik Ramiz Mehdiyevə görə, yeni dünyada köhnədən qalmış qayda-
larla, şərtlərlə uğur qazandırmaq olduqca çətindir. Yeni dünyanın öz nizamı, dili, 
üslubu və məsələlərə yanaşma metodu var. Yeni dünya ilə ayaqlaşa bilənlər, yeni 
qaydaları mənimsəyənlər rəqabətə dözür, öz varlıqlarını təsdiq edə bilər. Yeni 
dünyanın tələbi, strateji gücü xalq diplomatiyası hesab edilir. Xalq diplomatiya-
sı müasir beynəlxalq münasibətlər sisteminin mühüm predmetlərindən biridir. 
Diplomatiyanın bu növü əsasən iki formada – “dövlətdən-xalqa” və “xalqdan-
xalqa” şəkildə həyata keçirilir. Dövlət yürütdüyü siyasəti və apardığı fəaliyyəti 
rəsmi mənbələr vasitəsilə xalqa çatdırır. Xalqdan-xalqa olan təmaslar isə qeyri-
hökumət təşkilatları, fondlar, ictimai qurumlar, müxtəlif araşdırma mərkəzləri 
vasitəsilə həyata keçirilir. Xalq diplomatiyasında ilk olaraq cəmiyyətdə gedən 
proseslər araşdırılır, təhlil edilir, sonra isə cəmiyyət analizin nəticəsinə uyğun 
məlumatlandırılır  və  daha  sağlam  mühitin  formalaşdırılması  istiqamətində 
ciddi  addımlar  atılır.  Buna  görə  də  xalq  diplomatiyası  dinamik,  çox  vektorlu 
ünsiyyət prosesi hesab edilir. (13) 
Son  illər  leksikonumuza  yeni  daxil  olan,  əsasən  gənclərin  həyat  tərzinə 
çevrilən “Facebook” və “Twitter” kimi sosial şəbəkələrdən istifadə ictimai dip-
lomatiyanın silahına çevrilmişdir. Son vaxtlar dünyada, xüsusilə, Orta Şərqdə 
gedən proseslər də sosial şəbəkənin gücünü bir daha nümayiş etdirmişdir. 
Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini – AR XİN-in Diploma-
tik Akademiyasının rektoru Hafiz Paşayev day.az saytına verdiyi müsahibəsində 
ABŞ və Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişafında “Azerbaijan Inter-
national” jurnalının xidmətini yüksək qiymətləndirərək, xalq diplomatiyasının 
roluna xüsusi əhəmiyyət verir: “Xalq diplomatiyası, müəyyən dərəcədə fayda-
lıdır  və  ölkəmizin  qarşılaşdığı  problemlərin  həllində  öz  rolunu  oynaya  bilər. 
Xalq diplomatiyası ümumi diplomatiyamızın bir hissəsidir. Eyni zamanda, xalq 
diplomatiyası yüksək səviyyədə danışıqlar prosesinin əvəz edə bilməz”.  (14) 
Dağlıq  Qarabağ  münaqişəsinin  həlli  istiqamətində  xalq  diplomatiyası 
çərçivəsində  sonuncu  təşəbbüs  Azərbaycanın  Rusiyadakı  səfiri  Polad  Bülbü-
loğlunun iştirakı ilə reallaşıb. Rusiyalı dirijor Vladimir Spivakovun başçılıq et-
diyi  simfonik  ansamblın  Bakıda  və  İrəvanda  konsertləri  keçirilib.  Bu  dəfə  də 
təşəbbüs  birmənalı  qarşılanmadı  və  Azərbaycanla  Ermənistan  arasında  xalq 
diplomatiyasının tətbiqinin nə dərəcədə düzgün olduğu barədə müzakirələrin 
yenidən başlamasına səbəb oldu. 
Nəticə: Bəs xalq diplomatiyası Qarabağ münaqişəsində nə dərəcədə effektli 
ola bilər? Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxladığı bir vaxtda 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə