1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə33/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   ...   29   30   31   32   33   34   35   36   37

Əbədiyyət yolçuları 
 
  
132 
 
 
 
 
 
 
VÜSAL ƏLİYEV 
(1996-2016) 
 
 
Əliyev Vüsal Əmir oğlu –  
1996-cı ildə Lerik rayonun Noda 
kəndində  anadan  olub.  Orta 
məktəbi bitirdikdən sonra Vüsal 
Əliyev  Rabitə  Kollecinə  daxil 
olmuş,  Kolleci  bitirdikdən  sonra  isə  Lerik  rayon  Hərbi 
komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılaraq 
milli ordu sıralarına yola salınmışdır.  
 
 
 
O, Qazax rayonunda yerləşən hərbi hissədə xidmətə 
başlayıb,  xidməti  müddətində  cəsurluğu  və  hərbi  bacarı-
ğına görə seçilib.  
 
 
 
 
 
 
Son  üçtərəfli  danışıqlarda  əldə  edilən  razılaşmaya 
baxmayaraq,  düşmən  tərəf  atəşkəs  rejimini  pozaraq  Azər-
baycan-Ermənistan dövlət sərhədində növbəti dəfə təxribat 
törədir,  05  iyul  2016-cı  ildə  düşmənin  açdığı  atəş  nəticə-
sində Vüsal Əliyev şəhid olur.  
 
 
 
Şəhidin cənazəsi doğulduğu kəndə gətirilərək yaylım 
atəşi  altında  torpağa  tapşırılır.  Mərasimdə  səslənən 
çıxışlarda şəhidin cəsurluğundan danışılıb, onun timsalında 
bütün şəhidlərin qəlblərdə, xalqın yaddaşında əbədi olaraq 
yaşayacağı bildirilib. 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
133 
 
 
 
 
 
 
H
Ə
L
Ə
 
YOL GÖZL
Ə
Y
Ə
N  
VAR... 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
134 
 
 
 
 
 
 
TELMAN KAZIMOV 
(1969- ?) 
 
 
Kazımov Telman Mirzəxan oğlu 
-  1969-cu  ildə  Lerik  rayonunun 
Veri kəndində anadan olub. Anası 
dünyadan  köçdüyü  zaman  onun 
hələ  9-yaşı  var  idi.  Ana  niskiliylə 
böyüyən  Telman  Vətəni  öz  anası  kimi  sevərək  böyümüşdür. 
1976-cı ildə  Veri  kənd  orta məktəbinin  birinci  sinfinə  getmiş, 
1986-ci  ildə  Veri  kənd  orta  məktəbinin  onuncu  bitirmişdir. 
 
1987-ci  ildə  Lerik  rayon  Hərbi  komissarlığı  tərə-
findən  həqiqi  hərbi  xidmətə  çağrılan  Telman  keçmiş  Sovet 
ordu  sıralarına  yola  salınıb.  Vladivastok  şəhərində  hərbi 
xidmətdə olub. 1989-cu ildə ordudan tərxis olunmuşdur. 
 
Qarabağ  savaşı  başladığına  görə  soydaşlarını  yalnız 
qoymayıb  1991-ci  ildə  Laçın  rayonuna  yollanır.  1992-ci  il 
yanvarın  14-də  soydaşları  ilə  bərabər  Laçın  rayonu  uğrunda 
gedən döyüşlər zamanı itkin düşür.    
 
 
 
Veri  kənd  orta  məktəbi  Telman  Kazımovun  adını 
daşıyır.  
 
 
 
 
 
 
1997-ci  il  də  Lerik  məhkəməsi  tərəfindən  Kazımov 
Telman Mirzəxan oğluna şəhid statusu verilib. 
 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
135 
 
 
 
 
 
 
ZAHİD ABBASOV 
(1968- ?) 
 
 
Abbasov Zahid Ziyad oğlu –  
26 yanvar 1968-ci ildə Lerik rayo-
nunun  Laman  kəndində  anadan 
olub.  1975-ci  ildə  Laman  kənd 
orta  məktəbinin  birinci  sinfinə 
qəbul  olunub,  1985-ci  ildə  həmin  məktəbin  onuncu  sinfini 
bitirib.   
 
 
 
 
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonraLerik  rayon  Hərbi 
komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə  çağrılaraq 
keçmiş Sovet ordu sıralarına yola salınıb.    
 
Hərbi  xidmətini  başa  vurduqdan  sonra  vətənə  qayıdır 
və burada işləməyə başlayır.   
 
 
 
Qarabağ savaşı başlandığından Zahid də digər qeyrətli 
vətən  oğulları  kimi  könüllü  olaraq  döyüşə  yollanır.  Tərtər, 
Kəlbəcər və digər rayonların müdafiəsində iştirak edərək qəh-
rəmanlıqlar göstərir.   
 
 
 
 
Zahid Abbasov Kəlbəcər rayonu uğrunda gedən döyüş-
lər zamanı itkin düşüb. 
 
 
 
 
Lerik  Rayon  Məhkəməsi  tərəfindən  Abbasov  Zahid 
Ziyadoğluna şəhid statusu verilib. 
 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
136 
 
 
 
 
 
 
MƏHƏBBƏT MƏHƏRRƏMOV 
(1974- ?) 
 
 
Məhəbbət Həsən oğlu –  
26 iyun 1974-cü il Lerik rayonun 
Veri-Əliabad  kəndində  dünyaya 
göz açıb. 1981-ci ildə Veri-Əliabad 
kənd  orta  məktəbinin  birinci 
sinfinə  qəbul  olunub,  1991-ci  ildə  həmin  məktəbin  onuncu 
sinfini bitirib.   
 
 
 
 
 
Məhəbbət Məhərrəmov təhsil aldığı müddət ərzində öz 
tərbyyəsi və vətənpərvərliyi ilə yoldaşlarından fərqlənərək hər 
kəsin hörmətini qazanır.  
 
 
 
 
 
Orta  məktəbi  “əla”  qiymətlə  bitirən  Məhəbbət  1991-ci 
ildə  Lənkəran  Şəhər  Baytarlıq  Texnikumuna  daxil  olur.
 
Erməni  terrorçuların  torpaqlarmıza  göz  dikmələri, 
torpaqlarmızın  işğalı  və  xalqımıza  qarşı  törədilən  vəhşiliklər 
təbii  ki,  Məhəbbəti  də  rahat  buraxmır.  O  da  digər  qeyrətli 
oğullarmız kimi təhsilini yarımçıq qoyaraq 1992-ci ildə könüllü 
olaraq hərbi xidmətə yollanır.  
 
 
 
Göstərdiyi şücaət və qəhramlığı ilə fərqlənən Məhhəb-
bət  1993-cü  il  fevral  ayının  8-də  Qarabağ  döyüşlərində  itkin 
düşür.   
 
 
 
 
 
 
Lerik  Rayon  Məhkəməsi  tərəfindən  Məhərrəmov  Mə-
həbbət Həsən oğluna şəhid statusu verilib. 
 
 
 
 


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə