1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə50/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   46   47   48   49   50   51   52   53   ...   93

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
127
Azərbaycana qarşı erməni diasporu
Türkiyə ilə yanaşı erməni diasporu Azərbaycana qarşı da düşmən mövqedə 
dayanmaqdadır. Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğal edilməsində 
diasporun böyük rolu olmuşdur. Diaspor müharibəyə Ermənistanı təhrik etmiş, 
onun qoşunlarının əsas maliyyə və təbliğat maşınına çevrilmişdir. Azərbaycan 
ərazilərinə Ermənistanın iddiası da birbaşa erməni diasporunun dəstəyi ilə aka-
demik Aqanbekyan tərəfindən Fransada səsləndirilmişdir. 
Suriyadan,  Livandan  və  dünyanın  digər  ölkələrindən  gələn  ermənilər 
Azərbaycan  əleyhinə  hərbi  əməliyyatlarda  da  birbaşa  iştirak  etmişlər.  Onlar-
dan  biri  Monte  Melkonyan  öz  qəddarlığı  ilə  seçilmişdir.  Ancaq  Azərbaycan 
silahlı  qüvvələrinin  kəşfiyyatçısı  tərəfindən  öldürülmüşdür.  Məşhur  ASALA 
terror təşkilatının qurucularından olan, bir çox partlayış və qətllər həyata ke-
çirmiş, Avo ləqəbi ilə tanınan terrorçubaşı Monte Melkonyan İbad Hüseynov 
tərəfindən  layiqli  cəzasına  çatmışdır.  Dün-
ya  miqyaslı  terrorçu  Karlos  Şakalın  ən  fəal 
tələbəsi  olan  Avonun  1982-ci  ildə  Livandakı 
vətəndaş  qarşıdurmasında  Beyrutun  erməni 
məhəllələrinin müdafiəsində iştirak etdiyi, eyni 
ildə Parisin Orli aeroportunda 8 nəfər insanın 
ölümünə  səbəb  olan  partlayış  törətmiş,  PKK 
terror təşkilatının üzvləri ilə əlaqə yaradaraq bir 
çox qətllər həyata keçirmişdir. M.Melkonyanın 
bu  vəhşiliklərinə  Azərbaycan  ordusunun  igid  döyüşçüsü,  kəşfiyyat-təxribat 
dəstəsinin 22 yaşlı komandiri İbad Hüseynov son qoyub. 1992-93-cü illərdə 
Martuni  rayonu  istiqamətində  vuruşan,  1993-cü  il  iyunub  12-də  kəşfiyyat 
dəstəsinin  Xocavənd  rayonunun  Muğanlı  kəndində  keçirilən  əməliyyatda  iş-
tirak edən Ədalət Abbasov o günləri belə xatırlayır: “Dəstənin komandiri İbad 
Hüseynov  bizi  yandırılımış  evlərin  birinin  zirzəmisində  qoyaraq,  viran  olmuş 
kəndin xarabalıqları arasında gəzişərkən Avo ilə rastlaşdı və onu öldürdü. Sü-
but  üçün  biz  onun  qol  saatını,  cib  dəftərçəsini,  qələmini,  2  ədəd  şəklini  və 
kəsilmiş başını özümüzlə gətirdik”(2).
Erməni diasporunun Ermənistanın dövlət siyasətinə birbaşa təsiri 
Erməni  diasporu  Ermənistanın  həyata  ümid  mənbəyidir.  Heç  bir  sərvətə 
malik olmayan Ermənistan diaspor ianələri vasitəsilə yaşayır. Belə olan halda 
Ermənistan  siyasi  partiyaları  diasporla  hesablaşmaya  bilməzlər.  Siyasi  parti-
yalardan bəziləri, xüsusən daşnaklar diasporu əsas dayaq sayır. Bütün erməni 
siyasi partiya və təşkilatlarının sənədlərində diasporla iş üzrə müddəa vardır. 
Bu müddəalarda diaspor az qala müqəddəsləşdirilir. Lakin bütün bunlarla ya-
naşı,  diasporu  Ermənistanın  müasir  bəlalarının  səbəbkarı  elan  edən  ictimai-
siyasi  liderlər  də  vardır.  Qısa  olaraq  onu  demək  olar  ki,  bu  şəxslər  erməni 
cəmiyyətində yad elementə çevriliblər. Onların fikrincə, kifayət qədər zəngin 
olan, idealist diaspor müasir Ermənistanın rüşvət, korrupsiya, klan hakimiyyəti 
kimi  reallıqlarının  yaranmasına  səbəb  olmuşdur.  Məhz  diasporun  təsiri  ilə 
Müasir Ermənistan dövləti 
erməni diasporuna deyil
diaspor erməni dövlətinə 
təsir etməkdədir


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
128 
Ermənistan  Azərbaycanla  münaqişənin  nizamlanmasında  konstruktivizm  nü-
mayiş  etdirə  bilmir,  regional  layihələrdən  geri  qalır.  Bu  isə  ölkədən  insanla-
rın  getməsinə,  Ermənistanın  boşalmasına  gətirib  çıxarır.  Bunu  müqabilində 
Azərbaycan öz rəhbərliyinin siyasəti nəticəsində dünyanın aparıcı dövlətləri ilə 
bir addımlayır, strateji layihələrin həlledici səsinə çevrilir. Fəqət Ermənistan si-
yasi partiya və təşkilatlarından, habelə liderlərindən sağlam yanaşma görmək, 
bəyanat eşitmək imkansızdır.
Nəticə 
•  Erməni diasporu müasir erməni siyasi mühitinin özəyi olaraq qalmaqdadır;
•  Erməni diasporunun coğrafi genişliyinə baxmayaraq, struktur baxımından 
əlaqəsi möhkəmliyini saxlamaqdadır;
•  Erməni diasporunun və eləcə də erməni millətinin psixoloji durumunun aq-
ressiv qalmasında erməni din xadimlərinin, xüsusilə erməni kilsəsinin təsiri 
böyükdür;
•  Müasir  Ermənistan  dövləti  erməni  diasporuna  deyil,  diaspor  erməni 
dövlətinə təsir etməkdədir;
•  Erməni  diasporu Ermənistan dövlətinin  rəsmi siyasətinə  təsir edərək  ona 
düzgün geosiyasi seçimlər etməyə imkan verməməkdədir;
•  İstənilən halda erməni dövlətinin daxili və xarici siyasəti diasporun birbaşa 
təsiri altındadır;
•  Ermənistan dövlətini erməni diasporunun illərlə davam edən səylərinin geo-
siyasi aktorlarla əlaqəsi nəticəsində yaranmış bir qurum saymaq olar;
•  Ermənistan  Azərbaycan  torpaqlarından  çıxa  və  Türkiyə  ilə  normal 
münasibətlər formalaşdıra bilmir;
•  Sonda onu demək olar ki, Ermənistan dövləti əvvəl-axır öz əhalisinə qulaq 
asmalı olacaqdır. Belə ki, erməni diasporu ilə Ermənistan əhalisi arasında 
ziddiyyətlər getdikcə dərinləşməkdədir.
İstifadə edilmiş ədəbiyyat:
1.  Həsənov Y. Qədim Roma tarixi. Bakı, Maarif.- 1975.- 271 s.
2.  Musayeva G. Qəhrəmanlığın daha bir ünvanı. 525-ci qəzet.- 2010.- 22 iyul..
3.  Yesai  Həsən-Cəlalyan,    Alban  ölkəsinin  qısa  tarixi  (1702-1722-ci  illər)  ruscadan 
çevirən Hikmət Dayıyev və Vaqif Musayev. Ön sözün müəllifi akademik Ziya Bünya-
dov. Bakı, İşıq, 1992, 50 s.;
4.  Rüstəmov E. 24 aprel - uydurma erməni soyqırımı günü. “Unikal” qəzeti.- 2010.-3 
aprel.
5.  Ermeni  Milli  Menfaatleri-İdeolojisi  ve  İddiaları  http://www.mevzuvatan.
com/haber/1971-ermeni-milli-menfaatleri-ideolojisi-ve-iddialari.html? 
haber=1971&puan=4;
6.  Nazmi Gül, “Yirmibirinci Yüzyılın Başlangıcında “Haydat” (Ermenilerin Davası)”, Stra-
tejik Analiz, c.1, sayı: 2 (Haziran 2000).;
7.  Алиев И. Нагорный Карабах: история, факты, события. Баку, Элм 1989, 104 стр. ;
8.  Глинка С. Н. Описание переселения армян азербайджанских в пределы России. 
Баку, Элм 1990, 144 стр.;


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə