1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə42/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   38   39   40   41   42   43   44   45   ...   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
104 
ictimai diplomatiyaya ehtiyac varmı? 
Yerli və beynəlxalq ekspertlərin qənaətinə görə, istənilən münaqişədə ic-
timai  diplomatiyanın  rolu  mühümdür.  Çünki  istənilən  halda  siyasi  liderlər 
arasında  əldə  edilmiş  razılaşmanı  xalqla,  ictimaiyyətlə  razılaşdırmaq  lazım 
gələcək.  Xalqların  razılıq  vermədiyi  sülh  isə  davamlı  sayıla  bilməz.  Dağlıq 
Qarabağ münaqişəsinə dair danışıqlar 17 ildir ki, bağlı qapılar arxasında ge-
dir,  cəmiyyətlər  siyasi  liderlərin  apardıqları  danışıqlar  barədə  nadir  hallarda 
məlumatlandırılır. Bir çox hallarda şayiələrlə kifayətlənməli olur. Lakin danışıq-
larda həlledici məqam yetişəndə əldə olunacaq sülh variantına cəmiyyətlərin 
münasibəti aktuallaşır və bir çox hallarda məhz cəmiyyətlərin güclü etirazı si-
yasi liderləri yekun razılaşma əldə etməkdən çəkindirir. 
Məsələn, 2001-ci ildə tərəflər Ki Uest danışıqlarında razılaşmanın bir ad-
dımlığına gələndə həm Ermənistan, həm də Azərbaycan ictimai rəyində güclü 
etirazlar  baş  qaldırdı,  nəticədə  tərəflər  irəli  getməyə  cəsarət  etmədilər.  Bu-
nunla da gizli danışıqlar sayəsində əldə edilən mühüm irəliləyiş heçə endi. O 
vaxt  beynəlxalq  vasitəçilər  də  bu  məqamı  öz  bəyanatlarında  vurğulamışdı-
lar və bildirmişdilər ki, indi əsas problem tərəflərin öz ictimaiyyətlərini ağrılı 
kompromislərə hazırlamasıdır. 
Beynəlxalq praktikada indiyədək xalq diplomatiyasının tətbiqinin bir neçə 
uğurlu  nümunələri  var.  Bunlardan  biri  Şimali  İrlandiyada  müşahidə  olunub. 
Londonla Belfast arasında illərdir davam edən münaqişə 1998-ci ildə imzala-
nan razılaşma ilə başa çatmış hesab olunur. Bu razılaşmanın əldə edilməsində 
ictimai diplomatiyanın önəmli rolu olub. Həmin münaqişədə vasitəçilik missi-
yası həyata keçirən İrlandiya Respublikasının xarici işlər naziri Mixael Martin bu 
günlərdə Dublində keçirilən beynəlxalq konfransda bildirmişdi ki, onun ölkəsi 
2012-ci  ildə  ATƏT-ə  sədrlik  edərkən  Şimali  İrlandiyada  münaqişənin  nizam-
lanmasındakı təcrübəsini Azərbaycan və Ermənistana tətbiq etməyə hazırlaşır. 
M.Martinin sözlərinə görə, Şimali İrlandiya münaqişəsində tətbiq edilən xalq 
diplomatiyasını Dağlıq Qarabağ münaqişəsində də tətbiq etməyin vaxtı çatıb. 
Fikrimizcə bu metodun tətbiqi ictimaiyyət tərəfindən narazılıqla qarşılanmasın 
deyə, əvvəlcədən cəmiyyəti hazırlamaq lazımdı. 
Xalq diplomatiyasına dair daha bir nümunə isə aparteid rejiminin ləğvindən 
sonra  Cənubi  Afrika  cəmiyyətində  barışığın  yaradılmasıdır.  Gürcüstanda  da 
vaxtilə Cənubi Osetiya və Abxaziya ilə ictimai diplomatiyası geniş tətbiq olu-
nub. Xüsusən Abxaziya ilə Gürcüstanın digər hissəsi arasında ticarət əlaqələri, 
sosial  subyektlər  arasında  əlaqələr  mövcud  idi.  Buna  baxmayaraq,  abxaz  və 
osetin separatçı rejimlərini Gürcüstanın tərkibində statusa inandırmaq müm-
kün olmadı və 2008-ci ilin məlum avqust hadisələri baş verdi. 
Dağlıq Qarabağda da vəziyyət demək olar ki, eynidir. Bölgədə Ermənistanın 
və  xaricdəki  erməni  diasporunun  nəzarətində  olan  oyuncaq  rejim  fəaliyyət 
göstərir, bu səbəbdən Qarabağ ermənilərinə münasibətdə xalq diplomatiyası-
nı tətbiq etmək üçün imkanlar məhduddur. 


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
105
Ermənistana  gəldikdə  isə  vəziyyət  daha  mürəkkəb  xarakter  alır. 
Ermənistanda  “Qarabağ  klanı”  hakimiyyətdədir,  bu  ölkəyə  rəhbərlik  edənlər 
bilavasitə  Azərbaycan  ərazilərinin  işğalında  iştirak  ediblər.  Qarabağ  klanı 
Ermənistan  cəmiyyəti  üzərində  güclü  hakimiyyətə  malikdir.  Digər  tərəfdən, 
erməni  cəmiyyəti  bütövlükdə  təcavüzkarlıq  xəstəliyinə  tutulub.  Bu  ölkənin 
mətbuatında Qarabağ münaqişəsinin mümkün həllinə dair bir dənə də olsun 
ağlabatan fikrə rast gəlmək mümkün deyil. Elə bir erməni ziyalısı, ictimai xadi-
mi tapmaq mümkün deyil ki, xalqı işğal edilmiş ərazilərin qaytarılmalı olduğu-
na inandırmaq istəsin. Bütün ideologiya Azərbaycan ərazilərində ikinci erməni 
dövlətinin  yaradılmasını  qanuniləşdirmək  üzərində  qurulub.  Ermənistanın 
siyasi  rəhbərliyi  danışıqlarda  hər  hansı  konstruktivlik  nümayiş  etdirmir.  Belə 
vəziyyətdə ictimai diplomatiyanın tətbiqi də heç bir nəticə verə bilməz. 
Digər tərəfdən, münaqişədə həddən artıq qan tökülməsi də xalq diploma-
tiyasının imkanlarını məhdudlaşdırır. Ermənilərin Qarabağda Xocalı soyqırımı 
və digər hərbi cinayətlər törətməsi, işğal altındakı ərazilərdə yeridilən talançılıq 
siyasəti, tarix-mədəniyyət abidələrinin izlərinin silinməsinə yönələn cinayətlər 
fonunda Ermənistanla xalq diplomatiyasına dair istənilən təşəbbüs Azərbaycan 
cəmiyyətində qıcıq doğurur. 
Bununla  belə,  qəbul  etmək  lazımdır  ki,  əgər  Ermənistanla  Azərbaycan 
arasında sülh danışıqlarında nə vaxtsa razılaşmanın əldə edilməsi yaxınlaşsa, 
istər-istəməz  ictimai  diplomatiyanın  rolu  da  aktuallaşacaq.  Çünki  əldə  olu-
nacaq  razılaşmanı  həyata  keçirə  bilmək  üçün  cəmiyyətlə  uzlaşma  qaçılmaz-
dır.  Deməli,  ictimai  diplomatiya  ancaq  danışıqlarda  real  irəliləyişlərin  əldə 
edilməsi zamanı effektli ola bilər. Ermənistanda isə hələ bu meyl hiss olunmur. 
Əksinə, Ermənistan hakimiyyəti ictimai rəyi təcavüz faktını legitimləşdirməyin 
mümkünlüyünə inandırmağa çalışır. Bu məsələ həm də İrəvandakı hakim elita 
üçün öz hakimiyyətini saxlamaqda vasitəyə çevrilib.
Hadisələrin gedişi onu göstərir ki, ictimai diplomatiyanın tətbiqi cəmiyyət 
tərəfindən  nə  qədər  radikal  qarşılansa  da,  qıcıq  verici  olsa  da,    razılaşma 
əldə  olunacağı  təqdirdə  dinc,  yanaşı  yaşamaq  prinsipinin  qəbul  olunacağını 
cəmiyyətə çatdırmaq üçün bütün vasitələrdən istifadə olunmalıdır. Əks halda 
münaqişə həll olunsa belə, lokal toqquşmalar qaçılmaz olacaq. 
Nəticə
Ümumiyyətlə,  bu  sahənin  inkişaf  templərini  nəzərə  alaraq  aşağıdakı 
təklifləri vermək olar. İctimai diplomatiya fəaliyyəti həm dövlətlərin mərkəzi xa-
rici əlaqələr  orqanları, həm də xaricdə yerləşən xarici əlaqələr orqanları, eləcə 
QHT-lər,  ayrı-ayrı  ictimai-siaysi  xadimlər,  cəmiyyətin  müxtəlif  nümayəndələri 
tərəfindən  aktiv  tətbiq  olunmalıdır.  Bu  zaman  ictimai  diplomatiya  fəaliyyəti 
aşağıdakıları özündə birləşdirməlidir:
•  həm  ölkə  daxilində,  həm  də  xaricində  dövlətlərarası  qarşılıqlı  anlaşmanı 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə