1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   31   32   33   34   35   36   37   38   39

  
100 
 
        Riyaziyyat və Mexanıka İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoro, 
professor  Misir Mərdanovun fikirləri də maraqlıdır: “Mən Məcid müəllimi həm tələbə 
olarkən,  həm  aspirantura  dövründən,  həm  də  Universitetdə  müəllim  işləyərkən  çox 
yaxından tanımışam. O çox güclü bir şəxsiyyət idi. Məcid müəllim, mənim bildiyimə 
görə, dünya riyaziyyat elminin mərkəzi sayılan Steklov adına Riyaziyyat İnstitutunda 
akademik  İbrahim  İbrahimovdan  sonra  doktorluq  müdafiəsi  edən  ikinci  şəxsdir.    ...  
Doktorluq  dissertasiyasını  müdafiə  edəndə  artıq  onu  bütün  dünya  tanıyırdı.  Onun 
əsərləri  o  zamanki SSRİ-nin  ən  tanınmış jurnallarında  çap olunmuşdu. Müxtəlif  elm 
mərkəzlərindən  ona  dəvətnamələr  olubdur.  İlk  növbədə  onu  Rusiyanın  Sibir  elm 
mərkəzi  olan  Novosibirsk  filiana  dəvət  edilər.  Əgər  sən  gəlib  burada  işləsən,  qısa 
zamandan sonra SSRİ EA-nın akademiki, müxbir üzvü seçilə bilərsən. Ancaq o, böyük 
bir vətənpərvər olduğuna görə  Bakıya gəlməyi daha üstün tutub.   
      Biz onu son mənzilə Universitetin akt zalından yola salırdıq. 1993-cü il fevral ayının 
11-i  idi.  O  zaman  Naxçıvan  Ali  Məclisinə  rəhbərlik  edən  ulu  öndərimiz  Heydər 
Əliyevin baş sağlığı məktubunu  orada Əli Nağıyev oxudu.  ... Qoy bizim millətimizin 
hər bir üzvü , o cümlədən ali məktəb tələbləri, elmi tədqiqatçılar bilsinlər ki, Azərbaycan 
xalqının Məcid Rəsulov kimi böyük bir oğlu olubdur.” 
 
                                                    *** 
                                                      *  
      Məcid Rəsulov şəxsiyyətinə maraq  həyatı boyunca onu izləmişdir. Ona elm aləminə 
gəldiyi  gündən  hörmətlə  yansaşmışlar.  Çünki  onun  elmə  gətirdiyi  yeniliklərin 
əhəmiyyətini başa düşən insanlar Məcid Rəsulova qarşı laqeydlik göstərə bilməzdilər. 
AMEA-nın  vitse-prezidenti,  AMEA  Fizika-riyaziyyat  və  TexnikaElmləri  Bölməsinin 
akademik-katibi,  fizika-riyaziyyat  elmləri  doktoru,  professor,  akademik  Akif   
Hacıyevin 1960-cı ildə məşhur riyaziyyatçı Aif  Babayevlə birlikdə Məcid müəllimi 
qarşılamaq üçün şəxsi maşınında Bakı aeroportuna getməsi təsadüfi bir hadisə deyildi, 
tarixi bir hadisə idi. Onun “zəif tələbə müəllimin qədrini bilmir” qənaəti də gəlişigözəl 
bir söz olmayıb, atalar sözü səviyyəsində deyilən bir ifadədir. 
        Elə  sözlərindən  misal  gətirdiyim  Akif  müəllimin  müavini,  akademik  Maqsud 
Əliyevin qürur hissi ilə “Məcid müəllimin Moskvada kosmik Tədqiqatlar Mərkəzində 
mühazirələr oxuması tarixi hadisə idi” deməsi də tarixi bir qənaətin nəticəsidir. 
        Mərhum  professor  Qəmbər  Namazovun  (1932-2013)  “Mən  onu  Petrovskinin 
“Differensial tənliklər” kafedrasında  tanımışam. Mən onda yataqxanada qalırdım. Mən 
öz  otağımı  ona  verdim  ki,  Moskvaya  gələndə  orada  qaəlsın.  Mən  onun  doktorluq 
müdafiəsində iştirak etmişəm. O, dünyanın böyük Elmi Şurasında müdafiə etdi. Onu 
banket adlandırmaq olardısa, onun banketi mənim otağımda keçdi.” deməsində  də heç 
bir təsadüf yoxdur.  
     
 
Fizika-riyaziyyat elmləri doktoru, professor 
Tahir Hacıyev isə bu böyük şəxsiyyətə 
münasibətini hər yerdə dərin hörmət və ehtiram hissi ilə ifadə edir:  
      - Müasir Azərbaycanda riyaziyyat ən inkişaf etmiş elm sahələrindən biridir. Məcid 
Rəsulovun bu işdə xüsusi yerini qed etmək istəyirəm. O, differensial tənliklər sahəsində 
ən görkəmli alimlərdən biridir. Tənliklərin spektral nəzəriyyəsində çox məşhur bir kitab 
var.  Bunu  məşhur  alim  Naymark  yazmışdır.  O  orada  qeyd  edir  ki,  daha  ümumi 


  
101 
 
məsələlərə baxmaq üçün Məcid müəllimin kitabına istinad etək lazımdır. ... Mən özüm 
Ukraynada  təhsil  almışam.  ...  Mənim  orada  ilk  tanış  olduğum  adam  elmi  rəbərim 
Lopatinski  oldu.  Lakin  sonradan  dünyasını  dəyişdiyi  üçün  onun  tələbəsi  İqor 
Vladimiroviç Skripnik  elmi rəbərliyimi öz üzərinə götürdü. Onun da Lopatinski kimi 
Məcid  müəllim  haqqında  çox  gözəl  təəssüratları  var  idi.  Mən  də  müdafəmdən  sonra 
Bakıya qayıtdım. Mexanika və Riyaziyyat İnstitutunda işləməyə başladım, indi də orada 
işləyirəm. Mənə onda məsləhət gördülər ki, öz sahəmlə bağlı mühazirələr oxuyum. Mən  
Məcid  müəllimin  yanına  getdim.  O  məni  xoş  qəbul  etdi.  Onun  təklifi  ilə  mən  orada 
ixtisas  kursları  aparmağa  başladım.  Onun  xatirəsi  həmişə  bizim  qəlbimizdə 
yaşayacaqdır. 
       Yenidən  Yusif  müəllimə  üz  tuturam.  Məcid  müəllimin  dəst-xətti  ilə  bizi  daha 
yaxından  tanış  etməsini  arzu  edirəm.  Yusif  müəllim  təkinlə  və  aramla  danışmağa 
başlayır: 
  “
Məcid  müəllimin  birbaşa  özünün  yaratdığı  elmi  isiqamətlər  olub,  və  o  bu 
istiqamətlər üzrə məktəb yaradıb.  Özünün namizədlik işində yenilik edibdir. Klassik 
bir riyaziyyatçısı olub-Koşi. Onun çıxıqlar üsulu deyilən bir üsulu olub. O onu tam yeni 
mənada, heç bir əlaqəsi olmayan şəkildə inkişaf elətdirərək  “Rəsulovun çıxıqlar üsulu” 
adalanan elmi üsul yaradıb. Tamarkin adında bir rus riyaziyyatçısı olub, lakin xaricdə 
yaşayıbdır.  Onun və Birkhof adlanan alimin “Differensial tənliklərin məxsusi həlləri 
üzrə ayrılış düsturları” olubdur. Bu istiqamətdə də namizədlik işində Məcid müəllim bir 
çox yeniliklər edibdir. O bu dissertasiyada çoxqat ayrılış düsturu verib. Onu 1950- ci 
ildə  SSRİ-nin  ən  nüfuzlu  jurnalı  sayılan  “Riyaziyyat  toplusu”na  (“Matematiçeskiy 
sbornik”) göndərib. Buna baxmayaraq məqalə  1952- cildə çap edilib.!951-ci ildə SSRİ 
EA-nın  prezidenti  akademik  Keldışın  bu  aradakı  periodda    “Çoxqat  tamlıq”  adlı 
məqaləsi  çap  olunub.  Əslində  o  gecikmə  olmasaydı,  “Çoxqat  tamlıq”  məsələsi  elə 
birbaşa  Məcid  müəllimin  adı  ilə  bağlı  olacaqdı.  Məcid  müəllim  bunu  differensial 
tənliklər üçün, Keldış isə daha ümumi abstrakt  operatorlar üçün edibdir. Məcid müəllim 
ayrılış  düsturu  alıb,  Keldışda  ancaq  tamlıqdır.  Tamarkin  və  Birkhofda  birqat  ayrılış 
olubdur,  Məcid  müəllim  isə    çoxqat  ayrılışı  tapıbdır.  Bunu  daha  yüksək  tərtib 
differensial  tənliklərə  keçirə  bilib,  ayrılış  düsturundan  istifadə  eləməklə  differensial 
tənliklərin iki yeni həll üsulunu veribdir: çıxıqlar və kontur inteqralı üsulu.  Bu üsullar 
imkan  verib  ki,  Furye,  Laplas  metodları  ilə  həlledilə  bilməyən  məsələlər  də  Məcid 
müəllimin  üsulları  ilə  həll  olunsunlar.  Bu  üsullar  Məcid  müəllimin  sırf  beyninin 
məhsulu  idi.  Dünya  riyaziyyatında  yeni  bir  qoldur.  III  kursda  o  mənə  riyazi  fizika 
tənlikləri dərsi deməyə başladı. Mən də bu istiqamətə aludə oldum. O da məni müəyyən 
qədər bəyəndi. Onun rəhbərliyi ilə müdafiə elədim. Mən Universiteti qurtaranda Məcid 
müəllim  mənə  dedi  ki,  sabah  gəl,  səni  rektorun  yanına  aparacağam.  Səni  kafedrada 
Universitetdə  saxlatdıracağam.Səhərisi  gün  gəldim.  Məni  rektorluğa  apardı.  Qəbul 
otağında  məni  qoyub  içəri  girdi.  Sonra  da  hirsli-hirsli  çıxıb  qapını  çırpdı.  Sözünün 
üstünə söz qoyulanda sağı-solu gözləməyən adam idi. Mən də yataqxanaya qayıtdım. 
İki  gündən  sonra  laborant  tələbə  yoldaşlarımla  xəbər  göndərdi  ki,  bir  kafedraya 
dəysin.Orda laborant dedi ki, Faiq müəllim sənin əmrini verib, birbaşa müəllim kimi 
səni Universitetdə saxlayıb. İncə və sərt xasiyyətli adam idi. Bəzən haqsız əsəbiləşdiyi 
də  olurdu.  Ancaq  haqsız  olduğunu  etiraf  edib,  hətta,  özündən  kiçik  adamdan  da  üzr 
istəməkdən  də  çəkinmirdi.IV  kursda  Novosibirsk  şəhərində  Tələbə  Elmi  Konfransı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə