1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə32/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   28   29   30   31   32   33   34   35   ...   93

STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
80 
daimi üzvünə məxsusdur. Odur ki, qeyri-daimi üzvlüyün verdiyi imkanlar heç 
də Azərbaycanın və dünyanın problemlərini həll etmək üçün kifayət deyildir. 
Amma bu üzvlük Azərbaycan kimi gənc və inkişaf etməkdə olan ölkə üçün çox 
mühüm  bir  nailiyyət,  beynəlxalq  nüfuzun  yüksəlməsi,  diplomatik  manevr  və 
beynəlxalq maraqların müdafiəsi imkanlarının genişlənməsi deməkdir.
İstifadə edilmiş ədəbiyyat
1.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 18 mart tarixli, 91-S saylı 
sərəncamı
2.  Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və Beynəlxalq Məhkəmənin Statutu, - 
B.: Azərbaycan;
3.  BMT Baş Assambleyasının Prosedur Qaydaları, 142-ci qayda;
4.  David M.Malon “Eyes on the prize”, A review of multilateralism and international 
organizations, Vol. 6, No. 1, January-March 2000
5.  Revitalization of the work of the General Assembly, Report of the Secretary-General, 
document A/65/902, 11 July 2011.
6.  Special Research Report, Security Council Election 2007, 12 September 2007 (vol.1) 
7.  http://www.un.org/apps/news/ story.asp?News/D=40174&Cr=security+council&Cr1=
8.  http://www.oicun.org/11/ 
9.  www.mfa.kg/file/br_unsec.pdf
10. http://www.guatemalaun.org/candidaturacs.cfm
11. http://azerbaijan-unsc.com/ 
12. http://www.mzz.gov.si/en/foreign_policy/slovenia_for_the_un_security_coun-
cil_2012_2013/
13. http://www.mfa.gov.hu/kum/en/bal/foreign_policy/un_sc/
14. http://www.news.az/articles/politics/36895
15. http://www.mfa.gov.hu/kum/en/bal/foreign_policy/un_sc/ 
16. http://www.un.org/sc/list_eng5.asp
17. http://www.un.org/News/Press/docs/2006/ga10459.doc.htm
18. http://www.un.int/azerbaijan/, Aide-memoire on the candidacy for the UN Security 
Council
19. http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=582&Itemid=1.
20. http://az.apa.az/news.php?id=93591
21. http://www.echo-az.com/archive/2010_09/2376/obshestvo03.shtml
22. www.mfa.gov.az 
23. http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=664&Item
id=139
24. http://www.voanews.com/azerbaijani/news/Azrbaycan-Pakistana-humanitar-
yardmlar-gondrir-101648148.html
25. http://www.oas.org/en/ser/dia/perm_observers/countries.asp 
26. http://www.oic-oci.org/36cfm/w/en/documents.htm
27. http://mfa.gov.az/index.php?option=com_content&task=view&id=1146&Itemid=130
28. http://www.thejakartapost.com/news/2011/05/26/nam-adopts-vision-next-50-
years.html
29. http://az.apa.az/news.php?id=210560
30. http://pda.azertag.com/news.jsp?id=5080&lang=az&date=2011-05-
07&partition=2_12
31. http://azerbaijan-unsc.com/articles/61/1/


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
81
Shefa Qasimova 
Azerbaijan’s election to UN Security Council, the prospects and benefits 
of this membership.
The article analyses Azerbaijan’s diplomatic efforts for obtaining a mem-
bership at the UN Security Council for 2012-2013 and its victory over the other 
candidates from Eastern European group of countries after the strong com-
petition which lasted for several rounds of voting. It gives broad analyses of 
country’s recent diplomatic activities which served for the successful conclusi-
on of its candidacy to the Council.  The paper also provides proposals on the 
possible initiatives serving to the interests both Azerbaijan and the interna-
tional community which can be realized by our country as a member of the 
Security Council.     
Шефа Гасымова
Избрание Азербайджана в Совет Безопасности ООН, перспективы и 
преимущества этого членства. 
В статье представлен анализ дипломатических усилий Азербайджана, 
которые  привели  к  становлению  страны  непостоянным  членом  Совета 
Безопасности  ООН  на  2012-2013  года.  Автором  представлен  широкий 
анализ  недавней  дипломатической  деятельности  страны  в  различных 
международных  организациях  и  регонах  мира,  которая  стала  залогом 
успеха  на  выборах  в  членство  Совета  Безопасности.  В  статье  также 
изложены  предложения  о  возможных  инициативах  Азербайджана  как 
члена Совета Безопасности ООН, которые будут, служит интересам страны 
и всего мирового сообщества.


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
82 


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
83
Açar  sözlər:  Dağlıq  Qarabağ  münaqişəsi,  xarici  siyasət,  Avropa  enerji 
təhlükəsizliyi, Rus imperializmi, ikili standartlar
Key words: Nagorno-Karabakh conflict, foreign policy, European energy se-
curity, Russian imperialism, double standards
Ключевые слова: Нагорно-карабахский конфликт, внешняя политика, 
энергетическая  безопасность,  Pусский  империализм,  двойные 
стандарты
Regional və 
böyük güclərin 
Cənubi Qafqazda 
ikili standartları 
prizmasında 
Azərbaycanın 
xarici siyasəti
Elnur 
İsmayilov
Almaniyanın Münster şəhərinin 
Vestfaliya-Vilhelm universitetinin 
Siyasi Elmlər institutunun elmi işçisi 
və universitetin doktorantı 
elnur@gmx.de


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
84 
Giriş
Beynəlxalq birliyi Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsində 
tutmuş olduğu subyektiv və passiv mövqeyindən uzaqlaşdırmaq, və beynəlxalq 
hüquq prinsipləri çərçivəsində işğal altında olan torpaqların sülh yolu ilə azad 
edilməsi, eyni zamanda işğal nəticəsində torpaqlarını tərk etmiş köçkünlərin 
öz  yurdlarına  qayıtmasını  təmin  etmək  Azərbaycan  xarici  siyasətinin  prio-
ritet  istiqamətlərindəndir.  Bu  məqsədlər,  Azərbaycanı    beynəlxaq  və  regi-
onal  güclərin,  və  beynəlxalq  təşkilatların  Azərbaycana  qarşı  ikili  siyasətləri 
nəticəsində  daha  çox  diplomatik  mübarizəyə  sövq  edir.  Son  illərdə  aparıl-
mış  iqtisadi  islahatlar  nəticəsində  Cənubi 
Qafqaz  regionunun  ən  mühüm  dövlətinə 
çevrilən  Azərbaycan,  bütünlükdə  qitənin 
enerji  təhlükəsizliyində  mühüm  tərəfdaş 
ölkə statusu daşımaqdadır. 
Bu  məqalə  istər  münaqişənin  həllində 
vasitəçilik  edən  Minsk  qrupu  həmsədr 
dövlətlərinin, 
istərsədə 
regional 
və 
beynəlxalq  güc  hesab  edilən  dövlət  və 
təşkilatların  regionda  münaqişə  tərəflərinə 
münasibətdə ikili siyasət yeritdiklərini; demokratiya və insan hüquqlarını müstəqil 
dövlətlərin daxili işlərinə müdaxilə üçün vasitəyə çevirdiklərini izah etməyə çalışır. 
Eyni zamanda Avropanın enerji təhlükəsizliyi nümunəsində, aktual olan Cənub 
qaz dəhlizi və Transxəzər qaz kəməri layihələrinin həyata keçirilməsində maraqlı 
olan Azərbaycanın xarici siyasətinin təhlili öz əksini tapmaqdadır. 
Rusiya və Qərbin regionda maraqlarının toqquşması və 
Dağlıq Qarabağ münaqişəsi
Son illər Cənubi Qafqaz regionunda baş verən proseslər- Rusiya və Gür-
cüstan arasında 2008-ci ildə baş verən Avqust münaqişəsi, Abxaziya və Cənubi 
Osetiya  kimi  separatçı  rejimlərin  Rusiya  tərəfindən  tanınması-  ümumilikdə 
regionda siyasi gərginliyi və eyni zamanda münaqişələrin həlli istiqamətində 
Qərbin    vasitəçilik  missiyalarını  artırmış  oldu.  Xüsusilə,  2003-cü  ildə  Qərbin 
dəstəyi ilə Gürcüstanda baş vermiş inqilabdan sonra, Rusiyanın regionda aqres-
siv siyasəti və Putinin hakimiyyətə gəlməsi ilə başlayan yeni Rus imperializmi, 
Qərbi regionla bağlı daha fərqli müstəvidə fəaliyyətə keçirdi. Post-Sovet res-
publikalarında baş verən rəngli inqilablara görə Qərbi ikili siyasət yeritməkdə 
günahlandıran Rusiya prezidenti Vladimir Putin [8], öz xarici siyasətini müva-
fiq  dövlətlərə  qarşı  sərtləşdirərək,  müxtəlif  vasitələrlə  keçmiş  müttəfiqlərini 
özünə yaxınlaşdırmağa çalışdı. 2007-ci ilin fevral ayında Münxendə keçirilən 
Təhlükəsizlik  Konfransında  Putinin  çıxışı  dünyada  yeni  bir  Soyuq  müharibə 
təhlükəsinin olduğunu göstərdi. Sovet İmperiyasının dağılmasından sonra Ru-
siyanın  zəifləməsilə,  NATO-nun  genişləməsinə  göz  yumduğunu  bildirən  Pu-
2007-ci ilin fevral ayın-
da Münxendə keçirilən 
Təhlükəsizlik Konfransında 
Putinin çıxışı dünyada yeni bir 
Soyuq müharibə təhlükəsinin 
olduğunu göstərdi. 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə