1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə49/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   45   46   47   48   49   50   51   52   ...   93

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
125
larımızı əldə edənə qədər də var olmağa davam edəcək. Biz bu gün torpaqsız 
bir millət vəziyyətindəyik” (9, 137). Erməni diasporu Qafqazdakı Ermənistanı əsl 
erməni torpağı saydıqları hissənin 1/10-i hesab edir. 
Erməni  diasporu  dini  inancları  və  siyasi  seçimləri  nə  olursa-olsun,  ortaq 
məxrəc olaraq təyin etdikləri və reallaşması üçün çalışdıqları hədəflərini də belə 
ifadə  edir:  “Vətənimiz  Türk  Ermənistanı,  Türkiyə  tərəfindən  köçlər  və  qırğın-
lar nəticəsində boşaldıldı. Bizim əsl problemimiz bu torpaqları geri almaqdır. 
Bunu reallaşdırmaq üçün erməni diasporunun bütün qaynaqlarının və bütün 
enerjilərinin birləşdirilməsi lazımlıdır” (9, 140). 
Erməni  ideoloqları  diasporda  təbliğatı 
gücləndirməklə,  ermənilərin  qüdrətli  xalqlar 
tərəfindən assimilyasiya olunmasının qarşısını 
almağa çalışırlar. Onlar gözəl başa düşürlər ki, 
Ermənistanda yaşayan bir ovuc erməni ümu-
mi  işin  davamçısı  ola  bilməz.  Bu  səbəbdən 
də  diasporda  erməniləri  ortaq  əzablar  və  or-
taq uğurlar xülyası ilə birləşdirməyə çalışaraq, 
“soyqırımı  əfsanəsindən”  məharətlə  istifadə 
edirlər. Diasporda saxta bir tarix təbliğ edən erməni ideoloqları onları qədim və 
sivil xalqın nümayəndələri olduqlarına inandırırlar. Ermənilərin tarixən əzabkeş 
xalq kimi bir çox təzyiqlərə məruz qalması barədə uydurma konsepsiya hazır-
layan erməni ideoloqları özləri də bunun yalan olduğunu qəbul edirlər. Bura-
da, bir növ əvvəlcə fərqli imperatorluqların və böyük dövlətlərin təsiri altında 
yaşamış  olmalarına,  onların  böyük  əzab  çəkmələrinə  və  acılar  yaşamalarına 
baxmayaraq, ermənilərin xüsusilə türk düşmənçiliyini yaymaq və gündəmdə 
saxlamaq istədiklərini görmək lazımdır.
Erməni diasporunun əsas təbliğat silahı - saxta soyqırımı
Erməni diasporunun Türkiyə hökumətinə təsir vasitəsi kimi istifadə etməyə 
çalışdığı  üsullardan  biri  də  saxta  erməni  soyqırımıdır.  Ermənilərin  iddiaları-
nın  dünyanın  aparıcı  ölkələri  tərəfindən  tanınmasının  mümkünlüyü,  bunun 
baş  verəcəyi  təqdirdə  Türkiyənin  üzərinə  hansısa  öhdəliklər  qoyula  biləcəyi 
Azərbaycanda da maraq doğuran suallardandır. Soyqırımı - müasir dünyamız-
da qəbul edilmiş mənasına görə bir millətin dil, din, məzhəb və ya milli fərqləri 
ilə  əlaqədar  məqsədli  şəkildə  yox  edilməsidir.  Bu  prosesin  soyqırımı  kimi 
qəbul olunmasının əsas şərtlərindən biri olayın hansısa bir ölkənin hökuməti 
tərəfindən həyata keçirilməsidir. Soyqırımı cinayətinin hüquqi məzmunu BMT 
Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnaməsi ilə qəbul 
edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqın-
da Konvensiya” ilə müəyyən edilib. Bu Konvensiya 1950-ci il yanvarın 1-dən 
etibarən onu qəbul edən ölkələr tərəfindən imzalanmağa açıq elan edilib. Bu 
günə  kimi  dünyanın  əksər  ölkələri  bu  sənədi  imzalayıb.  Beynəlxalq  hüquqa 
görə, soyqırımın əsas ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu cinayətin baş 
verməsi nəticəsində irqi, milli, etnik və dini fərdiliyinə görə ayrıca mədəniyyətə, 
adətlərə  və  yaşam  tərzinə  malik  insan  qrupu  tamamilə  və  ya  qismən  məhv 
Erməni diasporunun 
Türkiyə hökumətinə təsir 
vasitəsi kimi istifadə etməyə 
çalışdığı üsullardan biri də 
saxta erməni soyqırımıdır. 


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
126 
edilə bilər. Bu isə bəşər sivilizasiyasının müxtəlifliyini itirməsinə və dünyada ba-
lansın pozulmasına səbəb ola bilər. Beynəlxalq hüquqa görə, soyqırımı ümumi 
prinsip və normaların, eləcə də insan hüquq və azadlıqlarının kobud şəkildə 
pozulmasıdır. 
Ermənilərin  iddialarına  görə,  Birinci  Dünya  müharibəsi  zamanı  Osman-
lı İmperiyasında onlara qarşı məhz soyqırımı həyata keçirilib. Ötən əsrin 20-
ci illərində ermənilər 300 min soydaşlarının öldürüldüyünü iddia edirdilərsə, 
sonradan bu rəqəmi 1,5 milyona kimi artırıblar. Ermənilərin iddiaları xristian 
dünyasına Türkiyəni daim təhdid altında saxlamasına şərait yaradıb. Əslində 
soyqırımı iddialarının meydana çıxmasında Osmanlı İmperiyasının torpaqlarına 
göz dikən xristian dünyası əsas rol oynayıb. Ankaradakı Atatürk hökumətinin 
Osmanlı dövlətinin rəhbərlərinə qarşı soyuq münasibəti də Türkiyə Respub-
likasının bu iddiaya ilk vaxtlar soyuq yanaşmasına səbəb olub. Buna görə də 
ermənilərin yalanları ayaq tutaraq yeriməyə başlayıb. Türkiyəyə qarşı “erməni 
soyqırımı”  iddialarının  tarixi  vətəni  oldu-
ğu kimi, əsas ideya mənbəyi də Fransadır. 
Bu dövlət uydurma erməni soyqırımını ta-
nımaqla  yanaşı,  onu  inkar  etməyi  də  qa-
nunla  təqib  edir.  Yəni,  Fransada  uydurma 
erməni soyqırımını inkar edən şəxsi cinayət 
məsuliyyəti gözləyir. Paris son illər bir qədər 
də  “irəli”  gedərək  soyqırımı  məhkəməsi 
qurmağa  başlayıb.  Fransa  Ağır  Cəza 
Məhkəməsinin  nəzdində  “Soyqırımı  və  in-
sanlığa qarşı cinayətlər bürosu” adlanacaq qurumun yaradılması bu yaxınlarda 
həyata keçirilməsi nəzərdə tutulan ədliyyə islahatlarından sonra mümkün ola-
caq. Fransanın  uydurma  erməni  soyqırımını  tanımasına,  onu  inkar edənlərin 
qanunla təqib edilməsi üçün qanun qəbul etməsinə və ən nəhayət, soyqırımı 
məhkəməsi yaratmasına baxmayaraq, Türkiyənin diqqəti həmişə okeanın o ta-
yına - Vaşinqtona dikilir. Çünki dünyanın siyasi gündəmini Paris deyil, Vaşinq-
ton müəyyən edir. Bir çox dövlətlər siyasətlərini məhz Vaşinqtonla uyğunlaşdır-
mağa çalışırlar. Buna görə də Türkiyəni Fransa və Rusiya kimi dövlətlərin deyil, 
ABŞ-ın nə düşündüyü maraqlandırır. ABŞ-da isə güclü erməni lobbisi və onları 
müdafiə edən siyasi dairələr tez-tez uydurma erməni soyqırımını qanunverici-
lik korpusunda tanıtmağa cəhd edirlər. Bəzən hətta bu məsələnin Konqresdən 
asanlıqla keçəcəyi də şübhə doğurmur (4).
Bəzi dairələrdə belə fikirlər səslənir ki, uydurma erməni soyqırımının tanın-
ması Türkiyənin ağır kompensasiyalar ödəməsinə səbəb olacaq. Burada hətta, 
guya Türkiyənin ərazilərinin bir qisminin Ermənistana vermək məcburiyyətində 
qalacağı ilə də bağlı iddialar səslənir. Qeyd edək ki, dünya ictimaiyyətinin soy-
qırımı cinayətləri ilə bağlı istinad etdiyi “Soyqırımı cinayətinin qarşısının alın-
ması və cəzalandırılması haqqında Konvensiya” 1948-ci ildə qəbul edilib. Hü-
ququn ana xəttinə görə heç bir qanun özündən əvvələ tətbiq oluna bilməz. 
O səbəbdən də 1948-ci ildə qəbul edilmiş, dünya ölkələri üçün imzalanmağa 
1950-ci  ildən  təqdim  olunmuş  bir  Konvensiya  ilə  Türkiyəni  1915-ci  ildə  baş 
vermiş hadisələrə görə heç kim cəzalandıra bilməz.
Ötən əsrin 20-ci illərində 
ermənilər 300 min soydaş-
larının öldürüldüyünü iddia 
edirdilərsə, sonradan bu rəqəmi 
1,5 milyona kimi artırıblar. 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə