STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
100
qolu Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə fəaliyyətə başladı.
İctimai diplomatiya fəaliyyətinin digər istiqaməti 2007-ci ilin yanvar ayında
QHT kimi qeydiyyatdan keçmiş və Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) və
NATO İctimai Diplomatiya Bölməsi (İDB) tərəfindən dəstəklənən Azərbaycanda
NATO Beynəlxalq Məktəbi (NISA) ilə bağlıdır. Avro-Atlantik təhlükəsizlik
məsələləri üzrə ictimai maarifləndirmənin gücləndirilməsinə töhfə vermək
niyyətinlə NISA təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparmaq və
bu məsələlər üzrə bilikləri gücləndirmək üzrə Azərbaycan və Avro-Atlantik
məkanının digər dövlətlərindən gənc nəslin nümayəndələrini müntəzəm ola-
raq bir araya gətirən dəyirmi masa görüşləri, seminarlar, simulyasiya oyunları,
eləcə də, yüksək səviyyəli konfranslar təşkil edir.
Rusiya ilə Azərbaycanın münasibətlərində ictimai diplomatiyanın, xalq dip-
lomatiyasının rolu ilbəil artır. İki ölkənin humanitar qarşılıqlı fəaliyyət prosesləri,
politologiya dilində desək, soft-power (yumşaq güc) mexanizmləri artıq
dövlətlərin siyasi səylərinin sadəcə əlavəsi
deyil, məmləkətimizi vətəndaş cəmiyyəti
səviyyəsində birləşdirən müstəqil prosesə
çevirmişdir. Bu işdə Azərbaycanın birin-
ci xanımı, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri Mehriban Əliyevanın
başçılıq etdiyi Heydər Əliyev Fondu fəal
iştirak edir. Fondun Rusiyada həyata ke-
çirdiyi təşəbbüslərin əlaqələndiricisi, Ru-
siya Azərbaycanlı Gənclər Təşkilatının
(RAGT) rəhbəri Leyla Əliyevadır.
RAGT
Azərbaycan
diasporunun
mədəni həyatının inkişafında keyfiyyətcə
yeni mərhələdir. Azərbaycanın “soft power” (yumşaq güc) siyasəti, ictimai dip-
lomatiya Rusiyada geniş fəaliyyət göstərir və aktualdır. Doğma Vətənlə əlaqə
saxlamaq hər bir milli diaspora münasibətdə istənilən dövlət üçün ənənəvi
vəzifədir. RAGT-nin fəaliyyəti və gələcək inkişafı çox böyük əhəmiyyət kəsb
edir. RAGT milli diaspor siyasətini tamamlamaqla bərabər, həm də humanitar
diplomatiyanın, ictimai dioplomatiyanın davamıdır. (10)
Bütün bunlar azərbaycanlıların və rusiyalıların qarşılıqlı sosiomədəni
fəaliyyətini stimullaşdıran ictimai diplomatiya elementləridir.
2. Dağlıq Qarabağ münaqişəsi və ictimai diplomatiya
Azərbaycan Respublikası diplomatik xidmət orqanları rəhbərlərinin ənənəvi
müşavirələri Azərbaycan Prezidentinin müəyyən etdiyi xarici siyasətin və dip-
lomatik xidmət orqanları qarşısında qoyduğu vəzifələrin və verdiyi tapşırıqların
yerinə yetirilməsi baxımından olduqca əhəmiyyətlidir. Ermənistan-Azərbaycan,
İlham Əliyev: “Azərbaycanda
bütün sahələrdə gedən proseslər
həm xarici, həm də daxili
siyasətdə gedən proseslər im-
kan verir ki, Azərbaycan özünü
daha da yaxşı tanıtsın, dünya
ictimaiyyəti qarşısında özünü
daha da gözəl təqdim etsin. Bunu
hər birimiz etməliyik”.
Say 3 • Noyabr • 2011 |
STRATEJİ TƏHLİL
101
Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və
sərhədlərinin toxunulmazlığı əsasında həlli məsələsi hər zaman diploma-
tik xidmət orqanları üçün ən başlıca fəaliyyət istiqaməti olaraq qalmışdır.
Beynəlxalq ictimaiyyətin diqqəti Ermənistan tərəfindən azərbaycanlıların tarixi
və mədəni abidələrinin məqsədli şəkildə məhv edilməsi, yaşayış məntəqələrinin
simasının dəyişdirilməsi, həmçinin zəbt olunmuş torpaqlarda qeyri-qanuni iq-
tisadi fəaliyyətin aparılması faktlarına cəlb edilmişdir. Dünya ictimaiyyətinin bu
məsələlər haqqında məlumatlandırılması işinə Xarici İşlər Nazirliyində hazır-
lanmış bir çox nəşr və sənədlərin geniş yayılması mühüm töhfə olmuşdur.
Ölkə başçısı diplomatik xidmət orqanları rəhbərlərinin ikinci müşavirəsində
demişdir: “Mən qeyd etdim ki, bizim dünya birliyinə inteqrasiya siyasətimiz
dəyişməz olaraq qalır və son müddət ərzində bu istiqamətdə Azərbaycan çox
önəmli addımlar atmışdır. Biz dünyaya açıq bir ölkəyik. Belə olan halda, əlbəttə,
bizim xarici siyasətimiz, xaricdə Azərbaycanın imici daha da güclənməlidir.
Azərbaycanda bütün sahələrdə gedən proseslər həm xarici, həm də daxili
siyasətdə gedən proseslər imkan verir ki, Azərbaycan özünü daha da yaxşı ta-
nıtsın, dünya ictimaiyyəti qarşısında özünü daha da gözəl təqdim etsin. Bunu
hər birimiz etməliyik. Buradakı vəzifəli şəxslər, ictimaiyyət, digər qurumlar və
əlbəttə, Azərbaycanı
xaricdə təmsil edən səfirlər, səfirliklərin işçiləri.”
Xarici ölkələrin ictimaiyyəti ilə geniş əlaqələr qurulmasını vacib hesab edən
Prezident vurğulamışdır: “...Beynəlxalq təşkilatlarla bizim əməkdaşlığımız uğur-
la davam etdirilir. Müxtəlif beynəlxalq təşkilatlarla bizim əlaqələrimiz güclənir.
Son illərdə Azərbaycanda mötəbər beynəlxalq tədbirlər keçirilmişdir. İqtisa-
di Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı, Avropa İttifaqı və NATO ilə
tərəfdaşlıq çərçivəsində keçirilmiş tədbirlər siyasi, iqtisadi, mədəni sahələrdə
əlaqələr yaradılmasına xidmət etməklə Azərbaycan haqqında təqdimat tədbirləri
olmuşdur. MDB, GUAM, Avropa Şurası və başqa təşkilatlarla Azərbaycan
çox səmərəli işbirliyi, əməkdaşlıq edir. Bu cür tədbirlər böyük ictimai təbliğat
gücünə malikdir. Ona görə hər bir beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi
iki məqsədi güdür. Bir tərəfdən, tədbirin Azərbaycanda keçirilməsi, əlbəttə,
Azərbaycanın artan rolundan xəbər verir. Digər tərəfdən, bizə imkan verir ki, xa-
rici nümayəndələr Azərbaycan reallıqlarını öz gözləri ilə görsünlər.” (11)
2008-ci il mayın 14-də BMT Baş Məclisinin 62-ci sessiyasında “Azərbaycanın
işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamə qəbul edilmişdir. Bu va-
cib sənədin qəbul edilməsi bir daha onu göstərir ki, beynəlxalq ictimaiyyət
Ermənistan-Azərbaycan münaqişəsinin məhz ölkəmizin ərazi bütövlüyü
çərçivəsində həll edilməsinin tərəfdarıdır. Beynəlxalq təşkilatlarla əməkdaşlıq
məsələləri, BMT, ATƏT, İslam Konfransı Təşkilatı, Avropa Şurası, GUAM, NATO,
Avropa İttifaqı, YUNESKO və digər təşkilatlarla çoxsahəli əlaqələr yaradılması
ölkəmizin xarici siyasətinin mühüm tərkib hissəsidir, burada xalq diplomatiyası
mexanizmi fəal işləməlidir.
Ölkəmizin xarici siyasətində ictimai əsaslara söykənən tədbirlər, xalq diplo-