1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə26/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   ...   22   23   24   25   26   27   28   29   ...   37

Əbədiyyət yolçuları 
 
  
102 
 
 
 
 
 
 
ŞAİQ AĞAYEV 
(1978-1998) 
 
 
AğayevŞaiq Sərhad oğlu –  
1978-ci il aprel ayının 17-də Lerik 
rayonunun  Noda  kəndində  ana-
dan olub. 1985-ci ildə Noda kənd 
orta  məktəbinin  birinci  sinfinə 
qəbul  olunub,  1993-cü  ildə  həmin  məktəbin  doqquzuncu 
sinifini bitirib.   
 
 
 
 
 
 
1996-ci ildə Lerik  rayon Hərbi komissarlığı tərəfindən 
həqiqi  hərbi  xidmətə  çağırılaraq  Milli  ordu  sıralarına  yola 
salınır.  Şaiq  Güzdəkdə  yerləşən  hərbi  hissədə  hərbi  xidmətə 
başlayır.  
 
 
 
 
 
 
1998-ci  ildə  Haramı  düzündəki  ön  mövqelərimizə 
göndərilir  və  vətənimizin  sayıq  keşikçisinə  çevrilir.  Xidməti 
müddətində  düşmən  təxribatının  qarşısının  alınmasında 
xüsusu fəallıq nümayiş etdirir. 
 
 
 
1998-ci  il  4  fevral  tarixində  igid  döyüşçümüz  xain  er-
məni gülləsinə tuş gələrək Vətən uğrunda şəhid olur. 
 
Şəhidin  cənazəsi  doğulduğu  kəndə  gətirilərək  tor-
pağa tapşırılır. 
 
Noda kənd mədəniyyət evi Şaiq Ağayevin adını daşıyır. 
Mədəniyyət evinin girişində  şəhidin xatirə lövhəsi asılıb. 
 
 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
103 
 
 
 
 
 
 
ƏBÜLFƏZ MƏMMƏDOV 
(1979 – 1999) 
 
 
Məmmədov  Əbülfəz  Ağaxan  oğlu 
–  1979-cu  ildə  Lerik  rayonunun 
Livədirqə  kəndində  anadan  olub. 
1986-cı  ildə  Livədirqə  kənd 
səkkizillik məktəbin birinci sinfinə 
qəbul olunub, 1994-cü ildəhəmin məktəbi bitirib.    
 
Orta  təhsilini  tamamlamaqdan  ötrü  Murya  kənd  orta 
məktəbinə  getmiş,  1996-cı  ildə  Murya  kənd  orta  məktəbində 
onuncu sinfi bitirmışdir.  
 
 
 
 
 
1998-ci ildə Lerik  rayon Hərbi komissarlığı tərəfindən 
həqiqi  hərbi  xidmətə  çağrılaraq  Milli  ordu  sıralarına  yola 
salınır.  
 
 
 
 
 
 
 
01  sentyabr  1999-cu  ildə  vətənin  qəhrəman  oğul 
Məmmədov  Əbülfəz  xidməti  borcunu  yerinə  yetirərkən  düş-
mən gülləsinə tuş gələrək şəhid olur.  
 
 
 
Lerik  rayon  İcra  hakimiyyətinin  başçısının  04  yanvar  
2001-ci  il  02  saylı  sərancamı  ilə  Livədirqə  kənd  səkkizillik 
məktəbinə  şəhid  Məmmədov  Əbülfəz  Ağaxan  oğlunun  adı 
verilir.  Şəhidin  cənazəsi  doğulduğu  kəndə  gətirilərək  tor-
pağa tapşırılır. 
 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
104 
 
 
 
 
 
 
ŞAHLAR RÜSTƏMOV 
 
 
Rüstəmov Şahlar Xanoğlan oğlu
Lerik  rayonunun  Buzeyir  kən-
dində anadan olub. Şahlar Rüstə-
mov Buzeyir kənd orta məktəbini 
bitirib.  Orta  məktəbi  bitirdikdən 
sonra Lerik  rayon  Hərbi  komis-
sarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılaraq Milli ordu 
sıralarına yola salınır.  
 
 
 
 
Şahların  döyüş  yolu  Qarabağ  cəbhəsinin  müxtəlif 
istiqamətlərindən  keçir.  O,  Ağdərə  rayonu  uğrunda  gedən 
döyüşlərdə  şücaətlər  göstərmiş,  qəhrəman  döyüşçü  kimi 
hamının hörmətini qazanmışdır.    
 
 
Şahların son döyüş yeri Ağdam rayonu olmuşdur. O, 
Ağdam  rayonunun  Güllücə  kəndi  uğrunda  gedən  döyüş-
lərdə düşmənin çoxlu canlı qüvvəsini sıradan çıxarmış, qey-
ri  bərabər  döyüşdə  özü  də  qəhrəmancasına  şəhid  olaraq 
əbədiyyətə qovuşmuşdur.    
 
 
 
 
Şəhidin  cənazəsi  doğulduğu  kəndə  gətirilərək  tor-
pağa tapşırılır. 
 
 
 
 
 
 
 Ölümündən sonra adı əbədiləşdirilərək təhsil aldığı 
Büzeyir natamam orta məktəbinə onun adı verilir.  
 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
105 
 
 
 
 
 
 
NAMİQ KİŞİYEV 
 
 
Kişiyev Namiq Qənbər oğlu- 
Lerik rayonunun Şinəband kən-
dində  anadan  olub.  Namiq  Qən-
bərov  Şinəband  kənd  orta  mək-
təbini  bitirib.  Orta  məktəbi  bitir-
dikdən  sonra Lerik  rayon  Hərbi 
komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılaraq 
keçmiş Sovet ordu sıralarına yola salınır.  Hərbi  xidmətini 
Ukrayna  Respublikasında  başa  vuran  Namiq  Vətənə 
qayıdır. Bu zaman artıq Qarabağ savaşı başlanmışdı. Namiq 
də  digər  vətən  oğulları  kimi  könüllü  olaraq  Milli  ordu 
sıralarına qoşulur.     
 
 
 
 
 
1992-ci ildə Fizuli rayonunda rabitəçilər  bölüyündə 
xidmətə  başlayan  Namiq  Fizuli  rayonunun  Qacar  kəndi 
uğrunda  gedən  döyüşlərdə  və  Kövşad  kəndinin  müda-
fiəsində  fəal  iştirak  edir.  Ağdərə  rayonunun  Muğanlı 
kəndinin  azad  edilməsi  uğrunda  gedən  döyüşlərdə  şəxsi 
igidlik və rəşadət göstərir.    
 
 
 
Döyüşlərin  birində  düşmən  gülləsinə  tuş  gələrək  
qəhrəmancasına şəhid olur.  
 
 
 
 
 
 
 


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə