1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə45/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   41   42   43   44   45   46   47   48   ...   93

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
115
2013-cü ilin əvvəllərində keçiriləcək prezident seçkilərində ortaya çıxacaqdır.
Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, internetin və 
medianın siyasi sistemə təsir etmə imkan və bacarığı 
Demokratikləşmə  prosesi  Ermənistanın  ən  ciddi  problemlərindən  biri 
kimi  dəyərləndirilməkdədir.  Siyasi  partiyaların  birbaşa  və  azad  şəkildə 
ölkənin daxili ictimai-siyasi proseslərində iştirak etməsi demokratiyanın əsas 
prinsipi  olduğuna  baxmayaraq,  normal  və  bərabərhüquqlu  siyasi  fəaliyyət 
göstərməyə imkan yoxdur. Adətən hakim partiya bütün müstəvilərdə ictimai-
siyasi  həyata  nəzarət  etməyə  çalışır.  Əsas  müxalifət  partiyaları  qəzet,  jurnal 
və  yaxud  məcmuələr  nəşr  etsə  də,  televiziya  və  radio  kanallarından  geniş 
istifadə imkanlarına malik deyildir. Hökumət buna hər vasitə ilə əngəl olmağa 
çalışmaqdadır.  Özəl  televiziya  və  radio  kanalları  da  hökumətin  təzyiqləri  ilə 
qarşılaşdıqları üçün müxalifətin görüşlərinə olduqca az yer verməkdədir. 
Ölkədə ictimai-siyasi, mədəni və başqa sahələrdə qeyri-hökumət təşkilatları 
fəaliyyət  göstərməkdədir.  Ancaq  siyasi  mahiyyət  daşıyan  qeyri-hökumət 
təşkilatları hökumətin nəzarətindən çıxdığı andan etibarən “persona non grat” 
elan  olunur  və  hər  vəchlə  fəaliyyəti  məhdudlaşdırılır.  Bu  təşkilatlar  ölkənin 
iqtisadi, siyasi, hərbi və təhlükəsizlik sahələrində qanunvericilik təşəbbüsündə 
olduqca  təsirsizdir.  Qeyri-hökumət  təşkilatları  Ermənistan  siyasi  həyatının 
demokratikləşməsi üçün mübarizə etsələr də, ciddi nəticələr əldə etməmişdirlər 
və siyasi həyatda despot rejim davam etdiyi müddətdə də əldə etmə ehtimalları 
olduqca zəifdir. Bu təşkilatların fəaliyyətinə çox zaman qeyri-qanuni müdaxilə 
edilməkdədir. Bu təşkilatlar ölkə büdcəsindən maliyyələşmədiyi kimi, xaricdən 
maddi yardım alma imkanları da məhdudlaşdırılmışdır.
Yazılı  və  görüntülü  media  müstəqil  deyildir.  Yuxarıda  ifadə  edildiyi  kimi, 
bəzi  siyasi  partiyaların  qəzet,  jurnal  və  yaxud  məcmuələr  nəşr  etmələrinə 
baxmayaraq, Ermənistan, region və dünyadakı hadisələrə tərəfsiz münasibət 
bildirən mətbu orqan hələ ki yoxdur. Dövlət sadəcə ona yaxın olan və onun 
görüşlərini təbliğ edən yazılı və görüntülü mediaya maddi yardım etməkdədir. 
Bir digər məsələ də internetin siyasi həyatdakı yeridir. Tunis, Misir, Liviya, 
Suriya  və  digər  ölkələrdə  inqilabın  başlanmasının  internet  üzərindən  baş 
verdiyi iddia edilir. Ermənistanda da bu versiya nəzərdən qaçırılmamalıdır. 
İnqilabın  baş  verməsi  üçün  iqtidar  partiyası  daxilindəki  an-
laşılmazlıq  və  problemlərin  doğru  təhlil  edilərək  prioritet 
məsələlərin seçilməsi 
Ermənistan müxalifətinin inqilab etməsi üçün iqtidar komandası daxilindəki 
anlaşılmazlıq  və  problemləri  özlərinin  siyasi  mənfəətlərinə  görə  istifadə 
etməyi  bacarmalı,  xüsusilə,  polis,  ordu  və  hökumət  arasında  yaşanan  və 


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
116 
yaxud  yaşanması  ehtimal  edilən  problemləri  araşdırılmalı  və  siyasətlərini  bu 
istiqamətdə planlaşdırmalıdırlar. Ermənistan müxalifəti mübarizəyə başlamadan 
əvvəl  polis  və  ordunun  tərəfsiz  qalma  ehtimallarını  dəyərləndirməli,  lazım 
olarsa onların bəzi şərtlərini qəbul etməlidir.
Ermənistanda  2007-ci  ilin  may  ayında 
keçirilən  parlament  seçkilərindən  sonra 
koalisiya  hökuməti  arasında  ciddi  fikir 
ayrılığının olmasına baxmayaraq müxalifət 
bu  fürsəti  lazımınca  dəyərləndirməmişdir. 
Eyni  zamanda  Sərkisyan,  hökumət 
ortaqlarından  olan  Çiçəklənən  Ermənistan 
Partiyasının  “gəmi  batmadan”  əvvəl 
göyərtəni  tərk  etməyəcəyindən  əmin 
deyildir. Çiçəklənən Ermənistan Partiyasının 
lideri Qaqik Çarukyan iş adamıdır, siyasi və 
maddi varlığını da təhlükə ilə qarşı qarşıya 
qoymadan qarşı cəbhədə yer alacaq qədər 
praqmatik  bir oliqarx-siyasətçidir.
Ermənistan  müxalifəti  bütün  bu  imkan 
və  fürsətləri  dəyərləndirməlidir.  Avropanın 
demokratik 
institutları 
Ermənistanda 
bugünə  qədər  keçirilən  bütün  seçkilərdən 
sonra  hökuməti  seçkilərdə  saxtakarlıq 
etməkdə  ittiham  etmiş,  ciddi  qanun  pozuntuları  olduğunu  bildirmişdir. 
Müxalifət eyni zamanda bu fakt üzərində işləməli və Avropaya yönəlik təbliğat 
fəaliyyətində əsasən bu istiqamətdə davam etməlidir. 
Xarici ölkələrin dəstəyin təmin edilməsi üçün müxalifətin güc-
lü birliyinin formalaşması 
Son  günlərə  qədər  Ermənistan  müxalifətinin  bugünkü  vəziyyətini  təhlil 
edən  qərb  dövlətlərinin  müxalifətin  inqilab  istəyinə  siyasi  dəstək  vermə 
ehtimalı  zəif  idi.  Ancaq  Ter-Petrosyanın  2009  və  2010-cu  illərdə  Azadlıq 
meydanında keçirilən mitinqdə Sərkisyana aşıq şəkildə meydan oxumasından 
sonra xüsusilə ABŞ, 2004-2005-ci illərdə olduğu kimi yenidən müxalif gücləri 
dəstəkləyə bilər. Bu zaman ABŞ üçün əsas göstərici Ermənistan müxalifətinin 
gücü  və  həmrəyliyi  ola  bilər.  Bu  dəstəyi  alan  müxalifətin  qalib  gəlmədiyi 
zaman  ABŞ  və  yaxud  “Qara  qitə”  inqilabını  dəstəkləyən  digər  dövlətlərin 
Ermənistanda  bugünə  qədər  qazandıqları  siyasi  və  iqtisadi  imkanları  itirmə 
təhlükəsi hər zaman vardır. Ancaq bunun olduğu zaman belə, Rusiyanın bütün 
tələbinə  baxmayaraq  Ermənistan  hökumətinin  bu  cür  radikal  addım  atacağı 
ehtimalı zəifdir. Yəni Ermənistan bütün hallarda ABŞ və Avropa dövlətləri ilə 
Son günlərə qədər Ermənistan 
müxalifətinin bugünkü 
vəziyyətini təhlil edən qərb 
dövlətlərinin müxalifətin 
inqilab istəyinə siyasi dəstək 
vermə ehtimalı zəif idi. Ancaq 
Ter-Petrosyanın 2009 və 2010-
cu illərdə Azadlıq meydanında 
keçirilən mitinqdə Sərkisyana 
aşıq şəkildə meydan oxuma-
sından sonra xüsusilə ABŞ, 
2004-2005-ci illərdə olduğu 
kimi yenidən müxalif gücləri 
dəstəkləyə bilər. 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə