1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə55/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   51   52   53   54   55   56   57   58   ...   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
140 
-  Dağlıq  Qarabağ  Respublikasının  elan  edilməsinin  hüquqi  əsasları 
dəyişməzdir;
-  Münaqişənin həlli ilə bağlı istənilən son sənəd Dağlıq Qarabağın əhalisi ilə 
razılaşdırılmalıdır;
-  Ermənistan münaqişənin nizamlanmasının o variantını qəbul edir ki, həmin 
variantda Dağlıq Qarabağ Respublikasının faktiki mövcudluğu təsbit olun-
sun;
-  Dağlıq Qarabağın Ermənistanla quru əlaqəsi olmalıdır;
-  Dağlıq  Qarabağla  bağlı  Azərbaycanın  hərbi  siyasəti,  konkret  olaraq 
Ermənistan  üzərində  hərbi  üstünlük  əldə  etmək  cəhdi  Ermənistana  qarşı 
müstəqim hərbi təhdiddir;
-  Ermənistan  silahlı  qüvvələrinin  əsas  vəzifəsi  Ermənistan  Respublikasının 
və  Dağlıq  Qarabağ  Respublikasının  əhalisinin  fiziki  təhlükəsizliyini  təmin 
etməkdir (16).
Ermənistan  Respublikasının  Hərbi  doktrinasında  da  Dağlıq  Qarabağ 
münaqişəsi ilə bağlı oxşar tezislər öz əksini tapmışdır. Bu sənəddə də Azərbaycan 
Respublikasına  qarşı  işğalçılıq  siyasətinə  qanuni  don  geyindirilməsinə  cəhd 
göstərilmiş, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti təhrif edilmiş və bunun-
la erməni informasiya-təbliğat fəaliyyəti üçün də təhrif edilmiş hüquqi baza 
yaradılmışdır. Hərbi doktrinada qeyd olunur ki, Ermənistan Respublikası Dağ-
lıq Qarabağ Respublikası xalqının təhlükəsizliyinin və seçdiyi yolun qarantıdır. 
Sonra bildirilir ki, Ermənistan Respublikasının bu vəzifəni öz üzərinə götürməsi 
aşağıdakı səbəblərdən irəli gəlir:
-  Azərbaycan  Respublikasının  ərazisində  ermənilərə  qarşı  yeni  etnik 
təmizləmələrin həyata keçirilməsinə görə ( Sumqayıt, Bakı və yerlərdə);
-  Azərbaycan  Respublikası  Dağlıq  Qarabağ  xalqının  qanuni  və  dinc  yolla 
öz müqəddəratını təyin etməsinə qarşı hərbi qüvvə tətbiq etməsi və onu 
1988-1989-cu illərdə zorla müharibəyə cəlb etməsinə görə;
-  Dağlıq  Qarabağ  münaqişəsinin  zor  vasitəsilə  həll  edilməsinə  cəhd 
göstərilməsinə görə;
-  Daim  fiziki  məhvolma  təhlükəsi  ilə  üzləşən  Dağlıq  Qarabağ  əhalisinin 
təhlükəsizliyinin təmin edilməsi zərurətinə görə;
-  Ermənistan Respublikası ilə Dağlıq Qarabağ Respublikası  və onun əhalisinə 
tarixi-ərazi, mənəvi-dini və mədəni eyniliyinə görə;
-  Dağlıq  Qarabağ  əhalisinin  öz  tarixi  ərazisində  öz  müqəddəratını  təyin 
etməsinin siyasi, hüquqi əsaslarının danılmazlığına görə;
-  Dağlıq Qarabağ Respublikasının demokratik, sosial, hüquqi dövlət kimi for-
malaşmasının dönməzliyinə görə;
-  Ermənistan Respublikası ilə Dağlıq Qarabağ Respublikasının təhlükəsizliyinin 
təmin edilməsinin qarşılıqlı bağlılığına görə .
Ermənistan Respublikasının hərbi doktrinasında armenofobiya, Ermənistan 
Respublikasına  qarşı  dezinformasiya  yolu  ilə  informasiya  müharibəsi  aparıl-


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
141
masının xarici təhdid kimi qiymətləndirilməsi də erməni informasiya-təbliğat 
fəaliyyətinin hüquqi bazası saymaq olar. Erməni dairələrinə görə, erməniliyin 
niyyətləri, erməni saxtakarlığı ilə ermənilərin işğalçılıq siyasətinin mahiyyətinin 
saxtalaşdırılması ilə üst-üstə düşməyən məlumatlar arnenofobiya, Ermənistan 
Respublikasına  qarşı  düşmənçilik  kimi  qiymətləndirilir.  Erməni  informasiya-
təbliğat maşını bu məsələyə kifayət qədər geniş diqqət ayırır.
Dağlıq  Qarabağ  münaqişəsi  ətrafında  informasiya-təbliğat  siyasətinin 
istər siyasi (ictimai-siyasi), istərsə də tarixi əsaslarının formalaşdırılmasında 
Ermənistan  rəhbərliyinin  rolu  kifayət  qədər  böyükdür.  Əvvəla  Ermənistan 
rəhbərliyinin xarici nümayəndə heyətləri ilə elə bir görüşü tapılmaz ki, ora-
da  Dağlıq  Qarabağ  münaqişəsinə  toxunulmasın.  İkincisi  isə,  Ermənistan 
rəhbərliyinin  belə  görüşlər  zamanı  Dağlıq  Qarabağ  münaqişəsinin 
mahiyyətinə  prinsipial  mövqedən  yanaşdığını  görmək  çətindir.  Bu 
məsələnin detallarına varmadan yalnız onu qeyd etmək olar ki, beynəlxalq 
təşkilatlar  tərəfindən  qəbul  edilmiş  qərarların  heç  birinin  müddəaları 
Ermənistan  rəhbərliyi  tərəfindən  qəbul  olunmur.  Bunun  özünəməxsus 
şəkildə əsaslandırılması üçün isə mahiyyəti dəyişdirilmiş faktlar və informa-
siyalar dövriyyəyə çıxarılır.
Dağlıq Qarabağ münaqişəsi kontekstində informasiya-təbliğat siyasətinin 
formalaşdırılması  üçün  Ermənistan  rəhbərliyinin  çıxışlarında,  erməni 
siyasətşünaslarının araşdırmalarında ümumiləşdirilmiş siyasi (ictimai-siyasi) və 
tarixi əsasları aşağıdakı kimi qruplaşdırmaq olar:
1.  Dağlıq  Qarabağla,  Dağlıq  Qarabağ  ermənilərinin  separatizminin 
əsaslandırılması ilə bağlı ictimai-siyasi və tarixi əsaslar. Bu əsasları formalaş-
dırmaqla  erməni  informasiya-təbliğat  maşını  Dağlıq  Qarabağın  Ermənistan 
tərəfindən  işğal  edilmədiyini,  Dağlıq    Qarabağın  heç  vaxt  Azərbaycana 
məxsus olmadığını, Dağlıq Qarabağ ermənilərinin milli müqəddəratlarını təyin 
etdiklərini, Dağlıq Qarabağda silahlı münaqişənin Azərbaycan tərəfindən baş-
landığını, Dağlıq Qarabağın Ermənistanın təhlükəsizliyinin təmin edilməsi üçün 
mühüm əhəmiyyətə malik olduğunu ictimai rəyə yeritməyə çalışır. Konkret ola-
raq bu istiqamətdə aşağıdakı tezislərlə qarşılaşmaq olar:
-   Qarabağ heç zaman müstəqil Azərbaycanın tərkib hissəsi olmamışdır. Dağ-
lıq Qarabağ tarixi erməni torpaqlarıdır;
-   Azad  həyat  hüququnu  Dağlıq  Qarabağ  xalqı  məcburən  cəlb  edildiyi 
müharibədə qanı bahasına əldə etmişdir;
-   Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  digər  15  müttəfiq  respublika  kimi  sovet 
qanunlarına uyğun olaraq SSRİ tərkibindən çıxmışdır;
-   Dağlıq  Qarabağ  Azərbaycana  zorla,  sovet  partiya  orqanlarının  qərarı 
əsasında birləşdirilmişdir;
-   Ermənsitan və Qarabağ heç vaxt müharibə başlamamışlar və başlamaya-
caqlar;
-  Əllərinə  silah  almaq  məcburiyyətində  qalmış  qarabağlılar  təcavüzkar 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə