1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə46/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   42   43   44   45   46   47   48   49   ...   93

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
117
arasındakı körpülərin hamısını yandırmayacaqdır və yandıra da bilməz. Böyük 
bir ehtimalla ABŞ və qərb vəziyyəti təhlil edərkən bunları nəzərə alır. 
Ermənistan  müxalifəti  bugün  tək  başına  inqilab  edəcək  siyasi  gücə  və 
mexanizmlərə  malik  deyildir.  Çünki  Sərkisyan  rejimi  müxalifətin  manevr 
sahəsinin məhdudlaşdırmış, müxalifəti öz arasında parçalamışdır. Eyni zamanda 
müxalifət  partiyaları  ortaq  mübarizə  strategiyası  planın  haqqında  razılığa 
gələ  bilməmiş,  inqilabın  aşağıdan  deyil,  yuxarıdan  edilməsinin  zəruriliyinə 
inanmışdır. Müxalif siyasi partiyaların öz aralarındakı problemləri həll etmədən, 
iqtidara qarşı mübarizədə qələbə əldə etmə ehtimalı zəifdir. 
İnqilab  liderinin  xalq  tərəfindən  qəbul  edilməsi  problemi  və 
xarizmatik olması
20  ildən  çoxdur  ki,  siyasi  mübarizədə  bütün  potensiyaını  itirmiş,  krediti 
tükənmiş,  müxtəlif  korrupsiya  və  rüşvətxorluğa      qarışmış  siyasi  liderlərlə 
Qərb  bu  cür  inqilabları  həyata  keçirməyi  məqsədəuyğun  hesab  etmir.  Bu 
istiqamətdə  əməkdaşlıq  ediləcək  liderin 
Avropa  və  Amerikada  təhsil  alması,  qərb 
siyasi təfəkkürünə sahib olması, müəyyən vaxt 
qərbdə yaşaması və yaxud hər hansı bir vəsilə 
ilə qərblə müəyyən bir əlaqəsi olmalıdır  (Mixail 
Saakaşvili ABŞ-da təhsil almışdır, Yuşşenkonun 
ikinci həyat yoldaşı ABŞ Xarici işlər nazirliyinin 
əməkdaşı olmuşdur).
İnqilabın lideri olacaq şəxsin xalq tərəfindən 
də  qəbul  edilməsi  və  dəstəklənməsi  vacibdir. 
Ancaq  qərbin  lider  olaraq  gördüyü  şəxs 
bu  xüsusiyyətlərə  sahib  deyilsə,  qısa  bir  PR 
kompaniyası ilə bunu təmin etmək o qədər də 
çətin  deyildir.  Qərbin  bu  istiqamətdə  böyük 
təcrübəsi  vardır.  Qərb  inqilaba  başlamağa  start  verdikdən  sonra  maddi  və 
mənəvi  olaraq  dəstəklədiyi  lider  özünü  rahat  bir  şəkildə  ölkə  ictimaiyyətinə 
qəbul etdirə bilər.
2012-ci il Parlament, 2013-cü il Prezident seçkiləri: 
Oyunun 2-ci hissəsi varmı?
2008-ci  ildə  prezident  seçilən  Serj  Sərkisyan  seçkilərdən  əvvəl  vəd 
etdiyi  dəyişikliklərin  heç  birini  tam  olaraq  həyata  keçirə  bilməyib,  Rusiyanın 
Gürcüstana  müdaxiləsi  və  son  yaşanan  dünya  iqtisadi  böhranı  Ermənistana 
ciddi zərər  vurub. Prezident seçkilərinə iki il qalsa da, son zamanlarda koalisiya 
hökumətində  yaşanan problemlər seçkilər məsələsini  gündəmə gətirib. Bəzi 
2008-ci ildə prezident 
seçilən Serj Sərkisyan 
seçkilərdən əvvəl vəd 
etdiyi dəyişikliklərin heç 
birini tam olaraq həyata 
keçirə bilməyib, Rusiyanın 
Gürcüstana müdaxiləsi və 
son yaşanan dünya iqtisadi 
böhranı Ermənistana ciddi 
zərər  vurub.


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
118 
iddialara  görə  parlament  və  prezident  seçkilərindən  əvvəl  növbədənkənar 
parlament və prezident seçkilərinin keçiriləcəyi istisna edilməsə də, Ermənistanın 
daxili  ictimai-siyasi  həyatının  dinamizmi  və  hakim  partiyanın  gücü  nəzərə 
alınarsa  növbədənkənar  parlament  və  prezident  seçkilərinin  keçirilməsi  zəif 
ehtimaldır. 2012-ci il parlament seçkilərində Ermənistan Respublika Partiyası, 
Erməni  Milli  Konqresi  və  Çiçəklənən  Ermənistan  Partiyasının  parlamentdə 
əksəriyyət  təşkil  edəcəyi  istisna  edilmir.  Son  zamanlarda  koalisiya  hökuməti 
ortaqları  arasında  yaşanan  problemlər  Daşnaqsutyun,  Miras  və  Qanunlar 
Ölkəsi  Partiyalarının  parlamentdə  daha  az  kresloya  sahib  olacağını  göstərir. 
Ancaq parlament seçkilərindən əvvəl bu partiyaların yeni siyasi qurumda bir 
araya gələcəkləri təqdirdə vəziyyət dəyişə bilər. 
Belə bir şəraitdə Sərkisyan 2012-ci il Parlament seçkilərində qələbə əldə etmək 
və 2013-cü il prezident seçkilərində yenidən seçilmək üçün koalisiya hökuməti 
ortaqlarından təminat almağa çalışır. Hakim Ermənistan Respublika Partiyasının 
mövqeləri son illərdə ciddi şəkildə zədələnmişdir və vəziyyət belə davam edərsə, 
Sərkisyan rejimi müəyyən təhlükələrlə qarşılaşa bilər. Belə ki, Qaqik Çarukyanın 
lideri olduğu Çiçəklənən Ermənistan Partiyasının mətbuat katibi Xaçik Qalstyan 
2010-cu ilin noyabr ayında 2012-ci il parlament seçkilərində 50+1 kresloya sahib 
olacaqları təqdirdə Çarukyanın 2013-cü ildə keçiriləcək prezident seçkilərində 
namizəd ola biləcəyini vurğulayıb. Bəyanatdan dərhal sonra parlament Sədri Ovik 
Abramyan 2012-ci il Рarlament seçkilərində Ermənistan Respublika Partiyasının 
50+1 səs toplayacağını və parlamentin prezidentə etimadsızlıq göstərməsinin 
qeyri-mümkün  olduğunu,  Prezidentin  ləyaqətli  varisi  olmadığı  üçün  istefa 
etməyəcəyini bildirmişdir. Abramyan bütün zərbələri özünün qarşılayacağını və 
partiyası tələb edərsə istefaya gedə biləcəyini də qeyd edib.
Qalstyanın bu bəyanatdan ciddi şəkildə təşvişə düşən Sərkisyan 18 dekabr 
2010-cu  ildə  Ermənistan  Respublika  Partiyasının  20  illiyinin  qeyd  olunduğu 
tədbirdə Çarukyana ultimatum verərək 2013-cü il prezident seçkilərində kimi 
dəstəkləyəcəyi məsələsinə aydınlıq gətirməsini istəyib. Bu xəbər Ermənistan KİV-
lərində müxtəlif aspektlərdən geniş şəkildə müzakirə edilmişdir. Sərkisyan “Mən 
heç vaxt kimsəylə ultimatum dilində danışmıram hələ mənim həmkarlarımla 
heç vaxt. Onların ultimatum dedikləri şey, mənim partiyadaşlarıma və koalisiya 
hökuməti həmkarlarıma olan tələbimdir. Hesab edirəm ki, bu qanunauyğundur 
və əksini iddia etmək məntiqsizdir” [4]
-deyərək müzakirələrin daha da “alovlanmsına” mane olmaq istəmişdir. 
Hadisələrin məcrasından çıxmasını istəməyən Çarukyan partiyasının fraksiya 
rəhbəri Qalust Saakyan vasitəsi ilə 2013-cü il prezident seçkilərində Sərkisyanı 
dəstəkləyəcəklərini bildirmişdir. Saakyan bununla bağlı görüşlərini “Çiçəklənən 
Ermənistan hər zaman Serj Sərkisyanın namizədliyini dəstəkləmişdir.  Bunun 
belə  olmaması  üçün  heç  bir  əsas  görmürəm.  Qaqik  Çarukyan  və  mən 
prezidentliyə  namizədliyimizi  irəli  sürə  bilərik.  Ancaq  Çarukyan  heç  vaxt 
prezidentliyə namizəd olacağını bildirməmişdir.” [5] şəklində ifadə etmişdir.


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə