Əbədiyyət yolçuları
106
CAVİD ƏZİZOV
Əzizov Cavid Təslim oğlu –
Lerik rayonunun Rəzəvul kən-
dində anadan olub. Cavid Əzizov
Nüvədi kənd orta məktəbini
bitirib. Orta məktəbi bitirdikdən
sonra Lerik rayon Hərbi komis-
sarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq Milli ordu
sıralarına yola salınır.
Cavidin döyüş yolu Qarabağ cəbhəsinin müxtəlif
istiqamətlərindən keçir. Fizuli rayonu uğrunda gedən
döyüşlərdə şücaətlər göstərir, qəhrəman döyüşçü kimi
hamının hörmətini qazanır.
Cavidin son döyüş yeri də Fizuli rayonu olur. O,
Fizuli rayonunda yerləşən yüksəkliklərin ələ keçirilməsi
uğrunda gedən döyüşlərdə düşmənin çoxlu canlı qüvvəsini
sıradan çıxarıb, son damla qanına qədər döyüşərək qeyri
bərabər döyüşdə özü də qəhrəmancasına şəhid olur.
Şəhidin cənazəsi doğulduğu kəndə gətirilərək torpağa
tapşırılır.
Əbədiyyət yolçuları
107
CAMAL ŞAHIYEV
Şahiyev Camal Xanış oğlu –
Lerik rayonunda anadan olub.
Orta məktəbi bitirdikdən sonra
Lerik rayon Hərbi komissarlığı
tərəfindən həqiqi hərbi xidmətə
çağrılaraq keçmiş sovet ordu
sıralarına yola salınıb. Hərbi xidmətini Baltikyanı Respub-
likalardan birində minaaxtaranlar bölüyündə başa vurub.
Camal vətənə qayıtdıqdan sonra ailə həyatı qurub
təsərrüfat işləri ilə məşğul olur. Qarabağ savaşı başlananda
Camal da digər qeyrətli vətən oğulları kimi könüllü olaraq
Milli ordu sıralarına qoşulur.
O, Ağdam rayonunun Güllücə kəndi uğrunda gedən
döyüşlərdə iştirak edərək qəhrəmanlıqlar göstərir.
Camalın son döyüş yeri Fizuli rayonunun Horadiz
qəsəbəsi olur. Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə
düşmən gülləsinə tuş gələrək ağır yaralanır. Camal Bakıya
gətirilsə də həkimlər onun həyatını xilas edə bilmir, vətənin
qəhrəman oğlu əbədi olaraq gözlərini yumaraq şəhidlik
zirvəsinə ucalır. Şəhidin cənazəsi doğulduğu kəndə
gətirilərək torpağa tapşırılır.
Əbədiyyət yolçuları
108
TEYMUR MƏHƏRRƏMOV
Teymur Xanmirzə oğlu –
Lerik rayonunun Şonayçola
kəndində anadan olub. Orta
məktəbi bitirdikdən sonra Lerik
rayon Hərbi komissarlığı tərə-
findən həqiqi hərbi xidmətə
çağrılaraq Milli ordu sıralarına yola salınır.
Teymurun döyüş yolu Qarabağ cəbhəsinin müxtəlif
istiqamətlərindən keçib. O, vətən torpaqları uğrunda gedən
qanlı döyüşlərdə iştirak edərək qəhrəmanlıqlar göstərib.
Qorxmaz, cəsur, döyüş bacarığı ilə ad çıxarmış, vətən
torpağı uğrunda canından keçməyə hazır olan Teymur son
gülləsinə qədər döyüşməyi qarşısına məqsəd qoyub düş-
mənə qarşı döyüşə atılmışdır. Döyüşlərin birində kapitan
Məhərrəm Seyidovun rəhbərlik etdiyi 8 nəfərdən ibarət
dəstə mühasirəyə düşür, təslim olmayıb sonuna qədər
döyüşürlər. Bu döyüçdə düşmənin 122 nəfər canlı qüvvə-
sinə məhv edərək özləri də qəhrəmancasına şəhid olurlar.
Teymurun atası Xanmirzə kişinin dediklərini sizə
təqdim etməyi özümüzə borc bilirik:
-
“Teymur indi tək
mənim oğlum deyil, bütün el-obanın övladıdır, şəhidlik adı
qazanmış Azərbaycan əsgəridir. Mən şəhid oğlumla fəxr
edirəm. Çünki başım ucalıb”.
Əbədiyyət yolçuları
109
AZƏR MİRZƏYEV
Mirzəyev Azər Həsən oğlu -
Lerik rayonunun Şingədulan
kəndində anadan olub. Şingə-
dulan qəsəbə orta məktəbini
bitirib. Orta məktəbi bitirdikdən
sonra Lənkaran şəhərində yerlə-
şən sürücülük məktəbinə daxil olur. Bu məktəbi bitirdikdən
sonra Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi
xidmətə çağrılaraq Milli ordu sıralarına yola salınır.
Azərin döyüş yolu Qarabağ cəbhəsinin müxtəlif
istiqamətlərindən keçir. O, Beyləqan, Fizuli, Xocavənd və
digər rayonlar uğrunda gedən qanlı döyüşlərdə iştirak
etmiş, qorxmaz və cəsur bir əsgər kimi ad çıxarmışdır.
Azər Mirzəyev torpaqlarımız uğrunda gedən döyüş-
lərin birində qəhrəmancasına şəhid olub.
Onun cənazəsi doğulduğu kəndə gətirilərək torpağa
tapşırılır.
Əbədiyyət yolçuları
110
MİKAYIL QASIMOV
(19?? – 1994)
Qasımov Mikayil Dadi oğlu -
Lerik rayonunun Bibyanı kən-
dində anadan olub. Sonradan
ailəsi ilə birlikdə Sumqayıt şəhə-
rinə köçdüyündən burada yaşa-
yır. Sumqayıt məktəblərinin birində birinci sinfinə daxil olub və
burada onuncu sinfini bitirib.
Orta məktəbi bitirdikdən sonra Lerik rayon Hərbi
komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq
keçmiş Sovet ordu sıralarına yola salınır.
Hərbi xidmətini Sankt-Peterburqda başa vurur.
Qarabağ savaşı başlananda Mikayıl da digər qeyrətli vətən
oğulları kimi könüllü olaraq milli ordu sıralarına qoşulur.
Mikayılın döyüş yolu Qarabağ cəbhəsinin müxtəlif
istiqamətlərindən keçir. O, Fizuli, Cəbrayıl və digər ra-
yonlar uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrə-
manlıqlar göstərir.
Mikayıl Qasımov 1994-cü ildə torpaqlarımız uğrunda
gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Onun cəna-
zəsi Lerik rayonunun Bibyanı kəndinə gətirilərək Seyid
Rəsul qəbiristanlığında torpağa tapşırılır.
Bibyanı kənd natamam orta məktəbi Qasımov Mika-
yıl Dadi oğlunun adını daşıyır.
Dostları ilə paylaş: |