1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə44/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   40   41   42   43   44   45   46   47   ...   93

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
113
-xarici ölkələrin dəstəyin təmin edilməsi üçün müxalifətin güclü və daxildə 
bölünməmiş olması;
-inqilab edilməsi planlanan dövlətlərin hamısında sovet zehniyyətinə sahib 
olan siyasi lider və qrupların iqtidarda olması;
-inqilab  liderinin  xalq  tərəfindən  qəbul  edilməsi  problemi  və  xarizmatik 
olması.
Zahirən güclü görünmək istəyən siyasi sistemin zəifliyi 
Ermənistan 20 ildir müstəqilliyini elan etsə də, siyasi sistemin mexanizmləri 
hələ  də  tam  n  qurulmayıb  və  kövrək  bir  strukturu  var.  Dövlətçilik  fəlsəfəsi 
zəifdir və ayrı-ayrışəxslər siyasi sistemdə daha təsirli mövqeyə sahibdir. İqtidar 
uğrunda mübarizə konstitusiya və qanunlar çərçivəsində demokratik şəraitdə 
aparılmır.  Siyasi  mübarizədə  terror  aktlarından  geniş  şəkildə  istifadə  olunur 
(27  oktyabr  1999-cu  ildə  Ermənistan  Parlamentində  törədilmiş  terror  aktını 
xatırlamaq yetərli olacaqdır). 
Ermənistanda siyasi sistem zəif olsa da iqtidar hələlik müxalif qüvvələrinin 
inqilab  təşəbbüslərinin  qarşısını  ala  bilir.  Serj  Sərkisyan  2008-ci  il  prezident 
seçkilərindən  əvvəl  korrupsiya  və  rüşvətxorluğa  qarşı  mübarizə  aparacağını, 
sosial,  iqtisadi  və  Dağlıq  Qarabağ  problemini  həll  edəcəyini  vəd  etsə  də, 
bütün  bu  problemlər  hələ  də  həll  edilməyib  və  qısa  zamanda  həll  edilməsi 
də  mümkün  deyil.  Hökumət,  koalisiya  ortaqları  arasında  ciddi  problemlərin 
yaşanmadığını  müxtəlif  vəsilələrlə  ifadə  etsə  də,  Daşnaksutyun  Partiyasının 
koalisiya  hökumətindən  ayrılması  koalisiyanın  monolitliyi  iddialarını  şübhə 
altına almışdır. Ermənistan siyasi sistemi bu gün xaosa doğru irəliləməkdədir. 
“Qara qitə”də inqilabların nəticələrini görən  koalisiya hökuməti üzvlərindən 
olan Respublika, Qanunlar Ölkəsi  və Çiçəklənən Ermənistan partiyaları narahat 
olmadıqlarını göstərməyə çalışsalar da, böyük bir ehtimalla alternativ fəaliyyət 
proqramları  da  hazırlamaqla  məşğuldurlar.  Bugün  Ermənistan  siyasi  sistemi 
böhran ərəfəsindədir. Bu mərhələdə ölkə daxili və beynəlxalq tarazlığı daha 
yaxşı dəyərləndirən siyasi qüvvənin qələbə əldə etmə ehtimalı daha yüksəkdir.
İqtidar və  müxalifətin sosial bazasının gücü və potensialı 
Bu  gün  Ermənistanda  iqtidar  və  müxalifətin  sosial  bazası  olduqca 
zəifləmişdir. Azərbaycan torpaqlarının işğal edilməsində hərbi əməliyyatlarda 
iştirak edən Sərkisyanın 2008-ci ildə keçirilmiş prezident seçkilərində qələbə 
çalması, daha əvvəl də hökumətə rəhbərlik etməsi, ölkədə yaşanan sosial və 
siyasi  problemlərin  həll  edilməsi  istiqamətində  erməniləri  ümidləndirmişdi. 
Ancaq son illərdə ən kiçik bir dəyişikliyin baş vermədiyi həqiqəti ortaya çıxınca 
səhv etdiklərini başa düşən ermənilər şəxslərə və sistemə etibar etmirlər. 20 
illik müstəqillik zamanı saxta vədlərdən başqa bir şey almayan ermənilərin bir 


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
114 
qismi siyasətlə məşğul olmaq istəmir. Əslində elektoratın bir qisminin qərarsız 
mövqeyi  iqtidar  və  müxalifət  üçün  bərabər  imkan  yaratmaqdadır.  Hökumət 
bəzi  iqtisadi  və  sosial  problemləri  həll  etməyi  bacararsa  elektoratın  qərarsız 
qalan hissəsini öz tərəfinə çəkə bilər. Bunu edə bilmədiyi zaman isə müxalifət 
ciddi və mütəmadi təbliğat fəaliyyəti ilə sosial bazasını daha da genişləndirə 
bilər. Bu aspektdən edilən ümumi dəyərləndirmənin nəticələrinə görə, bugün 
Ermənistan iqtidarı və müxalifəti ictimaiyyəti arxasınca aparacaq mexanizmlərə, 
bacarığa və imkana sahib deyildir.
Xarici  dövlətlərin  dəstəyinin,  geosiyasi  maraqlarının  və 
bölgədəki siyasi güclər tarazlığının düzgün dəyərləndirilməsi 
“Qara qitə”dəki hadisələrin ölkədə baş verməməsini arzu edən Ermənistan 
hökuməti (iqtidarı), demokratik dəyərləri qorumalı, insan haqlarına hörmətlə 
yanaşmalı  və  bu  haqların  pozulmamasına  çalışmalı,  siyasi  meydanda  daha 
çox siyasi partiyaların təmsil olunmasına imkan və fürsət verməli, müxalifətlə 
dialoqa  davam  etməli,  sosial  və  iqtisadi  problemləri  həll  etməyə  və  yaxud 
minimizə  etməyə  çalışmalı,  böyük  dövlətlərin  region  siyasətini  və  ölkəyə 
yönəlik tələblərini geniş paradiqmadan dəyərləndirməlidir. Xüsusilə, koalisiya 
hökumət ortaqlarından olan Çiçəklənən Ermənistan Partiyasının tərəflərin əldə 
etdikləri razılaşmanı pozma ehtimalı seçkilərdən əvvəl Sərkisyan üçün olduqca 
ciddi problem ola bilər. Əslində güclü kimi görünən Sərkisyan klanının ciddi 
problemləri var. Bu seçkilərdə eyni zamanda hakimiyyətin Qarabağ klanından 
alınması  üçün  əlverişli  imkanlar  ortaya  çıxa  bilər.  Seçki  qabağı  mərhələdə 
Ermənistan  hökuməti  böyük  bir  ehtimalla  Rusiya  ilə  əməkdaşlığını  daha  da 
inkişaf etdirəcəkdir. Ermənistanın son zamanlarda Rusiya ilə iqtisadi və maliyyə 
əlaqələrini  genişləndirməyə  və  ölkəsindəki  Rusiyaya  məxsus  strateji  sənaye 
müəssisələrinin  fəaliyyənin  canlandırılmasına  çalışması  bu  ehtimalı  daha  da 
gücləndirir.
Ermənistandakı siyasi mübarizənin çalarlarına nəzər yetirdikdə, iqtidarın hər 
şeyə  hakim  olduğunu  söyləmək  doğru  olmazdı.  Hökumət  iqtisadi  və  sosial 
problemləri həll etməkdə acizdir, ciddi regional layihələrdən kənarda qalmışdır. 
Demokratik  dəyərlər  və  insan  haqları  dövlət  tərəfindən  pozulmaqdadır. 
İqtidar bu bəşəri dəyər və prinsipləri müdafiə etməyə başlayarsa, korrupsiya 
və  rüşvətxorluq,  həll  edə  bilmədiyi  iqtisadi  və  sosial  problemlər  daha  geniş 
yelpazədə müzakirəyə açıla bilər ki, bu hakimiyyətin istədiyi ən son şeydir.
Yuxarıda ifadə edilən problemlər barədə müxalifət iqtidardan daha məntiqli 
və  qəbul  edilə  bilən  bəyanatlar  verərsə,  erməni  xalqının  və  ölkədə  iqtisadi, 
siyasi  və  hərbi  mənfəəti  olan  böyük  dövlətlərin  maddi  və  siyasi  dəstəyini 
ala  bilər.  Bu  da  bilavasitə  “Qara  qitə”  də  başlayan  inqilabı  həyata  keçirmək 
istəyən müxalifətə əlavə güc təmin edər. Müxalifət düşərgəsinin bu məsələdə 
“üfqünün genişliyi”, şəffaflığı və bacarığı 2012-ci ildə keçiriləcək Parlament və 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə