1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə27/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

Əbədiyyət yolçuları 
 
  
106 
 
 
 
 
 
 
CAVİD ƏZİZOV 
 
 
Əzizov Cavid Təslim oğlu – 
Lerik  rayonunun  Rəzəvul  kən-
dində  anadan  olub.  Cavid  Əzizov 
Nüvədi  kənd  orta  məktəbini 
bitirib.  Orta  məktəbi  bitirdikdən 
sonra  Lerik  rayon  Hərbi  komis-
sarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq Milli ordu 
sıralarına yola salınır.  
 
 
 
 
Cavidin  döyüş  yolu  Qarabağ  cəbhəsinin  müxtəlif 
istiqamətlərindən  keçir.  Fizuli  rayonu  uğrunda  gedən 
döyüşlərdə  şücaətlər  göstərir,  qəhrəman  döyüşçü  kimi 
hamının hörmətini qazanır.  
 
 
 
Cavidin  son  döyüş  yeri  də  Fizuli  rayonu  olur.  O, 
Fizuli  rayonunda  yerləşən  yüksəkliklərin  ələ  keçirilməsi 
uğrunda gedən döyüşlərdə düşmənin çoxlu canlı qüvvəsini 
sıradan  çıxarıb,  son  damla  qanına  qədər  döyüşərək  qeyri 
bərabər  döyüşdə  özü  də  qəhrəmancasına  şəhid  olur. 
Şəhidin  cənazəsi  doğulduğu  kəndə  gətirilərək  torpağa 
tapşırılır. 
 
 
 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
107 
 
 
 
 
 
 
CAMAL ŞAHIYEV 
 
 
Şahiyev Camal Xanış oğlu – 
Lerik  rayonunda  anadan  olub. 
Orta  məktəbi  bitirdikdən  sonra 
Lerik  rayon  Hərbi  komissarlığı 
tərəfindən  həqiqi  hərbi  xidmətə 
çağrılaraq  keçmiş  sovet  ordu 
sıralarına  yola  salınıb.  Hərbi  xidmətini  Baltikyanı  Respub-
likalardan  birində  minaaxtaranlar  bölüyündə  başa  vurub. 
 
 Camal  vətənə  qayıtdıqdan  sonra  ailə  həyatı  qurub 
təsərrüfat işləri ilə məşğul olur. Qarabağ savaşı başlananda 
Camal da digər qeyrətli vətən oğulları kimi könüllü olaraq 
Milli ordu sıralarına qoşulur.  
 
 
 
 
O,  Ağdam  rayonunun  Güllücə  kəndi  uğrunda  gedən 
döyüşlərdə iştirak edərək qəhrəmanlıqlar göstərir. 
 
Camalın  son  döyüş  yeri  Fizuli  rayonunun  Horadiz 
qəsəbəsi olur. Horadiz qəsəbəsi uğrunda gedən döyüşlərdə 
düşmən  gülləsinə  tuş  gələrək  ağır  yaralanır.  Camal  Bakıya 
gətirilsə də həkimlər onun həyatını xilas edə bilmir, vətənin 
qəhrəman  oğlu  əbədi  olaraq  gözlərini  yumaraq  şəhidlik 
zirvəsinə  ucalır.  Şəhidin  cənazəsi  doğulduğu  kəndə 
gətirilərək torpağa tapşırılır. 
 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
108 
 
 
 
 
 
 
TEYMUR MƏHƏRRƏMOV 
 
 
Teymur Xanmirzə oğlu – 
Lerik  rayonunun  Şonayçola 
kəndində  anadan  olub.  Orta 
məktəbi  bitirdikdən  sonra  Lerik 
rayon  Hərbi  komissarlığı  tərə-
findən  həqiqi  hərbi  xidmətə 
çağrılaraq Milli ordu sıralarına yola salınır. 
 
 
 Teymurun döyüş yolu Qarabağ cəbhəsinin müxtəlif 
istiqamətlərindən keçib. O, vətən torpaqları uğrunda gedən 
qanlı  döyüşlərdə  iştirak  edərək  qəhrəmanlıqlar  göstərib. 
 
Qorxmaz, cəsur, döyüş bacarığı ilə ad çıxarmış, vətən 
torpağı uğrunda canından keçməyə hazır olan Teymur son 
gülləsinə  qədər  döyüşməyi  qarşısına  məqsəd  qoyub  düş-
mənə  qarşı  döyüşə  atılmışdır.  Döyüşlərin  birində  kapitan 
Məhərrəm  Seyidovun  rəhbərlik  etdiyi  8  nəfərdən  ibarət 
dəstə  mühasirəyə  düşür,  təslim  olmayıb  sonuna  qədər 
döyüşürlər.  Bu  döyüçdə  düşmənin  122  nəfər  canlı  qüvvə-
sinə  məhv  edərək  özləri  də  qəhrəmancasına şəhid  olurlar.
 
Teymurun  atası  Xanmirzə  kişinin  dediklərini  sizə 
təqdim  etməyi  özümüzə  borc  bilirik: 

“Teymur  indi  tək 
mənim  oğlum  deyil,  bütün  el-obanın  övladıdır,  şəhidlik  adı 
qazanmış  Azərbaycan  əsgəridir.  Mən  şəhid  oğlumla  fəxr 
edirəm. Çünki başım ucalıb”. 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
109 
 
 
 
 
 
 
AZƏR MİRZƏYEV 
 
 
Mirzəyev Azər Həsən oğlu - 
Lerik  rayonunun  Şingədulan 
kəndində  anadan  olub.  Şingə-
dulan  qəsəbə  orta  məktəbini 
bitirib.  Orta  məktəbi  bitirdikdən 
sonra  Lənkaran  şəhərində  yerlə-
şən  sürücülük  məktəbinə  daxil  olur.  Bu  məktəbi  bitirdikdən 
sonra Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi 
xidmətə çağrılaraq Milli ordu sıralarına yola salınır.  
 
Azərin  döyüş  yolu  Qarabağ  cəbhəsinin  müxtəlif 
istiqamətlərindən  keçir.  O,  Beyləqan,  Fizuli,  Xocavənd  və 
digər  rayonlar  uğrunda  gedən  qanlı  döyüşlərdə  iştirak 
etmiş, qorxmaz və cəsur bir əsgər kimi ad çıxarmışdır. 
 
Azər Mirzəyev torpaqlarımız uğrunda gedən döyüş-
lərin birində qəhrəmancasına şəhid olub.  
 
 
Onun cənazəsi doğulduğu kəndə gətirilərək torpağa 
tapşırılır.  
 
 
 
 
 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
110 
 
 
 
 
 
 
MİKAYIL QASIMOV 
(19?? – 1994) 
 
 
Qasımov  Mikayil  Dadi  oğlu  - 
Lerik  rayonunun  Bibyanı  kən-
dində  anadan  olub.  Sonradan 
ailəsi  ilə  birlikdə  Sumqayıt  şəhə-
rinə  köçdüyündən  burada  yaşa-
yır. Sumqayıt məktəblərinin birində birinci sinfinə daxil olub və 
burada onuncu sinfini bitirib.  
 
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi 
komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılaraq 
keçmiş Sovet ordu sıralarına yola salınır.   
 
Hərbi  xidmətini  Sankt-Peterburqda  başa  vurur. 
Qarabağ savaşı başlananda Mikayıl da digər qeyrətli vətən 
oğulları  kimi  könüllü  olaraq  milli  ordu  sıralarına  qoşulur. 
 
Mikayılın  döyüş  yolu  Qarabağ  cəbhəsinin  müxtəlif 
istiqamətlərindən  keçir.  O,  Fizuli,  Cəbrayıl  və  digər  ra-
yonlar  uğrunda  gedən  döyüşlərdə  iştirak  edərək  qəhrə-
manlıqlar göstərir.    
 
 
 
 
Mikayıl  Qasımov  1994-cü ildə torpaqlarımız uğrunda 
gedən  döyüşlərdə  qəhrəmancasına  şəhid  olur.  Onun  cəna-
zəsi  Lerik  rayonunun  Bibyanı  kəndinə  gətirilərək  Seyid 
Rəsul qəbiristanlığında torpağa tapşırılır.  
 
Bibyanı kənd natamam orta məktəbi Qasımov Mika-
yıl Dadi oğlunun adını daşıyır. 
 
 
 


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə