94
Bu sətirlərin müəllifi Mahir Rəsulovla olan söhbətlərindən birini olduğu kimi təqdim
etməklə Məcid Rəsulovun təkcə böyük beyin deyil, həm də böyük qəlb sahibi olduğunu
göstərə biləcəyini düşünür:
“Zahirən zəhmli göünən Məcid Rəsulov daxilən o qədər incə bir qəlbə malik idi ki,
böyüklə böyük, cocuqla cocuq olmağı da bacarırdı. Gündə 5-10 saat çalışdığı olardı.
Mən Moskvada o vaxtki SSRİ EA-nın Hesablama Mərkəzində aspiranturada
oxuyurdum. Moskvada olanda o gəlib bizim şöbəyə baş çəkərdi. Orda mənim haqqımda
söylənən sözlərdən çox fərəh duyardı. Bir dəfəsində SSRİ EA-nın akademiki Anatoli
Alekseyeviç Doratnitski ilə görüşmək istəyirdi. Doratnitski də mənim çalışdığım
institutun müdiri idi. Mən ona deyəndə ki, mənim əmcam sizinlə görüşmək istəyir, o
dedi ki, Məcid Rəsulov çox böyük alimdir. Mən onunla görüşmək üçün, müsaidə edin,
gedim paltarımı dəyişim, sonra gəlim.
Belə bir adam haqqında danışmaq, gerçəkdən, çətindir. Mən Rəsulovlar sülaləsinin
bir üzvü kimi onunla qürur duyuram. Mənim oğlum dünyaya gələndə əmcam bizə gəldi.
-Uşağın adını nə qoydun?- deyə soruşdu.
Dedim ki, ad qoymamışam.
Dedi:” Niyə?”
Dedim:”Sizi gözləmişəm.”
Heç nə demədi. Getdi. İki gündən sonra həyat yoldaşı Qumru xanımla birlikdə
gəldilər. Əllərində tort vardı. Tortu açdıq. Üstündə “Nicat” yazılmışdı. Deməli, oğluma
ad qoyulmuşdu.”
Qardaşı uşaqlarını öz uşaqlarından seçməyən Məcid müəllim daim qürur və sevinc
içində yaşamağa layiq bir şəxsiyyət idi. O necə fəxr etməyəydi ki, Riyaziyyata
köklənmiş irsiyyət zaman-zaman qabarıq şəkildə özünü göstərməkdə davam edirdi.
1989-cu il 21 mart tarixində Azərbaycan SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı
ilə Məcid müəllimə “Azərbaycan SSRİ-nin Əməkdar Elm Xadimi” fəxri adı verilmişdi.
Böyük qardaşı Mahir Rəsulov kimi əmisi Məcid müəllimə oxşamaq istəyən Rafiq
Rəsulov da 1992-ci ildə namizədlik işini müdafiə etmişdi. 2014-cü ildən riyaziyyat
elmləri doktoru elmi dərəcəsinə yüksələn Rafiq Rəsulov əmisi haqqında təəssüratlarını
bu şəkildə bölüşdü:
- Elə adamlar olur ki, onlar təkcə mənsub olduqları xalqın deyil, həm də bütün
xalqların övladları olurlar. Məcid müəllim belələrindəndir. Riaziyyatda qarışıq məsələ
adlanan bir termin var. Koşinin verdiyi üsuldan qarışıq məsələni verilmiş oblastın
müəyyən bir hissəsində həll etmək mümkün olur. Məcid müəllimin üsulu ilə həmin
oblast bir az da genişlənir. “Differensial tənliklər üçün bəzi qarışıq məsələlərin çıxıqlar
üsulu ilə həllinin tədqiqi”ndə əldə etdiyi nailiyyətlər onun elmdə alim imzasının
təsdiqinə səbəb olur. Onun çıxıqlar usulu həm qarışıq məsələlərin, həm də xüsusu
törəməli xətti tənliklərin həllinə tətbiq edilir.
Məcid Rəsulov tanımadığı adamı ehtiyatla qarşılamağa meyilli idi. Səbəbini
soruşanda deyirdi ki, axı, mən onu tanımıram: o, dahi də ola bilər, dəli də. Ona elə gəlirdi
ki, insan təyinatı üzrə yaradılan varlıqdır. Onun riyazi düsturunu Yaradanın özü çıxarır.
İnsan isə öz kodları ilə hərəkət edir. Bir
həqiqət var ki, onu həmişə
95
Rafiq Rəsulov
Riyaziyyat elmləri doktoru.
etiraf etmək lazımdır: hər bir şeyin sonu sonsuzluğa dirənir. Çünki sonluluq
özünütəkrar şəklində periodik olaraq davam etdikcə sonsuzluğa doğru hərəkətdədir.
Olsun ki, sonsuzluğun da bir sonu vardır.
Elm və biliklə yoğrulan bir nəslin bir nümayəndəsi də vardır ki, onun südündə Məcid
müəllimin bacısı kubra xanımın, sümüyündə isə məşhur Mirəli Axundovun genləri
yaşamaqdadır. O, BDU-nun “Biologiya” fakültəsinin “Genetika və təkamül təlimi”
kafedrasının professoru, biologiya elmləri doktoru Ellada Mirəli qızı Axundovadır. O,
1940-cı ildə Bakı şəhərində anadan olmuşdur. ADU-nun “Biologiya” fakültəsində təhsil
almış, 1962-ci ildə Azərbaycan EA-nın Genetika və seleksiya İnstitutunda aspiranturaya
daxil olmuşdur. 1966-cı ildə “Tut yarpaqlarında nuklein turşusularının dinamikası”
mövzusunda namizədlik işini, 1986-cı ildə Belorusiya EA-nın Genetikaq və Sitologiya
İnstitutunun İxtisaslaşdırılmış Şurasında “Poliploidiailə əlaqədar L.cinsinin genomunun
quruluş-funksional xüsusiyyətləri” adlı doktorluq dissertasiyasını müdafiə etmişdir.
Onun “Poliloidia və DNT”, “Ekoloji genetika”, “Təkamül təlimi” əsərləri çox
məşhurdur. O, Moskva, Sankt-Peterburq, Minsk, Riqa, Kiyev, Kişinyov, Daşkənd,
Alma-Ata, Adana, Düşənbə, Karac, Ərdəbil, Voloqna kimi elm mərkəzlərində keçirilən
qurultay, simpozium və konfranslarda iştirak etmişdir. Ellada
Axundova