1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə39/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   35   36   37   38   39   40   41   42   ...   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
98 
Diasporla İş üzrə Dövlət Komitəsinin ABŞ-da, habelə digər ölkələrdə fəaliyyət 
göstərən Diaspor təşkilatları ölkəmizin xarici siyasətini müvafiq ölkələrdə təbliğ 
etmək üçün ictimaiyyətlə əlaqələr təcrübəsindən geniş istifadə edirlər. 
Azərbaycanın diplomatik əlaqələr qurduğu ölkələrdə ölkəmiz haqda icti-
mai və ədalətli fikir formalaşdırmaq üçün geniş tədbirlər görülür. Azərbaycanla 
digər ölkələrin tərəfdaşlıq münasibətlərinin inkişafında diasporun rolu mövzu-
sunda keçirilən ənənəvi konfranslar ölkəmizin xarici siyasətində ictimaiyyətlə 
əlaqələrə nə qədər əhəmiyyət verildiyini açıq göstərir. Bu sırada 2008-ci ilin okt-
yabrında  Vaşinqtonda  “Azərbaycan–ABŞ  strateji  tərəfdaşlıq  münasibətlərinin 
inkişafında diasporun rolu” mövzusunda keçirilən ikigünlük konfrans mühüm 
mövzulara toxunmuşdur. 
2007-ci il martın 9-da Bakı şəhərində keçirilmiş Dünya Azərbaycan və türk 
diaspor təşkilatları rəhbərlərinin I Forumu  bütün türkdilli xalqların həyatında 
mühüm  hadisə  olmuşdur.  Forumda  aparılan  müzakirələrin  nəticəsi  olaraq 
“Azərbaycan və türk diaspor təşkilatlarının 
birgə  fəaliyyət  strategiyası”,  “Bakı 
Bəyannaməsi”  və  bir  sıra  digər  mühüm 
sənədlər qəbul edilmişdir. (6) 
Azərbaycan  Prezidentinin  təşəbbüsü 
ilə  2007-ci  ilin  noyabrında  Bakıda  Türk 
Dövlət və Cəmiyyətlərinin XI dostluq, qar-
daşlıq və əməkdaşlıq qurultayı keçirilmiş-
dir.  Qurultayda  türkdilli  xalqlar  arasında 
elm, texnika, mədəniyyət, təhsil, iqtisadiy-
yat, ticarət, turizm və maliyyə sahələrində 
əməkdaşlıq,  türk  dünyasının  mədəni 
irsinin  təbliği,  türk  gəncliyinin  qarşısın-
da  duran  vəzifələr,  müasir  qloballaşma 
proseslərinin xalqlarımızın həyatına təsiri 
ilə bağlı məsələlər müzakirə edilmişdir. (7) 
2008-ci il martın 27-də Almaniyanın Berlin şəhərində Azərbaycan və Türk 
Diaspor  Təşkilatlarını  Əlaqələndirmə  Şurasının  illik  iclası  keçirilmişdir.  İclas-
da  Şuranın    həmsədrləri  seçilmiş,  Azərbaycan  və  türk  diasporları  arasında 
əməkdaşlığın  inkişaf  etdirilməsi  sahəsində  qarşıda  duran  vəzifələr  barədə 
müzakirələr  aparılmış,  Dünya  Azərbaycanlılarının  Həmrəylik  Xartiyası  qəbul 
edilmişdir. (8)
Əlaqələndirmə Şurasının həmin iclasında qloballaşan dünyada xalqlar arasın-
da gedən sürətli inteqrasiya prosesləri, diaspor və lobbi təşkilatlarının beynəlxalq 
siyasətdə artan roluna toxunan  Prezidentin İcra Aparatının ictimai-siyasi məsələlər 
şöbəsinin müdiri Əli Həsənov ümummilli lider Heydər Əliyevin azərbaycançılıq 
ideologiyasını rəsmi dövlət ideyasına çevirməsi, bütün dünya azərbaycanlılarını 
bu ideya ətrafında birləşdirməsi barədə danışıb. Əli Həsənovun sözlərinə görə, 
Qloballaşan dünyamızın re-
allıqları diaspor quruculuğu 
sahəsində Azərbaycanın qar-
şısında yeni vəzifələr qoymaq-
dadır. Xalqlar arasında gedən 
sürətli inteqrasiya prosesləri
diaspor və lobbi təşkilatlarının 
beynəlxalq siyasətdə artan rolu 
bu sahədə daha genişmiq-
yaslı fəaliyyət göstərilməsini 
zərurətə çevirmişdir. 


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
99
bu ideya müxtəlif ölkələrdəki Azərbaycan icmalarının, cəmiyyətlərinin birliyi ol-
madan reallaşa bilməzdi. Azərbaycan dövlətinin xarici ölkələrdə yaşayan soydaş-
larımızın hüquqlarının qorunması ilə bağlı gördüyü işlərdən danışan Ə. Həsənov 
bu  sahədə  ölkəmizin  hüdudlarından  kənardakı  azərbaycanlıların  sosial-milli 
hüquqlarının  qorunmasına,  bu  işdə  ictimaiyyətlə  əlaqələr  texnologiyasından 
istifadəyə xüsusilə diqqət yetirildiyini deyib. 
Müasir dövrdə diaspor anlayışı beynəlxalq münasibətlərin vacib elementinə 
çevrilir.  Qloballaşan  dünyamızın  reallıqları  diaspor  quruculuğu  sahəsində 
Azərbaycanın qarşısında yeni vəzifələr qoymaqdadır. Xalqlar arasında gedən 
sürətli  inteqrasiya  prosesləri,  diaspor  və  lobbi  təşkilatlarının  beynəlxalq 
siyasətdə  artan  rolu  bu  sahədə  daha  genişmiqyaslı  fəaliyyət  göstərilməsini 
zərurətə çevirmişdir. 
Sadalanan bu faktlar Azərbaycan diasporunun yeni bir mərhələyə daxil ol-
duğunu söyləməyə əsas verir. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması 
prosesinin sürətlənməsi, icmaların fəaliyyətini əlaqələndirən yeni qurumların 
yaranması,  digər  xalqların  diasporları  ilə  əlaqələrin  gücləndirilməsi,  soydaş-
larımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin artması, lobbi quruculuğu 
istiqamətində əldə olunmuş nailiyyətlər qarşıya qoyulmuş məqsədlərə doğru 
inamla irəliləməyimizin təsdiqidir. 
Ölkəmizin  konseptual  xarici  siyasətinin  formalaşmasında  ictimaiyyətlə 
əlaqələrin  roluna  dövlət  səviyyəsində  yüksək  qiymət  verilir.  Məsələn,  Ru-
siya  Federasiyası  hökumətinin  miqrantların  ticarət  sahəsində  çalışmasına 
məhdudiyyətlər  nəzərdə  tutan  qərarı  ilə  əlaqədar  Azərbaycan  Respublikası 
Prezidenti bu ölkədə yaşayan soydaşlarımızın taleyi ilə bağlı dərhal müvafiq 
addım  atmışdır.  Azərbaycan  Respublikası  Prezidentinin  «Rusiya  Federasiyası 
ərazisində  ticarətlə  məşğul  olan  Azərbaycan  vətəndaşlarının  problemlərinin 
həlli  haqqında»  22  noyabr  2006-cı  il  tarixli  1788  saylı  Sərəncamına  uyğun 
olaraq bu qərarın soydaşlarımıza təsir imkanlarını azaltmaq məqsədilə ciddi 
tədbirlər görülüb. Həmin qərara uyğun olaraq Rusiya Federasiyasında ticarətlə 
məşğul olan azərbaycanlıların problemlərinin öyrənilməsi, ümumiləşdirilməsi 
və müvafiq tədbirlər planının hazırlanması məqsədilə Rusiya Federasiyasının 
müxtəlif  regionlarında  operativ  qərargahlar  yaradılıb.  Azərbaycan  dövlətinin 
həyata keçirdiyi operativ tədbirlər nəticəsində soydaşlarımızın Rusiya Federa-
siyasından kütləvi şəkildə köçürülməsi ehtimalının qarşısı alınıb.  (9) 
İctimai  diplomatiya  çoxspektrli  fəaliyyət  sahəsidir.  Beynəlxalq  qurumlarla 
fəal  əməkdaşlıq  xalq  diplomatiyasının  vacib  xəttidir.  Məsələn,  Azərbaycan-
NATO əməkdaşlığında ictimai diplomatiya mühüm yer tutur.
2006-cı  ildə  NATO  və  Azərbaycan  hökumətinin  birgə  səyləri  nəticəsində 
tədqiqatçılara,  tələbələrə  və  ictimaiyyətin  digər  maraqlı  üzvlərinə  NATO  və 
aidiyyəti mövzular üzrə məlumatlar çatdırmaq məqsədilə Bakı şəhərində Avro-
Atlantik Mərkəz təsis edildi. Regionlarda da ictimai maarifləndirmə tədbirlərinin 
həyata keçirilməsinin zəruriliyi nəzərə alınaraq, 2007-ci ildə bu Mərkəzin bir 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə