1 vaqif aslan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/39
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38225
1   ...   31   32   33   34   35   36   37   38   39

  
97 
 
institutun  57  nəfər  Nobel  mükafatçısı  vardı.  Bir  bu  qədər  Nobel  mükafatçısının 
içərisində Məcid Rəsulov böyüklüyünə görə ən çox görünənlərdən 
və seçilənlərdən biri idi. 
       Qohumluğumuz öz yerində, şəxsi münasibətlərimiz, heç özümüz də bilmədən,   
                         
 
 
get-gedə daha isti və səmimi olmuşdu. Ömrünün sonunda Məcid müəllimlə daha çox 
yaxınlaşmışdıq.  
    İnsan işıq görər və o işığa doğru gedər. Biz də Məcid müəllimi işıq hesab edirdik. 
Mən  çox  fəxr  edirəm  ki,  Məcid  müəllimdən  sonra  bizim  nəsildə  mən  ikinci 
akademikəm.  Əslində  mən  də  tək  deyiləm  Nəslimizdən  bir  çox  doktor  və  professor 
vardır.” 
 
                                     ****************************** 
                                                             ***** 
 
                              İrs və varislik məsələsi  
                                           XVII 
        Varislik təkcə bioloji müstəvidə deyil, həm də elmi müstəvidə  şüurun və təfəkkürn 
davamı kimi özünü göstərir.  Məcid Rəsulovun riyazi müstəvisindən göyərən varislər 
onun  süd-sümük  varisləri  ilə  müvazi  surətdə  gələcəyə  tuşlanan  təfəkkür  və  idrak 
daşıyıvcıları kimi özlərini təsdiq etməkdədirlər.  
       Onlardan biri də Riyaziyyat doktoru Nihan Əliyevdir. O, Məcid müəllimin elmə 
və insanlara bəxş etdiyi töhfələri belə şərh edir: 


  
98 
 
      -Mən 1958-1960-cı illərdə Universitetin tələbəsi olmuşam. ... Biz Məcid Rəsulovun 
birinci tələbələri olduq. O zaman onun birinci kitabının əlyazması hazır idi. Bizə dərs 
dediyi  İki  il  yarımda  o,  kitabı  bizə  səhifəbəsəhifə  oxudu.      Mənim  tələbə  vaxtımda 
görülən bir iş o kitaba daxil edilib. Bir-iki səhifə və ya iki səhifə yarımda alınan nəticələr 
o kitabda qeyd olunub. Onun apardığı  ixtisas kursu sorğu-sualla gedirdi. Elə bir sual 
olmaz idi ki, ona təmkinlə, səbrlə cavab verilməmiş olsun. ... Kontur inteqralı üsulu və 
çıxıqlar usulunu Koşi  sabit əmsallı tənliklər üçün başlamışdı. Məcid müəllim həmən 
nəticələri   dəyişən əmsallı tənliklərə köçürtdü.    
      AMEA-nın  müxbir  üzvü,  fizika-riyaziyyat  elmləri  doktoru,  əməkdar  müəllim- 
Kamil  Aydazadənin  xatirələri  isə    elm  öyrənməyə  can  atan  bir  insanın  saf  və  sadə 
səmimiyyəti  ilə diqqəti cəlb edir:   “... Mən bir neçə alimdən eşitmişdim ki, onlar öz 
talelərini  özləri,  heç  kəsin  dəstəyi  və  təsiri  olmadan  qurmuşlar.  Belə  düşünürəm  ki,  
həmin şəxslər ya tam səmimi deyillər, ya da ki, unutqandırlar.  
  ...  o  zamanlar  hər  həftənin  çərşənbə  axşamı  saat  13
45
-də  “Riyazi  fizika  tənlikləri” 
kafedrasında  elmi  seminar  keçirilərdi.  ...  O  zaman  V  kurs  tələbəsi  olan  Yusif 
Məmmədov məndə həmin     seminarlara gəlmək həvəsi yaratmışdı. Beləliklə,  mən də 
tədricən Məcid müəllimin tələbəsi oldum. ... Onun sadəliyi valehedici idi. Səmimiyyəti 
isə  hüdudsuzdu.  Hər  nahaq  sözdən,  rəftardan  inciməsi  bununla  izah  edilməlidir. 
Başqalarına kobudluq kimi görünən hərəkətləri də onun daxili-mənəvi saflığından irəli 
gəlirdi. ... Həyatının son illərini biz daha da yaxın olmuşduq və ... ailəvi dostluq edirdik

O,  yay  aylarında  Qusarda  istirahət  etməyi  sevirdi.  ...  Mən  taleyimə  minnətdaram  ki,  
taleyim mənə həyatda ən çox bənzəmək istədiyim belə bir MÜƏLLİM bəxş etmişdir. 
 
       Riyaziyyat  elmləri  doktoru,  professor  Həmdulla  Aslanov  da  Məcid  müəllimin 
ölməz xatirəsini əziz tutanlardan  biridir. Budur, öz fikirlərini o belə ifadə edir: 
       -Xalqın tarixində elə şəxsiyyətlər olur ki, onlar xalqın simasını təyin edir. Məcid 
Rəsulov  belə  şəxsiyyətlərdəndir.  Azərbaycanda  Universitet  açılmamışdan  təkcə  bir 
adam  -  1914-cü  ildə  Petrburq  Universitetini  qurtaran  Məmməd  bəy  Əfəndiyev 
riyaziyyat professoru idi. Universitet açılandan sonra Zahid Xəlilov, İbrahim İbrahimov 
və  Əşrəf  Hüseynov  Azərbaycanda  ilk  riyaziyyat  elmləri  namizədi,  sonralardan 
riyaziyyat professoru, akademik  oldular.  
       İkinci  Dünya  müharibəsindən  sonra  Azərbaycanda  alimlərin  yeni  bir  dəstəsi 
yaranmağa    başlamışdır.  Xalqımızın  böyük  oğlu,  dahi  riyaziyyatçı  Məcid  Rəsulov 
həmin  dövrdə  yetişən  alimlərdən  biridir.    O,  “Riyazi  fizika  tənlikləri”  kafedrasının 
müdiri  olandan  sonra  ətrafına  istedadlı  gəncləri  toplayaraq  güclü  bir  məktəb 
yaratmışdır.  Onları  içərisindən  Niyaz  Məmmədov,  Nihan  Əliyev,  Vaqif  Namazov, 
Yusif  Məmmədov  kimi  nüfuzlu  alimlər  yetişmişdir.  Onun  tələbələri  içərisindən  10-a 
qədər elmlər doktoru yetişmişdir.  
      Təkcə tələbələri deyil, həmkarları, dostları, hətta, yamanlayıb danladıqları adamlar 
da  çox  istəyirdilər.    Göründüyü  kimi  olub,  olduğu  kimi  göründüyündən  onu  çox 
sevirdilər.  
       BDU-nun  rektoru,  akademik  Abel  Məhərrəmov  da  elə  bu  sevgi  ilə  Məcid 
Rəsulovun parlaq xatirəsini yad edir: “Akademik Məcid Rəsulov Azərbaycan xalqının 
XX əsrdə yetişdirdiyi nadir alimlərdən biri olub. ... O, Bakı Universitetini bitirməsə də, 


  
99 
 
bütün həyatını Bkı Universiteti ilə bağlayıb. ... O, riyaziyyat elmi məktəblərində ikinci 
nəslə mənsub idi.  
        Birinci  nəsildən  danışanda  Rəşid  bəy  Əfəndiyevin  oğlu  Məmməd  bəy 
Əfəndiyevdən danışmaq lazımdır. O, Petrburq Universitetini qurtarıb gəlmişdi. Əslində 
o, Şəkidəydi, gimnaziya rəhbəriydi.  
        İkinci  nəsil  1960-cı  illərin  riyaziyyat  məktəbini  yaratdı:  Zahid  Xəlilov,  İbiş 
İbrahimov, Əşrəf Hüseynov . 
        Kitabı  xaricdə  çap  ediləndən  sonra  onu  (Məcid  Rəsulovu)  Moskvaya  – 
Ümumittifaq “Bilik” Cəmiyyətinə Moskva alimlərinə mühazirələr oxumaq üçün dəvət 
etdilər. Onun 85 məqaləsindən 25-iSSRİ m iqyaslı jurnallarda çap edilmişdir. 
        O, mövqeli adam idi. Onu BDU-nun sütunu hesab etmək olardı. BDU-da kafedrası 
üzərində Məcid Rəsulovun baralyefi asılmışdır, adına təqaüd və auditoriya vardır.  
        1970-ci illərin sonu-1980-ci illərin əvvəllərində tez-tez görüşürdük. Ətir iyi gələn 
çayı içməzdi. 
        Fəlsəfə elmləri doktoru, professor Fərman İsmayılov şəxsiyyətlərdən söz düşəndə 
bir qayda olaraq Məcid Rəsulovun mübarək adına duz salmadan ötüşə bilmir: “Elmlərin 
dünya  miqyasında  klassifikasiyanda  riyaziyyat  birinci  yerdə  durur.  Azərbaycanda 
riyaziyyat  elminin  formalaşması,  inkişafı  bilavasitə  Şəkililərlə  çox  bağlıdır.  Belə  ki, 
Azərbaycanlı  riyaziyyat  professoru  Məmməd  bəy  Əfəndiyev  Şəkili  olmuşdur. 
Azərbaycan  riyaziyyat  elmini  dünya  miqyasına  çıxaran  bir  dahi  varsa,  o  da  Məcid 
Rəsulovdur.    
 
  
Mən  onu  Odessa  İnstitutunun  Bakı  filialında  işlədiyi  dövrdən  tanıyırdım.  O  orada 
saathesabı dərs deyirdi. Elə ki,  mən Universitetdə işləməli oldum, elm sahələrimiz ayrı-
ayrı olsa da, dostluqda bir olduq. Məcid müəllim sadəcə olaraq riyaziyyat professoru, 
akademik deyildi. O- yaradıcı şəxsiyyət idi.” 
         Kimya  elmləri  doktoru,  professor,  AMEA-nın  müxbir  üzvü  Adil  Qəribovun 
Məcid  Rəsulov  fenomeninə  münasibəti  oxucuda  maraq  doğurmaya  bilməz:  “Onun 
yaradıcılığı  Azərbaycan  mühiti  üçüm  böyük  bir  hadisə  idi.  ...  O,  artillerya  alayında 
hesablacı  işləyirdi.  O,  atəşin  atılması  prosesini  hesablayırdı.  ...  O,  Ukraynadan, 
Moskvadan, Steklov adına Riyaziyyat İnstitutundan böyük bir məktəb keçib gəlmiş alim 
idi. Onun kitabları həm fiziklərin, həm də riyaziyyatçıların stolüstü kitabıdır. Riyaziyyat 
elmlərin  açarıdırsa,  differensiyal  tənliklər  həm  də  fizikanın  və  riyaziyyatın  ümumi 
açarıdır.” 
     Azərbaycanda 
kitabşünaslıq  elminin  banisi,  BMT  yanında  Beynəlxalq 
İnformasiyalaşdırma  Akademiyasının  akademiki,  BDU-nun  kitabxanaşünaslıq 
kafedrasının  müdiri,  tarix  elmləri  doktoru,      professor  Abuzər  Xələfov      yaxından 
tanıdığı  Məcid  müəllim  haqqında  vəcd  ilə  danışır:  “Mənə  təklif  elədilər  ki,  Məcid 
Rəsulov haqqında fikirlərimi bildirim. ... Siz də bilirsiniz ki, mən riyaziyyatçı deyiləm. 
Mən razılıq verdim. ... Çünki böyük bir şəxsiyyət, böyük bir insan kimi onun xətrini çox 
istəyirdim. ... Etiraz etsəydim, onun ruhu məndən inciyərdi.  
      Biz  köhnə  binada  eyni  mərtəbədəydik.  Onun  kafedrası  ilə  mənim  kafedram  üz-
üzəydi. O çox zəhmli adam idi. Xırda-xuruş işlərdən xoşu gəlməzdi. O ciddi adamlara 
hörmət  edirdi.  Hamı  onu  sevirdi.  O,  Şəkili  idi:  ondan  Şəkili  sözü  istəyirdilər.  Onun 
məşhur bir sözü var idi: “Mən heç özümə də elmdə güzəştə getmərəm.”  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə