1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə47/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   43   44   45   46   47   48   49   50   ...   93

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
119
Ermənistanın  ən  zəngin  oliqarx-siyasətçilərindən  olan  Çarukyan  təbii  ki 
şərtlər  yetişdiyi  təqdirdə  prezidentliyə  namizəd  olmağa  çalışacaqdır.  Ancaq 
siyasətdə sadəcə bilək gücü (Tsarukyan armvestlinq-qol güləşi üzrə tanınmış 
idmançı olub)  ilə  hədəfə  nail  olmağın mümkünsüzlüyünü  anlayan Çarukyan 
sakitcə uyğun zamanın yetişməsini gözləyir [7].
Son zamanlarda prezident seçkiləri ilə bağlı olaraq Robert Köçəryanın da 
namizəd ola biləcəyi Ermənistan daxili siyasətində müzakirə edilir [8]. Bu iddia o 
qədər inandırıcı olmasa da, belə bir vəziyyətin ola biləcəyi istisna edilməməlidir. 
Xüsusilə Rusiyada Vladimir Putinin yenidən prezidentliyə namizəd olacağı ifadə 
edildikdən sonra Köçəryan və ətrafı bu məsələni gündəmdə tutmağa çalışır. 
Ermənistan KİV-də Sərkisyanın Köçəryanın “kadrları”  olduğu iddia edilən Baş 
nazirin müavini Armen Qevorkyan (Armençik), Müdafiə Naziri Seyran Ohanyan 
və digərlərinə olan münasibətinin tündləşməsi indidən Koçaryanın mövqeyini 
zəiflətməyə çalışması kimi dəyərləndirilir.
Daşnaksutyun  partiyası  müxalifət  düşərgəsinə  keçdikdən  sonra  digər 
müxalif  siyasi  partiyalarla  ortaq  məxrəcə 
gələ  bilmir.  Prezident  seçkilərində  özünün 
namizədini  irəli  sürə  bilər  və  siyasi  dəstək 
arayışında  olacaqdır.  Ancaq  Daşnaqsutyun 
Partiyasının  elektoratı  azdır  və  bu  partiyanın 
nümayəndəsinin 
prezident 
seçilməsi 
ehtimalı  o  qədər  də  yüksək  deyil.  Daha 
əvvəl  Daşnaklarla  yaxın  münasibətdə  olan 
keçmiş  Qarabağ  döyüşçülərindən  ibarət  olan 
Sardarabad Hərəkatının Levon Ter-Petrosyanın 
namizədliyini  dəstəkləyəcəklərini  bildirməsi 
Daşnaqlar üçün sürpriz olmuşdur.
Erməni  Ümummilli  Hərakatı  (EÜH) 
hər  zamankı  kimi  Levon  Ter-Petrosyanı 
dəstəkləyəcək  və  prezidentliyə  namizədliyini 
irəli  sürəcəkdir.  EÜH  Ermənistan  Xalq  Partiyası  (Stepan  Dəmirçiyandır)  ilə 
əməkdaşlıq  edə  bilər.  Bəzi  siyasi  texnoloqlar  Miras  Partiyasının  EÜH  ilə 
əməkdaşlığını  istisna  etsələr  də,  gələcək  iki  ildə  dəyişən  siyasi  dinamiklər 
nəzərə alınarsa, bunun əksi də ola bilər. Prezident seçkiləri ərəfəsində digər 
kiçik partiyaların da EÜH ilə əməkdaşlıq etməsi mümkündür. 
Nəticə
Müstəqillik  sonrası  Ermənistanda  keçirilmiş  prezident  seçkiləri  marafonu 
dəyərləndirildiyi  zaman  heç  birində  seçkilərlə  bağlı  müzakirələrin  bu  qədər 
erkən  başlamadığı  nəzərə  çarpır.  Prezident  seçkilərinə  daha  iki  il  var  və  bu 
müddətdə  Ermənistanın  daxili  ictimai-siyasi  həyatında  ciddi  dəyişikliklərin 
Ermənistanda keçiriləcək 
parlament və prezident 
seçkiləri dəyərləndirildiyi 
zaman siyasi mübarizədə 
əsas amil iqtisadiyyatda 
yaşanan problemlər və 
hələ də həll olunmamış 
Ermənistan-Azərbaycan 
Dağlıq Qarabağ problemi-
nin olacağını iddia etmək 
mümkündür. 


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
120 
olma  ehtimalı  hər  zaman  vardır.  Sərkisyan  hakimiyyət  uğrunda  mübarizədə 
ehtirasları hər nə qədər bir az sakitləşdirmiş kimi görünsə də, gələcək iki ildə 
cərəyan etməsi ehtimal olunhan hadisələri nəzarətdə saxlayıb saxlaya bilməməsi 
bir  çox  sualları  da  cavabsız  buraxır.  Bundan  başqa  2012-ci  ildə  keçiriləcək 
parlament seçkilərinin nəticələri 2013-cu ildə keçiriləcək prezident seçkilərinə 
birbaşa təsir edəcək amildir. Ermənistanda keçiriləcək parlament və prezident 
seçkiləri  dəyərləndirildiyi  zaman  siyasi  mübarizədə  əsas  amil  iqtisadiyyatda 
yaşanan  problemlər  və  hələ  də  həll  olunmamış  Ermənistan-Azərbaycan 
Dağlıq  Qarabağ  probleminin  olacağını  iddia  etmək  mümkündür.  Hökumət 
bu problemləri seçkilərə qədər həll edəcək potensiyala sahib olmadığı üçün 
müxalifət məntiqli arqumentlər gətirərək elektoratın dəstəyini ala bilər. Ancaq 
iqtidar  bunları  nəzər  alaraq  2012-ci  il  büdcəsində  sosial  problemlərə  xüsusi 
əhəmiyyət verəcəyini bildirirək, büdcənin sosial yönlü olacağını vurğulamışdır. 
Əlbətdə  sosial  yönlü  2012-ci  il  dövlət  büdcəsi  əhalinin  problemlərinin  bir 
qismini  həll  etsə  də,  hökumətin  digər  proqramlarını  maliyyə  problemleri  ilə 
qarşı-qarşıya qoyacağına şübhə yoxdur.
Bir  başqa  amil  də  koalisiya  hökumətinin  seçkilərdən  əvvəl  dağılma 
ehtimalıdır.  Buna  görə  də  hökumətin  əsas  ortağı  Ermənmistan  Respublika 
Partiyası nəyin bahasına olursa olsun, seçkilərə qədər koalisiya hökumətinin 
stukturunu  qorumağa  çalışır.  Ancaq  iqtisadi  və  sosial  problemlərin  artacağı 
təqdirdə koalisiya hökumətinin digər ortaqları iflas etmiş hökumətin tərkibində 
seçkilərdə  iştirak  etməkdənsə,  hökumətdən  ayrılaraq  müstəqil  platformada 
mübarizəyə davam etməyə üstünlük verə bilərlər. 
Bu  günün  perspektivindən  dəyərləndirildiyi  zaman  Ermənistanda  siyasi 
mühitin  sabit  ağır  olduğu  söylənə  bilər.  “Xəstənin”  sağalacağını  və  yaxud 
reanimasiyaya  yerləşdiriləcəyini  isə  yaxın  iki  ildə  müşahidə  etmək  mümkün 
olacaqdır.
İstifadə edilmiş ədəbiyyat:
1.  Hatem  Cabbarlı,  Ermenistan’da  İktidar  Mücadelesi  (Bağımsızlıktan 
Günümüze  Çok  Partili  Sisteme  Geçiş  Süreci),  Ankara,  Nisan  2005,  Platin 
Yayınları.
2.  «Выход  “Дашнакцутюн”  из  правящей  kоалиции  запоздалый,  но 
принципиальный шаг – депутат», Baxın, http://www.armtown.com/news/
ru/noa/20090427/42065168/
3.  «СМИ:  Серж  Саргсян  предъявил  новый  ультиматум  Гагику  Царукяну 
(Армения), Baxın: www.regnum.ru/news/fd-abroad/armenia/1456864.html
4.  «Серж Саргсян: Я никогда не говорил на языке ультиматумов», Baxın: 
http://www.panorama.am/ru/politics-/2010/12/18/rpa-president/?sw
5.  «Гагик  Царукян  никогда  не  говорил,  что  будет  баллотироваться 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə