1 strateji TƏHLİl azərbaycanin daxili və xarici siyasəti, beynəlxalq münasibətlər üzrə analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə28/93
tarix06.02.2018
ölçüsü4,36 Kb.
#26332
1   ...   24   25   26   27   28   29   30   31   ...   93

Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
69
vertical polarization took place with the demise of Soviet Union. The policy of 
controlling natural resources and economies of the regional countries in order 
to influence their political and security decision-making, was launched in the 
19th century, only the players changed in the 20th century. 
Джавид Велиев
Борьба за геополитическое влияние на Южном Кавказе 
После  распада  СССР  на  Южном  Кавказе  для  исследования  региона 
часто  применялись такие термины как «черная дыра», «геополитический  
вакуум»,  «вакуум  власти»  и  т.п.,  которые  характеризовали  отсутствие  
силы, которая доминировала бы на территории всего региона. С начала 
90-ых годов 20-го века борьба за  геополитическое влияние на Южном 
Кавказе велась не только между великими державами, но и также между 
силами регионального масштаба, которые в свою очередь сформировали 
в  регионе  различные  направления  поляризации  интересов.  Автор  
приходит  к  выводу,  что  политика  влияния  региональных  и  великих 
держав на процесс принятия решений в области безопасности в регионе 
основанная на захвате природных ресурсов и  экономики сформировалась 
еще в 19 веке, а в 20 веке лишь поменялись игроки этого процесса.
 


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
70 


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
71
Açar sözlər: BMT Təhlükəsizlik Şurası, qeyri-daimi üzvlər, 2012-2013-cü illər, 
seçkilər, Azərbaycan 
Key words: UN Security Council, non-permanent members, elections, 2012-
2013, Azerbaijan 
Ключевые  слова:  Совет  Безопасности  ООН,  непостоянные  члены, 
выборы, 2012-2013, Азербайджан     
Azərbaycan 
Respublikasının BMT 
Təhlükəsizlik Şurasına 
üzv seçilməsi  
Şura üzvlüyün 
perspektivləri
Şəfa 
Qasımova
Azərbaycan Respublikasının 
Prezidenti yanında 
Dövlət İdarəçilik Akademiyasının doktorantı
shefa_gardashova@yahoo.co.uk


STRATEJİ TƏHLİL | Say 3 • Noyabr • 2011
72 
Giriş
Məlum olduğu kimi, Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının 
2012-2013-cü  illər  üzrə  qeyri-daimi  üzvlüyünə  namizədliyini  irəli  sürmüş  və 
2011-ci  il  oktyabrın  24-də  BMT  Baş  Assambleyasında  keçirilən  səsvermənin 
nəticələrinə görə bu quruma üzv seçilmişdir [7]. BMT Təhlükəsizlik Şurası (TŞ) 
dünyada sülhün və təhlükəsizliyin qorunmasına cavabdeh olan əsas qurumdur 
[2, s.19]. Beynəlxalq sülhün təminatı üçün mühüm qərarlar məhz bu qurum 
tərəfindən qəbul olunur. Bu baxımdan, BMT TŞ-nin üzvü olmaq kifayət qədər 
məsuliyyətli və əhəmiyyətli bir vəzifədir və quruma keçirilən seçkilər beynəlxalq 
ictimaiyyətin ən çox diqqət mərkəzində olan seçki proseslərindən biridir.   
Məlum  olduğu  kimi,  BMT  Nizamnaməsinə  əsasən  TŞ-nin  15  üzvü  vardır. 
Onlardan 5-i (ABŞ, Birləşmiş Krallıq, Fransa, Çin, Rusiya) daimi üzvlərdir. Digər 
10 üzv isə BMT Baş Assamblеyası üzvlərinin 
2/3  səs  çoxluğu  ilə  gizli  səsvermədə  iki  il 
müddətinə  seçilir  [2,  s.18].  Qeyd  etmək 
lazımdır ki, qaydaya əsasən hər il BMT TŞ-
nin  10  qeyri-daimi  üzvündən  5-i  yenilənir 
[3].  Bu  il  də  2012-2013-cü  illər  üçün  yeni 
5  qeyri-daimi  üzv  seçilmişdir.  Seçkilər 
BMT  Baş  Assambleyasının  66-cı  sessiyası 
çərçivəsində  2011-ci  ilin  oktyabrında  baş 
tutmuşdur [5, s. 4]. BMT Baş Assambleya-
sının  1963-cü  ildə  qəbul  olunmuş  1991  A 
(XVIII)  saylı  qətnaməsinə  əsasən  regional 
qruplar  arasında  yerlər  bu  cür  paylanmış-
dır: Asiya və Afrika - 5 yer (sonradan bu yerlərdən 3-ü Afrikaya, 2-si Asiyaya 
verildi), Şərqi Avropa 1 yer, Qərbi Avropa və digər dövlətlər – 2 yer, Latın Ame-
rikası – 2 yer. Qaydaya əsasən yeni seçkilər ərəfəsində üzvlər aşağıdakı regional 
qruplardan seçilmişlər:
-  Afrika qrupu  - 2 yer (hazırda bu qrupdan Qabon və Nigeriya TŞ-nin üzvüdür);
-  Asiya qrupu  -  1 yer (hazırda bu qrupdan Livan TŞ-nin üzvüdür);
-  Latın Amerikası qrupu - 1 yer (hazırda bu qrupdan Braziliya TŞ-nin üzvüdür);
-  Şərqi Avropa qrupu – 1 yer (hazırda Bosniya və Herseqovina TŞ-nin üzvüdür).
Boşalmış yerlərə aşağıdakı dövlətlər öz namizədliklərini irəli sürmüşdülər:
-  Afrika qrupundan -  Mavritaniya, Toqo və Mərakeş [8];
-  Asiya qrupundan  - Pakistan (8) və Qırğızıstan [9];
-  Latın Amerikası qrupundan – Qvatemala [10];
-  Şərqi Avropa qrupundan – Azərbaycan [11], Sloveniya [12] və Macarıstan [13].
Qeyd  etmək  lazımdır  ki,  Şərqi  Avropa  qrupundan  Ermənistan  da  öz 
namizədliyini irəli sürmüş, lakin sonradan geri götürmüşdür [14]. Ermənistan 
bu  addımı  ilə  Azərbaycanla  heç  bir  sahədə,  o  cümlədən  diplomatik  sferada 
rəqabət aparmaq qabiliyyətinin olmadığını sübut etmişdir.
Göründüyü kimi, namizədlərin sayını nəzərə alsaq, builki seçkilərdə yalnız 
Azərbaycanın bir neçə raund-
dan sonra onu səs fərqinə 
görə xeyli qabaqladığını görən 
Sloveniya namizədliyini geri 
götürmüş və nəticədə 17-ci 
raundda ölkəmiz 155 səslə 
Təhlükəsizlik Şurasının qeyri-
daimi üzvü seçilmişdir. 


Say 3 • Noyabr • 2011 | STRATEJİ TƏHLİL 
73
Latın Amerikası qrupundan başqa, digər qruplarda rəqabət olmuşdur. Qeyd 
etmək  lazımdır  ki,  BMT  Baş  Assambleyasının  34/401  saylı  qərarına  əsasən 
BMT-nin əsas orqanlarına keçirilən seçkilərdə boş yerə hətta bir namizəd olsa 
belə, səsvermə keçirilməlidir. Bu səsvermə formal xarakter daşıyır və adətən 
başqa  namizəd  olmadığından  regional  qrupdan  öz  namizədliyini  irəli  sür-
müş yeganə dövlət müvafiq yerə üzv seçilir. Bu il oktyabrın 21-də keçirilən 
seçkilərdə Qvatemala rəqibsiz olduğu üçün 191 səslə, Mərakeş 151, Pakis-
tan  isə  129  səslə  səsvermənin  ilk  raundundan  Təhlükəsizlik  Şurasına  üzv 
seçilmişlər [7]. Afrika qrupunda mövcud olan digər yerə səsvermənin üçüncü 
raundunda 131 səs toplayan Toqo seçilmişdir [7]. Ən güclü rəqabət ölkəmizin 
daxil  olduğu  Şərqi  Avropa  qrupunda  yaşanmışdır.  Belə  ki,  səsvermənin  ilk 
raundunda Azərbaycan 74, Sloveniya 67, Macarıstan isə 52 səs toplamışdır. 
İlk raundda ən az səs topladığına görə Macarıstan mübarizəni davam etdirə 
bilməmişdir. Azərbaycan və Sloveniya arasında rəqabət 17 səsvermə raun-
duna qədər davam etmişdir. 16 raundda heç bir dövlət Şuraya üzv seçilmək 
üçün  zəruri  olan  2/3  səs  çoxluğunu  toplaya  bilməmişdir.  16-cı  raundda 
Azərbaycan 116, Sloveniya isə 77 səs toplamışdır. BMT-də indiyədək forma-
laşmış  təcrubəyə  əsasən  iki  rəqib  arasında  əhəmiyyətli  səs  fərqi  olduqda, 
daha az səs toplayan dövlət öz namizədliyini geri götürərək rəqibinin lazımi 
səsi toplaya bilməsi üçün şərait yaradır. Azərbaycanın bir neçə raunddan son-
ra onu səs fərqinə görə xeyli qabaqladığını görən Sloveniya namizədliyini geri 
götürmüş və nəticədə 17-ci raundda ölkəmiz 155 səslə Təhlükəsizlik Şurası-
nın  qeyri-daimi  üzvü  seçilmişdir.  Sloveniya  namizədliyini  geri  götürməsinə 
baxmayaraq, 13 dövlət onun lehinə səs vermiş, 24 dövlət bitərəf qalmış, bir 
dövlət isə Macarıstana səs vermişdir [7].   
Azərbaycanın TŞ-nin üzvlüyünə 
seçilmək istiqamətindəki səyləri
Yuxarıda  qeyd  olunan  siyahıdan  məlum  olur  ki,  ölkəmizin  daxil  olduğu 
Şərqi Avropa qrupuna ayrılmış bir yerə üç ölkə öz namizədliyini irəli sürmüşdü. 
Azərbaycandan  başqa  TŞ  üzvlüyünə  namizədliyini  irəli  sürmüş  Sloveniya  və 
Macarıstan ölkəmiz üçün kifayət qədər ciddi rəqiblər olmuşlar. Hər iki ölkənin 
artıq Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri kimi təcrübələri vardır. Belə ki, 
Macarıstan 1968-1969 və 1992-1993-cü illərdə [16], Sloveniya isə 1998-1999-
cu  illərdə  [16]  Təhlükəsizlik  Şurasının  qeyri-daimi  üzvləri  olmuşlar.  Bundan 
əlavə,  bu  ölkələr  beynəlxalq  sülh  və  təhlükəsizlik  məsələlərinə  öz  imkanları 
daxilində müəyyən töhfə verməyə çalışırlar. Sloveniyanın 5000-ə yaxın hərbçisi 
13-dək beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak edir. Bu ölkə 1998-ci ildə 
yaratdığı minatəmizləmə və mina qurbanlarına yardım üçün Beynəlxalq İnam 
Fondu vasitəsilə Cənub-Şərqi Avropada minalanmış ərazilərin təmizlənməsində 
yaxından iştirak etmişdir [12]. 
Macarıstan  vətəndaşları  isə  1988-ci  ildən  indiyədək  BMT-nin  25-dək 
sülhməramlı  əməliyyatının  hərbi  və  polis  qüvvələrində  xidmət  etmişdir. 
Bundan  əlavə,  Macarıstan  hökuməti  seçkilər  ərəfəsində  beynəlxalq  sülh  və 
təhlükəsizliyə öz töhfəsi kimi Budapeştdə soyqırımı və kütləvi zorakılığın qarşı-


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə