1 xalid mahmud



Yüklə 4,95 Mb.
Pdf görüntüsü
səhifə31/37
tarix11.07.2018
ölçüsü4,95 Mb.
#55121
1   ...   27   28   29   30   31   32   33   34   ...   37

Əbədiyyət yolçuları 
 
  
124 
 
 
 
 
 
 
AMİL ƏLİYEV 
(1988 – 2012) 
 
 
Əliyev Amil Novruz oğlu -  
1988-ci  ildə  Neftçala  rayonuda 
anadan  olub.  Atası  Lerikdə  ana-
dan  olub.  Sovet  vaxtı  təyinatını 
Biləsuvara  aldığı  üçün  ailəsi  ilə 
orada yaşamalı olur. Ona görə də evin hər üç uşağı Biləsuvar 
qeydiyyatındadır.  
 
 
 
 
 
 
Biləsuvar rayonunda orta məktəbi bitirən Amil 2006-ci 
ildə  həqiqi  hərbi  xidmətə  yollanır.  2008-ci  ildə  hərbi  xidməti 
başa vuran Amil bir il Bakıda işlədikdən sonra müddətdən artıq 
həqiqi hərbi xidmət üçün sənədlərini verir. Nizamnaməyə görə, 
müddətdən artıq həqiqi hərbi xidmət etmək istəyənlər yaşadığı 
ünvana  yaxın  hərbi  hissələrin  birində  qulluq  etməlidir.  Amil 
sənədlərini  verəndən  sonra  xəbər  alır  ki,  onu  Səngəçala  gön-
dərmək  istəyirlər.  Ancaq  o,  öz  ərizəsi  ilə  cəbhə  bölgəsinə 
yollanır.  
 
 
 
 
 
 
 
Amil 2012-ci il mayın 29-da 6 günlüyə evə məzuniyyətə 
gəlir. Səbəb isə bacısının toyu olur.Toyu yola verdikdən sonra 
xidmət  yerinə  yollanır.  Getdiyi  günün  səhəri  xidməti  yerində 
düşmən  hücununun  qarşısını  alarkən  qəhrəmancasına  şəhid 
olur.  Şəhidin  cənazəsi  Lökbatan  qəsəbəsinə  gətirilərək 
Şəhidlər xiyabanında torpağa tapşırılır. 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
125 
 
 
 
 
 
 
CAVİD ŞAHBAZOV 
(1984- 2003 ) 
 
 
Şahbazov Cavid Tarverdi oğlu
26  aprel  1984-cü  ildə  Lerik  ra-
yonunun Bülüdül kəndində ana-
dan  olub.  1991-ci  ildə  Bülü-dül 
kənd  orta  məktəbinin  birinci 
sinfinə  daxil  olub,  2001-ci  ildə  həmin  məktəbin  onuncu 
sinfini bitirib.  
 
 
 
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  Lerik  rayon  Hərbi 
komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılıaraq 01 
iyun 2002-ci ildə Milli ordu sıralarına yola salınır.  
 
Xidməti  dövründə  özünü  nizam-intizamlı  əsgər 
kimi aparmış, vətənin keşiyində əsl azərbaycanlı kimi daya-
naraq xidməti borcunu yerinə yetirməyə çalışmışdır.  
 
Cavid  Şahbazov  06  avqust  2003-cü  ildə  xidməti 
borcunu yerinə yetirdiyi zaman düşmən gülləsinə tuş gələ-
rək şəhid olub. 
 
 
 
 
 
Şəhidin  cənazəsi  doğulduğu  kəndə  gətirilərək  tor-
pağa tapşırılıb. 
 
 
 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
126 
 
 
 
 
 
 
ZAMİN HƏSƏNOV 
(1983- 2002 ) 
 
 
Həsənov  Zamin  Gülağa  oğlu  – 
1983-cü  il  oktyabr  ayının  29-
daildə  Lerik  rayonunun  Siyov 
kəndində  anadan  olub.  1990-cı 
ildə  Siyov  kənd  orta  məktə-
binin  birinci  sinfinə  daxil  olub,  2001-ci  ildə  həmin  mək-
təbin onuncu sinfini bitirib.  
 
 
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  2002-ci  ildə  Lerik 
rayon  Hərbi  komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə 
çağrılaraq Milli ordu sıralarına yola salınıb.  
 
Zamin  hərbi  xidmətə  Nasosnuda  yerləşən  Hərbi 
hissədə  başlamışdır.  Xidməti  dövründə  özünü  nizam-inti-
zamlı  əsgər  kimi  aparmış,  vətənin  keşiyində  əsl  azərbay-
canlı  kimi  dayanaraq  xidməti  borcunu  yerinə  yetirməyə 
çalışmışdır.   
 
 
 
 
 
Zamin Həsənov 2002-ci il oktyabr ayının 30-da xid-
məti vəzifəsini yerinə yetirərməyə gedərkən yol qəzasında 
həlak olub.   
 
 
 
 
 
Şəhidin cənazəsi doğulduğu kəndə gətirilərək dəfn 
olunub. 
 
 
 
 
 
 


Əbədiyyət yolçuları 
 
  
127 
 
 
 
 
 
 
RAMİN QURBANOV 
(1981-199?) 
 
 
QurbanovRamin  Rukəxanoğlu
1981-ci  ildə  Lerik  rayonunun 
Noda  kəndində  anadan  olub. 
1987-ci  ildə  Noda  kənd  orta 
məktəbinin birinci sinfinə gedib, 
1996-cı  ildə  həmin  məktəbin  doqquzuncu  sinifini  bitirib. 
 
O,  dərslərindən  yüksək  qiymətlər  almasa  da,  ağıllı 
sözləri, sakit təbiəti ilə hamının sevimlisi idi.  
 
 
Orta  məktəbi  bitirdikdən  sonra  1999-cu  ildə  Lerik 
rayon  hərbi  komissarlığı  tərəfindən  həqiqi  hərbi  xidmətə 
çağırılaraq Milli ordu sıralarına yola salınıb. 
 
Ramin az bir müddətdə xidmət etdiyi hərbi hissədə 
həm komandirlərinin, həm də əsgər yoldaşlarının rəğbətini 
qazanır.  
 
 
 
 
 
 
Ramin  Qurbanov  xidmət  etdiyi  döyüş  postunda 
düşmən  təxribatının  qarşısını  alarkən,  bir  neçə  ermənini 
əskərini  qətlə  yetirib  özü  də  minaya  düşərək  şəhid 
olur.Şəhidin  cənazəsi  doğulduğu  kəndə  gətirilərək  torpağa 
tapşırılır. 
 
 
 
 
.
 
 
 


Yüklə 4,95 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə