1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə38/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   34   35   36   37   38   39   40   41   ...   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
96 
mai diplomatiya körpüsü atdı. Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş 
Məclisinin  58-ci,  59-cu  sessiyalarındakı  çıxışları  beynəlxalq  ictimai  əlaqələr 
səviyyəsində ölkəmizin nüfuzunu qaldırdı. 
İctimai  diplomatiyanın  məqsədi  ölkələr,  xalqlar,  siyasi  liderlər,  ictimai 
xadimlər və sadə vətəndaşlar arasında bilavasitə təmas nöqtələri tapmaq və 
ölkənin siyasəti və dəyərləri haqqında daha çox informasiya verməkdir. Baş-
qalarının  səni  tanıması  və  başa  düşməsi  üçün  əvvəlcə  sən  özün  digər  tərəfi 
eşitməyə və başa düşməyə çalışmalısan. 
Heydər Əliyev siyasəti bu gün Azərbaycanda hər bir sahədə davam etdiri-
lir. Xarici siyasətimiz çox uğurlu və fəaldır. Azərbaycan beynəlxalq təşkilatlarda 
çox önəmli yer tutur və mövqelərimiz möhkəmlənir. İndi Azərbaycanın müxtəlif 
ölkələrdə  54  səfirliyi  fəaliyyət  göstərir  ki,  onların  da  əksəriyyətinin  açılılması 
haqqında son iki-üç ildə qərar verilibdir.
Bir  çox  alimlər  ictimai  diplomatiya  və  beynəlxalq  ictimai  əlaqələr  arasın-
da  fundamental  vəhdət  olduğunu  qeyd  edirlər.  L’etang  təsdiq  edir  ki,  ictimai 
əlaqələr  gələcəkdə  ictimai  diplomatiya  üçün  müvafiq  və  yenilikçi  ideyalara 
stimul verə bilər (2). Alim ictimai diplomatiya ilə beynəlxalq ictimai əlaqələrin 
ümumi cəhətlərini qeyd edərək, yazır: “Həm ictimai əlaqələr (public relatons), 
həm də diplomatiya inam və danışıqlar strategiyası”ndan istifadə edir.” Çun Vanq 
təkid edirlər ki, ictimai diplomatiya beynəlxalq ictimai əlaqələrin bir forması he-
sab edilə bilər. Bir cəhət diqqəti daha çox çəkir: həm beynəlxalq ictimaiyyətlə 
əlaqələr, həm də ictimai diplomatiya əlaqələrin idarəetməsidir. İctimai diploma-
tiya beynəlxalq kontekstdə qarşılıqlı faydalı əlaqələr qurulmasına xidmət edir və 
deməli milli dövlətlərin beynəlxalq ictimai əlaqələr qurmaq səyləri ilə sıx bağlı-
dır. Məsələn, Amerika Birləşmiş Ştatlarında Buş administrasiyasının 11 Sentyabr 
hadisələrindən sonra Qlobal Kommunikasiyalar Ofisi yaratması ABŞ hökumətinin 
beynəlxalq ictimai əlaqələri gücləndirmək üçün ictimai diplomatiyaya nə qədər 
böyük əhəmiyyət verdiyini göstərirdi. Bu, daha çox ictimai diplomatiya vasitəsilə 
beynəlxalq əlaqələrin idarə edilməsi zərurətindən xəbər verirdi (3).
Qloballaşma  dövründə  milli  hökumətlərin  sosial  və  iqtisadi  prospektlərə 
hesablanmış məqsədyönlü ictimai diplomatiyası ölkənin milli imicinin yaradıl-
masına  xidmət  edir.  İndi  interaktiv  kommunikasiya  üçün  İnternetin yaratdığı 
imkanlar ictimai diplomatiya proseslərinə daha dolğun və əhatəli məzmun ve-
rir. Qlobal internet şəbəkəsi informasiya, bilik və ideyaların yayılması üçün çox 
əlverişli kanaldır. 
Yeni kommunikasiya texnologiyaları bu gün xarici siyasətdə sürətlə tətbiq 
olunur,  dünya  dövlətləri  arasında  ictimai  diplomatiya  sahəsində  bir  yarış  və 
rəqabət mühiti yaradır. Dövlətlər bu imkandan daha intensiv faydalanmağa ça-
lışırlar. Von Eşenə (4) görə, “qlobal media və texnologiya ictimai diplomatiyanı 
açıq kommunikasiya forumuna çevirmişdir”. Kommunikasiya texnologiyaları-
nın inkişafı qeyri-hökumət təşkilatlarını, o cümlədən fəal ictimai qrupları, ayrı-
ayrı fərdləri ictimai diplomatiya prosesinə qoşur, milli dövlət və hökumətləri 


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
97
həmin qüvvələrlə interaktiv əməkdaşlığa sövq edir.  Milli hökumətlər bugünkü 
ictimai  diplomatiya  sahəsində  yeni  kommunikasiya  texnologiyalarını  tətbiq 
etməklə siyasət və diplomatiyada rəqabət üstünlüyü əldə etməyin əhəmiyyətini 
getdikcə daha artıq başa düşürlər. Sayı milyonlarla ölçülən publika ilə işləməklə 
bugünkü  ictimai  diplomatiya  paradiqmasını  dəyişmək  mümkündür.  Bunun 
üçün dünya şəbəkəsi olan İnternetin əvəzi yoxdur. Çünki İnternet sərhəd ta-
nımır. İctimai əlaqələri ictimai diplomatiyaya tətbiq edərkən İnternetin dialoq, 
ikitərəfli, və interaktiv təbiətini nəzərə almaq lazımdır. Fərdi və şəxsi təmaslar 
qlobal ictimai təmaslara çevriləndə nəhəng gücə çevrilir, milli dövlətlərin icti-
mai diplomatiya səmərəliliyi artır.    
Yun  Vanq  adlı  tədqiqatçının  fikrincə,  “ictimai  diplomatiya”  (public  diplo-
macy) termini neologizmdir, mahiyyətcə ənənəvi diplomatiyadan fərqli anla-
yışdır. O, diplomatiyaya daha geniş seqmentlər və daha geniş publika gətirir, 
ənənəvi  diplomatiya  “hökumət-hökumət  münasibətlərini”  əhatə  edirsə, 
“beynəlxalq kommunikasiyanın müxtəlif növləri ilə silahlanmış ictimai diplo-
matiyanın hədəfi xarici vətəndaşlar və xalqlardır”. (5)
Bu  gün  ictimai  diplomatiya  proqramlarının  həyata  keçirilməsinə  minlərlə 
qeyri-hökumət təşkilatları (QHT), işgüzar və akademik dairələr, mədəniyyət və 
incəsənət xadimləri cəlb olunur. Qeyri-hökumət təşkilatlarının ictimai diploma-
tiya proqramlarına cəlb edilməsi müasir siyasətdə ictimaiyyətin rolunun artma-
sı və QHT-lərin formal müstəqilliyi ilə izah olunur. Xarici ölkələrin vətəndaşları 
dövlət müəssisələrindən çox, müstəqil QHT-lərə daha çox inanır, daha çox eti-
mad göstərirlər.   
İctimai  diplomatiya  və  ya  xalq  diplomatiyası  xarici  siyasətdə  qabaqlayıcı 
(preventiv) siyasi mexanizmdir. İctimai diplomatiya konkret xarici ölkədə ictimai 
rəyi öyrənmək, onu formalaşdıranları məlumatlandırmaq və ona təsir etməklə 
milli maraqların keşiyində durur. İctimai diplomatiya kütləvi auditoriyaya he-
sablanır.  Güman  olunur  ki,  ictimai  rəy  öz  hökumətinə  və  siyasi  sistemlərinə 
təsir edə bilər. Hər  cür ictimai  diplomatiya  konkret auditoriyaya  təsir  etmək 
üçün müvafiq dil və obrazlardan istifadə edir. Məhz bu müəyyən olunmuş si-
yasi məqsədlərə çatmaq üçün imkan yaradır.   
İctimai diplomatiya öz ölkəsi ilə xarici ölkə vətəndaşları arasında dialoqu 
genişləndirmək məqsədi daşıyır. Fəal beynəlxalq mübadilə, informasiya proq-
ramlarının yaradılması, öz mədəni dəyərlərinin təbliği işini əhatə edir. 
İctimai diplomatiya və ya xalq diplomatiyası ölkənin müsbət imicinin ya-
radılmasına  xidmət  edən  əlaqələr  qurmaq  üçün  beynəlxalq  ictimaiyyəti 
məlumatlandırma, digər xalqlarla təhsil, humanitar və mədəniyyət sahəsində 
əlaqələr qurmaqdır.  Xarici siyasətin əsas istiqamətlərindən olan iqtisadi meyar 
üzrə XİN-in davamlı fəaliyyəti nəticəsində Azərbaycanın iqtisadi potensialını və 
işgüzar mühitini, azad biznesin inkişafı üçün yaradılmış əlverişli şəraiti nümayiş 
etdirən investisiya və biznes forumları, habelə xarici ölkələrin hökumət və özəl 
sektorunun nümayəndələrinin ölkəmizə səfərləri təşkil edilir.  


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə