1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə25/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   ...   21   22   23   24   25   26   27   28   ...   37

Əbədiyyət yolçuları 
 
  
98 
 
 
 
 
 
 
VALEH RƏHİMOV  
(1978-2000) 
 
 
Rəhimov Valeh Həsrət oğlu–  
01  sentyabr  1978-ci  ildə  Lerik 
rayonunun  Pirasora  kəndində 
anadan olub. 1985-ci ildə Pirasora 
kənd  orta  məktəbinin  birinci 
sinfinə daxil olub, 1995-ci ildə həmin məktəbin onuncu sinfini 
bitirib.   
 
 
 
 
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi 
komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılaraq  milli 
ordu sıralarına yola salınır.    
 
 
 
Hərbi  xidmətə  Murov  cəbhəsində  başlayır.  Valeh 
xidməti  müddətində  əsgəri  nizam-intizamıyla  fərqlənmiş, 
dəfələrlə  komandirlərinin  təşəkkürlərini  qazanmışdır.  O, 
sərhədlərimizin  qorunmasında  ayıq-sayıq  dayanaraq  düş-
mən  həmləsinin  qarşısını  alaraq  öz  döyüş  bacarığı  ilə 
seçilmişdir.    
 
 
 
 
 
Valeh  Rəhimov  12  mart  2000-ci  ildə  Murov  cəbhə-
sində düşmənin növbəti hiyləsinin qarşısını alarkən qəhrə-
mancasına  şəhid  olur.  Şəhidin  cənazəsi  doğulduğu  kəndə 
gətirilərək torpağa tapşırılır. 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
99 
 
 
 
 
 
 
FAİQ MƏMMƏDOV 
(1975 – 1994) 
 
 
Məmmədov Faiq Bahaddin oğlu - 
1975-ci  ildə  Lerik  rayonunun 
Qələsər  kəndində  anadan  olub. 
1982-ci  ildəbirinci  sinfinə  daxil 
olmuş,  1992-ci  ildə  orta  məktəbi 
bitirib.   
 
 
 
 
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi 
komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılaraq 
Milli ordu sıralarına yola salınır.    
 
 
Faiqin  döyüş  yolu  Qarabağ  cəbhəsinin  müxtəlif 
istiqamətlərindən  keçir.  Tərtər  rayonunun  Qırmızıkən 
yaşayış məntəqəsinin düşməndən geri alınmasında misilsiz 
xidmətləri olur.  
 
 
 
 
 
 
Faiq  düşmənə  qarşı  mübarizədə  döyüş  bacarığı  və 
qorxmazlığı ilə hər zaman fərqlənib.  
 
 
 
Faiq  Məmmədov  1994-cü  il  may  ayının  1-də  Tərtər 
rayonunun  Qırmızıkən  yaşayış  məntəqəsi  uğrunda  gedən 
döyüşlərdə  ağır  yaralanaraq  Bakı  şəhərinə  gətirilir,  cərra-
hiyyə əməliyyatı olunsa da onun həyatını xilas etmək müm-
kün  olmur.  O,  həmin  ilin  may  ayının  7-də  əbədiyyətə 
qovuşaraq şəhidlik zirvəsinə ucalır.  
 
 
Qosmalian  kənd  orta  məktəbi  Məmmədov  Faiq  Ba-
haddin oğlunun adını daşıyır. 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
100 
 
 
 
 
 
 
İLKİN ƏLƏKBƏROV 
(1979-2000) 
 
 
Ələkbərov  İlkin  Tarqulu  oğlu– 
04  iyun  1979-cu  ildə  Lerik  ra-
yonunun Pirasora kəndində ana-
dan  olub.  1985-ci  ildə  Pirasora 
kənd  orta  məktəbinin  birinci 
sinfinə daxil olub, 1996-ci ildə həmin məktəbin onuncu sinfini 
bitirib.   
 
 
 
 
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi 
komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılaraq  Milli 
ordu sıralarına yola salınır.    
 
 
 
Hərbi xidmətə Fizuli cəbhəsində başlanır. İlkin xidməti 
müddətində özünün nizam-intizamıyla seçilmiş, komandir-
lərinin  hörmətini  qazanmış,  vətənin  təhlükəsizliyini  hər 
şeydən üstün tutmuşdur.    
 
 
 
 
O,  sərhədlərimizin  qorunmasında  ayıq-sayıq  daya-
naraq dəfələrlə düşmən həmləsinin qarşısını alaraq öz dö-
yüş bacarığını nümayiş etdirmişdir.  
 
 
 
İlkin  Ələkbərov  26  mart  2000-ci  ildə  Fizuli  rayo-
nunun Alxanlı kəndində düşmənin növbəti hiyləsinin qarşı-
sını  alarkən  qəhrəmancasına  şəhid  olur.
 
Şəhidin  cənazəsi 
yaşadığı kəndə gətirilərək dəfn olunur
.  
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
101 
 
 
 
 
 
 
FƏDAİL FƏTULLAYEV 
(1979 - 1999) 
 
 
Fətullayev Fədail Əzizağa oğlu 
–  1979-cu  ildə  Lerik  rayonunun 
Nuravud  kəndində  anadan  olub. 
1986-cı  ildə  Nuravud  kənd  orta 
məktəbinin birinci sinfinə qəbul 
olunub,  1997-ci  ildə  həmin  məktəbin  on  birinci  sinfini 
bitirib.  
 
 
 
 
 
 
 
Orta  məktəbini  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi 
komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılır.  Fədail 
1998-ci  ilin  yanvar  ayında  Milli  ordu  sıralarına  yola  salınır.
 
Hərbi  xidmətə  Daşkəsən  rayonunda  yerləşən  hərbi 
hissədə başlayan Fədail xidməti müddətində özünü nizam-
intizamlı  əsgər  kimi  apararaq  komandirlərinin  hörmətini 
qazanır. 
 
 
 
 
 
 
Vətənin  keşiyində  ayıq-sayıq  dayanan  gənc  qəhrəman 
1999-cu  ilin  mart  ayınında  Murovdağ  silsiləsində  düşmənlə 
üzbəüz mövqelərdə düşmən hücumunun və təxribatının qarşı-
sını  alarkən  qəhrəmancasına  şəhid  olur.  Şəhidin  cənazəsi 
doğulduğu kəndə gətirilərək torpağa tapşırılır. 
 
 
 
 
 
 
 


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə